Dünya Kubokunun tarixi

1988–99-cu illərdə Qrossmeysterlər Assosiasiyası 'GrandPrix' adı altında altı yüksək səviyyəli Dünya Kuboku turnirlərini təşkil edərək, 2000-ci və 2002-ci illərdə  FIDE – Ümumdünya Şahmat Federasiyası ilk dəfə olaraq “Birinci Şahmat üzrə Dünya Kuboku” və “İkinci Şahmat üzrə Dünya Kuboku”-nu keçirdi. Bunlar əsas turnirlər olsa da, Dünya Şahmat Çempionatı ilə birbaşa bağlı deyildi və hər iki yarışın qalibi Hindistan şahmatçısı Vişvanatan Anand oldu.

2005-ci ildən başlayaraq  Dünya kuboku Dünya Şahmat Çempionatı üçün bir seçmə statusunu aldı. Turnirlər nokaut sistem ilə hər iki ildən bir 128 oyunçunun iştirakı ilə keçirilir.

Şahmat üzrə Dünya Kuboku 2005 2007-ci il FİDE Dünya Şahmat Çempionatı üçün təsnifat turniri xarakteri daşıyırdı. Əsas oyunlar üçün nəzarət vaxtı ilk gedişdən başlayaraq 30 saniyə əlavə olunmaqla 40 gediş üçün 90 dəqiqə və oyunun sonuna qədər 15 dəqiqə idi. Taybreyklər iki sürətli oyunundan ibarət idi. (hər şahmatçıya 25 dəqiqə + hər bir gedişdən sonra 10 saniyə), bərabərlik davam edərsə, iki blitz oyun nəzərdə tutulurdu (5 dəqiqə + hər bir gedişdən sonra 10 saniyə), yenə qalib müəyyən olunmazsa,  Armageddon oyunu üstün tərəfi müəyyən edəcəkdi. (ağ fiqurların 6 dəqiqəsi olurdu və mütləq qalib gəlməlı idilər, qaralara isə 5 dəqiqə verilirdi və heç-heçə etmələri də kifayət idi).

On ən yaxşı oyunçu 2007-ci il Dünya Şahmat Çempionatının namizədlər matçına  vəsiqə əldə edirdilər. Etien Bakrotun namizədlər matçına reytinqinə görə vəsiqə qazandığından Dünya Kubokunda on birinci olan Vladimir Malaxov üçün yol açıldı. Dünya Kuboku üçün isə bu oyunçular təsnifatdan keçdilər:

  • 2004-cü il FİDE Dünya Şahmat Çempionatının dörd yarımfinalçısından üçü (Rüstəm Kasımcanov, Maykl Adams və Teymur Rəcəbov); dördüncü yarımfinalçı Veselin Topalov, FİDE Dünya Çempionu idi və artıq növbəti çempionatda iştirakçı yerinə sahib idi.
  • Ən yüksək Elo əmsalına malik olan 22 oyunçu;. 2004-cü ilin iyul və 2005-ci ilin yanvar ayları arasındakı  orta əmsal.
  • Qitələr və zonalar üzrə çempionatlarda vəsiqə qazanmış 90 oyunçu:
    • 46 oyunçu Avropadan,
    • 19 oyunçu Amerikadan,
    • 19 oyunçu Asiya və Okeaniyadan,
    • 6 oyunçu Afrikadan.
  • FİDE Prezidentindən 8 namizəd.
  • Yerli Təşkilat Komitəsindən 3 namizəd.

İlk raunddan sonra Rusiyanı təmsil edən 23 şahmatçıdan 11-i yarışda mübarizəni saxladı. 63 maçın 18-də daha kiçik əmsalı olan şahmatçılar qalib gəldilər.(7-ci yerdə olan Akopyan Leynə qarşı olan ilk raundda oyuna gəlməyərək məğlub oldu). İkinci raundda ilk böyük sensasiya Vasili İvançukun Bolqarıstanlı  İvan Çeparinova məğlubiyyəti  oldu.  Üçüncü raundda iştirakçıların orta əmsalı- 2663.22.oldu. Ən yüksək əmsallı oyunçu - 2725, Etien Bakrot, ən aşağı əmsal isə - 2565, Yuri  Şulman idi.

