Qonaqlama

Rəsmi otellər

Fairmont Otel

Bakı Alov Qüllələrində yerləşən və  Bakı Dünya Şahmat Kubokunun rəsmi otellərindən biri kimi seçilmiş Fairmont Oteli öz ziyarətçilərinə şəhərin tam döyünən ürəyində ənənələri və müasirliyi təklif edir.  Fairmont Oteldə qalarkən siz əfsanəvi Azərbaycan qonaqpərvərliyinin şahidi olacaq və inşa olunduğu dövrdən bəri şəhərin simvoluna çevrilmiş Alov Qüllələrinə valeh olacaqsınız. Bu beş ulduzlu otelin 318 incəzövqlu otağı öz müsafirlərinin  maksimum rahatlığı üçün ən yüksək səviyyəli xidmətlər təklif edir.  

Fairmont otel haqqında, habelə otaqlardakı cazibədar şərtlərin hərtərəfli siyahısı və  qidalanma imkanları barədə əlavə məlumat almaq üçün sizi otelin rəsmi elektron səhifəsinə müraciət etməyə dəvət edirik:  http://www.fairmont.com/baku

Siz rahatlığınız və əlverişli olması  naminə bütün Dünya Şahmat Kuboku iştirkçıları üçün keçərli olan güzəştli şərtlərlə Fairmont oteldə qala bilərsiniz: şahmat oyunlarının hamısı bu oteldə keçirilicəkdir. Hava limanı və rəsmi otellər arasındakı nəqliyyat  təşkilatçılar tərəfindən təmin olunacaq.
9 Sentyabr 2015-ci il – 6 Oktyabr 2015-ci il tarixlərində Dünya Şahmat Kuboku 2015 iştirakçıları üçün xüsusi endirim qiymətləri.

Qeyd: Nəzərə alın ki,  oteldə qeydiyyatdan keçdikdən sonra seçilmiş oteldə qalmaqdan imtina edəcəyiniz halda Bakı Dünya Şahmat Kuboku 2015 təşkilatçıları tərəfindən 100 AZN məbləğində cərimə olunacaqsınız.

Otaq kateqoriyaları Bir nəfərlik İki nəfərlik
Fairmount Otağı (şəhər mənzərəsi) (səhər yeməyi ilə) 170 197
Fairmount Otağı (şəhər mənzərəsi) (tam qidalanma ilə) 200 260

Yuxarıda qeyd olunmuş otaq tarifləri:
  • Azərbaycan manatı ilə təyin edilmişdir
  • 18 % ƏDV daxil olmaqla  
  • Hər bir gecə üçün adambaşına  1.10 AZN  Bələdiyyə Vergisi daxil olmaqla  
  • Tam səhər yeməyi menyusu daxil olmaqla
  • Internet  daxildir

Holiday Inn oteli

YERLƏŞDİYİ ƏRAZİ: Bakının biznes və sosial həyatının mərkəzi hesab olunan ərazidə, Heydər Əliyev adına Hava Limanından avtomobillə 20 dəqiqəlik məsafədə yerləşir. Şərti olaraq şəhərin mərkəzində, yəni Üzeyir Hacibəyli küçəsində yerləşən otel Bakının tarixi, kommersiya və əyləncə məkanlarından yalnız piyada gəzintisi məsafəsindədir. 

OTAQLAR: 18 suit və 3 lyuks apartament olmaqla 223 müsafir otağı.  Rahatlıq və comfort arzusunda olan istənilən ziyarətçinin  tələbatlarını təmin edə  biləcək və ən yüksək beynəlxalq standartlarla təchiz  edilmiş otaqlardan Xəzər dənizinin nəfəskəsici mənzərəsi və ya səs-küylü Bakı küçələrinin görüntüsündən zövq almaq olar.

INN SPA: tam təchizatlı Spa və İdman zalı təqdim edir. Saunalar, buxarlı vanna otaqları və qapalı hovuz , eləcə də bir neçə müalicə otağı sizi öz hisslərinizi gəncləşdirməyə dəvət edir.

RESTORANLAR: 18-ci mərtəbədən Xəzər Dənizinə ecazkar mənzərəsi olan Marina 18 sizə İtaliya mütəxəssislərinin əl işi olan Aralıq dənizi mətbəxi nemətlərini, balıq və quzu ətindən hazırlanmış  Azərbaycan yeməklərini təqdim edəcək. Səhər yeməyi mətbəxi canlı yeməkhazırlama stansiyası ilə beynəlxalq bacarıqları sərgiləyir; nahar və şam yeməkləri isə unudulmaz təəsürat oyadan  şərab nümunələri ilə müşayiət olunan a la carte menyudan ibarətdir.  Sagi Bar & Lounge olduqca dadlı qəyanaltılar, günorta çayı, badələrdə təqdim olunan şampan və şərab, klassik və müasir kokteyl nümunələri və siqarlar təklif edir. Sagi müsafirləri yay aylarında ayrıca terrasda qonaq olunacaqlar.

ART TEXNOLOGİYANIN DURUMU: bütün otaqlarda 42 inch LCD televizorları və bütün otel ərazisində yüksək sürətli pulsuz internet.

Otaq Növləri Bir nəfər üçün qiymət İki nəfərlik qiymət
Standart Iri Çarpayılı/Qoşa Yataqlı Otaqlar (BB) 120 140
Standart Iri Çarpayılı/Qoşa Yataqlı Otaqlar (FB) 155 210

Yuxarıda qeyd olunmuş otaq tarifləri:
  • Azərbaycan manatı ilə təyin edilmişdir
  • Hər gecəyə adambaşına 18 % ƏDV daxil olmaqla  
  • Hər bir gecə üçün adambaşına  1.10 AZN  Bələdiyyə Vergisi daxil olmaqla  
  • Hər gün saat 06:30 – 11:00 arasında Marina 18 restoranında açıq səhər yeməyi daxil olmaqla
  • Otaq tarifləri kommision xərclərdən azaddır
  • Yuxarıdakı otağın tarifləri yalnız sifariş olunan dövr üçün keçərlidir.
  • Hava limanından gətirilmə /Transfer Xidmətləri tələbə əsasən mümkündür.
Güzəştli Qonaq xidmətləri:
  • Güzəştli yüksək sürətli WIFI İnternet əlaqəsi
  • Bizim İnn Spa mərkəzinə güzəştli giriş (Fitnes Mərkəzi, Qapalı hovuz, Spa)
  • Otaqdaxili Güzəştlər: gündəlik tamamlanan kofe və çay dəstləri
  • Biznes Mərkəzinə gündəlik giriş
Qeydiyyata alınma və qeydiyyatdan çıxma

Zəhmət olmasa yadda saxlayin ki, oteldə qeydiyyata alınma saatı otaqların bir gecə öncə sifariş olunmadığı halda saat 14:00,  qeydiyyatdan çıxma zamanı isə günorta 12:00-dır.