Yarış məkanı
Dünya Şahmat Kuboku 2015  Fairmont Baku otelinin Grand Ballroom zalında keçiriləcəkdir. 


Alov Qüllələri kompleksinin şimal qülləsini əhatə edən Fairmont Baku otelindən şəhərin və Xəzər dənizinin ecazkar mənzərəsi açılır.  2.500  kvadrat metrdən artıq olan ərazini təklif edən Fairmont Baku oteli şəhərmiqyaslı tədbir və konfranslar üçün çox sevimli bir məkandır. Bu oteldə təşkil olunmuş bəzi tədbirlərin adlarını sadalamaq olar:
  • ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün Bəşəri Təhlükəsizliyə doğru” mövzusu altındakı 23-cü illik sessiyası;
  • Cənub Qaz Dəhlizi layihəsində iştirak edən dövlətlərin Energetika Nazirlərindən ibarət  məsləhət şurasının birinci görüşü;
  • Diplomatik missiyaların Azərbaycana akreditə olunmuş başçıları üçün  Bakı 2015 Avropa Oyunlarının diplomatik brifinqi və digər bu qəbildən olan tədbirlər məhz Fairmont Baku otelində təşkil olunmuşdur.