Üçüncü raundda 16 maçdan yalnız 5 oyunçu əsas oyunlardan sonra dördüncü raunda keçdi. Dördüncü raundun orta əmsalı - 2678.87, ən yüksək əmsal -  2725, Etien Bakrot, ən aşağı əmsal isə - 2570, Maqnus Karlsen. Final maçında  Levon Aronyan  Ruslan Ponomareva qalib gəldi və 2005-ci il Dünya Kubokunun qalibi oldu.

Şahmat üzrə Dünya Kuboku 2007  2009-cü ildə keçiriləcək Dünya birinciliyinə bir seçmə mərhələsi idi. 128 şahmatçının iştirakı ilə Rusiyanın Xantı-Mansisk  şəhərində 24 noyabr ilə 16 dekabr tarixləri arasında keçirildi.

Kubok 1998–2004-cü illərdə keçirilən FİDE Dünya Şahmat Çempionatları kimi idi: hər raund iki oyundan ibarət idi (dörd oyundan ibarət yekun raund istisna olmaqla), ardınca ehtiyac olarsa, sürətli oyun ilə taybreyklər olurdu. Əsas oyunlar üçün nəzarət vaxtı ilk 40 gediş üçün 90 dəqiqə, oyunun sonuna qədər 30 dəqiqə və ilk gedişdən başlayaraq hər gedişə 30 saniyə nəzərdə tutuldu. Taybreyklər iki sürətli oyunundan ibarət idi (hər şahmatçıya 25 dəqiqə + hər gedişə 10 saniyə), ehtiyac olarsa, ardınca iki blitz oyun olurdu  (5 dəqiqə + hər gedişə 10 saniyə) və son olaraq bərabərliyi pozmaq üçün   "Armageddon" keçirilirdi  (ağ fiqurların 6 dəqiqəsi olurdu və mütləq qalib gəlməlı idi, qaralara isə 5 dəqiqə verilirdi və heç-heçə etmələri kifayət idi).

Pul mükafatı ilk raundda tərk edən oyunçular üçün 6,000 ABŞ dollar, uduzan finalçı üçün 80,000 ABŞ dolları, qalib üçün isə 120,000 ABŞ dollar  təşkil edirdi.

Yüksək əmsallı oyunçuların çoxu birinci raundda qalib gəldilər. İlk turda Pavel Eljanov (yarışda reytinqə görə 19-cu), Konstantin Landa (25) və Pendyala Harikrishna (32) kimi yüksək əmsallı oyunçular  yarışı tərk etdilər.

İkinci raundda  əsas oyunlardan sonra yarışı tərk edənlər Teymur Rəcəbov (3) və Loek van  Wely (24) oldular. Taybreyklərdən sonra isə bu siyahıya Rustəm Kasimcanov (22), Andrey Volokitin (26) and Vadim Zvjaginsev də (30) qoşuldular. Növbəti mərhələyə keçmək üçün taybreykə ehtiyacı olan oyunçular Vassily Ivanchuk (1), Magnus Carlsen (10), Ruslan Ponomariov (14) and Wang Yue (15) oldular

Növbəti turda əsas oyunlarında, Şirov, Ponomariov, Karlsen, Karyakin və Çeparinov müvafiq olaraq  Akopian, Sasikiran, Adams, Nisipeanu və Wang Yue-yə qalib gəldilər. Digər üç oyunda (Jakovenko-Aronian, Svidler-Kamsky və Bareev-Alekseev) Jakovenko, Kamsky və Alekseev  taybreyklərdə qalib gəldilər.  .

Dünyanın aparıcı oyunçularının iştirak etdiyi tədbirdə Amerikalı Gata Kamsky  qalib gəldi,  Turnir ərzində o, yalnız bircə dəfə dörddə-bir finalda taybreyklərə qaldı və finalda İspaniyalı Alexei Şirova 2½–1½ hesabı ilə qalib gələrək  Dünya Kubokunun sahibi oldu. İştirakçılar arasında 17-yaşlı iki oyunçu Sergey Karyakin və Maqnus Karlsen isə yarımfinala qədər mübarizə apardılar. 

Bu nəticə ilə Kamski yekun mərhələdə 2010-cu il Dünya Çempionatının qalibinin müəyyənləşdirilməsi üçün Yekun matça vəsiqə aldı; bu matçda iştirak ona, 2012-ci il Dünya Şahmat Cempionatının Namizədlər Matçına qatılmaq üçün də vəsiqə verdi. Digər dörd finalçı da 2012-ci il Dünya Şahmat Çempionatı üçün təsnifat mərhələsi olan  2008–2009 FIDE Grand Prix yarışında iştirak etmək  hüququnu əldə etdilər.

