Şəhər haqqında

Azərbaycan Respublikasının paytaxtı  Xəzər dənizi sahilində, Abşeron yarımadasında yerləşən, Asiya və  Avropadan təsirlənən adət-ənənələri və eyni zamanda müasirliyi özündə birləşdirən ecazkar bir şəhərdir. Bakı ölkənin neft və qaz sərvətləri sayəsində Avrasiaynın ən dinamik inkişaf edən şəhərlərindən biridir. Payız aylarında mülayim iqliminin istər gündüz,istərsə də gecə saatlarında gəzintilərə imkan verdiyi bu şəhərdə görməli yerlər olduqca çoxdur. Bakı ab-havasını hiss etməyin ən gözəl üsulu şəhəri gəzib-dolaşmaqdır. Şəhərin ən görməli yerləri arasında Fəvvarələr meydanı və Nizami küçəsi kimi könüloxşayan, piyada əraziləri boyunca gəzişməni sadalamaq olar. 16 km uzunluğu olan Bakı bulvarı gün ərzində və axşamüstü gəzişmək, istirahət etmək və görüşüb-söhbət etmək həvəsində olan yerlilərin və qonaqların sevimli məkanıdır. Qədim Bakı hesab olunan  İçəri Şəhər diqqətinizə və sərf edəcəyiniz zamana layiq olan digər maraqlı ərazilərdən biridir.  Bakı öz qonaqlarına ziyarət etmək üçün bir çox mədəni və tarixi yerlərlə yanaşı,  çoxsaylı restoranları , kafe və barları ilə zəngin və maraqlı gecə həyatı  da təklif edir. Bir çox beynəlxalq brendlərin təmsil olunduğu və endirimlərin geniş şəkildə tətbiq olunduğu Bakıda alış-veriş etmək də olduqca maraqlıdır.


Yerli mətbəx

Siz şəhərdəki bir çox ənənəvi restoranlarda yerli xörəklərin dadı, eləcə də Avropa və  Asiya qitələrinin və digər ölkələrin mətbəxlərinin nümunələri ilə tanış ola bilərsiniz...şəhərin restoranları istənilən zovqü təmin etməyə qadirdir.


Video about Azerbaijan