Dünya Şahmat  Kuboku 2009 20 Noyabr- 14 Dekabr 2009-cu il tarixində Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən 128 oyunçudan ibarət nokaut  turnir idi.

Turnirin ilk raundunda rəqibi Çinli Yu Yangyi (113) tərəfindən məğlub edilən Slovakiyalı Sergei Movsesian (16) istisna olmaqla, ilk 30 ən yüksək reytinqli oyunçularının hər biri növbəti raunda keçdi.. Bu raundda yadda qalan hadisə 16-oyundan ibarət Pavel Tregubov ilə Varuzhan Akobian arasında olan maç oldu:  hər bir oyunçunun ağlarla qalibiyyətindən sonra taybreykdə dord sürətli oyundan ibarət marafon, ardınca isə  on blitz oyun keçirildi. Oyunçular yerli vaxtla gecə saat 1-dək ikinci raundda Ruslan Ponamariovla (oyuna ertəsi gün başlayacaqdı) qarşılaşmaq hüququ uğrunda mübarizə apardılar və Akobian qalib gəldi, qeyd edək ki, keçən Dünya Kuboklarından fərqli olaraq Armageddon yalnız 10 blitz oyunundan sonra nəzərdə tutulmuşdu.

İkinci raundun ilk günündəki və daha sonra ikinci gunun nəticələri ilə Alexander Morozevich (4), Teimour Radjabov (5) və Vassily Ivanchuk (6) məğlub oldular. Nəticə etibarı ilə 32 şahmatçı arasında yalnız 7 ilk reytinqli qərar tutdu.

Növbəti raund 27-29 Noyabr 2009-cu il tarixlərinə təsadüf etdi. Ikinci raundda rəqibi İvançuku məğlub edən 16-yaşlı  Wesley So,1½-½. hesabı ilə 2007-ci ilin qalibi Gata Kamskini məğlub etdi. İkinci sürətli taybreyk oyununda Çinli oyunçular Wang Yue və Li Chao raundun başlandığı an yerlərində olmadıqlarına görə rəqibləri Bakrot və Haşımova məğlub oldular.

Növbəti raund 30 Noyabr – 2 Dekabr 2009-cu il tarixinlərində oldu və bir çox gənc oyunçuların Dünya Kubokunu tərk etməsi ilə yadda qaldı. 20 yaşdan gənclər arasında yalnız Sergey Karyakin qalmaqla Wesley So (16), Fabiano Karuana (17) and Maxime Vachier-Lagrave (19) daha təcrübəli rəqibləri Malaxov, Haşımov və Gelfand tərəfindən oyundan kənarlaşdırıldılar.

Yarımfinal oyunlarında Boris Gelfand 2:0  hesabı ilə Sergey Karyakini, Ruslan Ponomaryov isə 4:2 hesabı ilə rəqibi Vladimir Malaxovu məğlub etdi. Və final... Ruslan Ponomariov və Boris Gelfand əsas oyunlarda heç-heçə razılaşdıqdan sonra taybreykdə  yenidən görüşdülər. 2009-cu ilin Dünya Kuboku marafonu İsraildən olan 41-yaşlı Boris Gelfandın Ruslan  Ponomariovu məğlub etməsi ilə başa çatdı.

Dünya Şahmat Kuboku 2011 26 Avqust – 21 Sentyabr tarixlərində Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş,128 oyunçunun içtirak etdiyi nokaut şahmat turniri idi. Dünya Kuboku 2011 Dünya Şahmat Çempionatının 2013-cü il mərhələsi üçün üç oyunçuya vəsiqə verdi, Rusiyalı qrossmeyster Peter Svidler bu turnirin qalibi oldu.

Dünya Şahmat Kuboku 2013 11 Avqust – 2 Sentyabr tarixlərində Norveçin Tromso şəhərinin Scandic Tromso otelində keçirilmiş, 128 oyunçunun içtirak etdiyi nokaut şahmat turniri idi. Kubokun qalibi final oyununda rəqibi Dmitriy Andreykini  2½–1½ hesabı ilə məğlub edən Vladimir Kramnik oldu. Finalçılar 2014  Namizədlər turnirinə vəsiqə qazandılar.