Qaydalar və Əsasnamə

FIDE Dünya Şahmat Kuboku 2015 yarışının əsasnaməsi

1. Təşkilatı

1.1 FİDE Dünya Şahmat Kuboku (Dünya Kuboku) 2014-2016-cı illər Dünya Çempionatının   tərkib hissəsidir.

1.2  İdarəedici Orqan: Ümumdünya Şahmat Federasiyası (FIDE). Əsasnamələrin yaradılması, oyunçularla ünsiyyət qurulması və təşkilatçılarla danışıqların aparılması məqsədilə FİDE Prezidenti tərəfindən Dünya Çempionatlar və Olimpiadalar üzrə FİDE komissiyası (burada daha sonra WCOC kimi müraciət olunacaq)  adlı komitə təşkil olunub.

1.3 FIDE və ya onun təyin etdiyi kommersiya agentliyi, Dünya Şahmat Kuboku 2015-in bütün kommersiya və media, o cümlədən internet hüquqlarını  özündə saxlayır.

1.4  WCOC tövsiyəsinə əsasən, bu əsasnamədə hər hansı dəyişikliyə məsul olan orqan FİDE Prezident Şurasıdır.

2. Dünya Kuboku 2015 üçün təsnifat  tədbirləri

2.1. Milli Şahmat Çempionatları – Milli Şahmat Çempionatları daxili yarışmalara görə bütün hüquqlara malik olan federasiyaların məsuliyyətindədir.

2.2. Zona turnirləri – Zona turnirləri FİDE Prezident Şurası tərəfindən təsdiq olunmalı olan əsasnamələrə əsaslanaraq Qitələr tərəfindən təşkil olunmalıdır.

2.3. Qitələr üzrə Şahmat çempionatları – Qitələr öz müvafiq Şuraları vasitəsilə FİDE ilə birgə əməkdaşlıq edərək Qitələr üzrə Şahmat Çempionatlarını təşkil edirlər.  Bu  tədbirlərin əsasnamələri, onların Dünya Şahmat Çempionatları dövrünün təsnifat sisteminin tərkibi olması gərəkli olduğu halda,  fəaliyyətə başlamazdan doqquz ay öncə FİDE Prezident Şurası tərəfindən təsdiqlənir.

2.3.1. FIDE aşağıdakı qitələr arasında bölünmək şərtilə, Qitə Çempionatlarının ümumi mükafat fonduna minimum miqdarı 92,000  ABŞ dolları olan qrant ayirmağa zəmanət verir:

1. Amerika 32,000 ABŞ dolları (minimum mükafat fondu cəmi: 50,000 ABŞ dolları)

2. Asiya-Okeaniya 32,000 ABŞ dolları (minimum mükafat fondu cəmi: 50,000 ABŞ dolları)

3. Afrika 28,000 ABŞ dolları (minimum mükafat fondu cəmi: 28,000 ABŞ dolları)

4. Avropa ---- (minimum mükafat fondu cəmi: 150,000 avro)

Cəmi: 92,000 ABŞ dolları (FİDE-yə ödəmələrdən sonra)

Hər bir Qitə Çempionatı üçün FİDE tərəfindən ayrılmış pul mükafatı qrantını ala bilmək üçün, hər bir Qitə, mükafat fonduna əlavə sponsorluq məbləği köçürdüyünü  təsdiq edən dəlil göstərməlidir. Qitələr mərhələsində hər bir qitə əlavə mükafat fondunun 20%-ni əldə edəcəkdir.

2.3.2. Qitə Dünya Kubokuna təsnifat xarakterli zona turnirlərini keçirməyə qərar verəcəyi yerdə, 2010-cu il 31 Dekabr tarixində  olduğu kimi zona təsnifatçılarının sayı zonalar üzrə təsdiq olunmuş rəqəmədək məhdudlaşdırılacaqdır; Dünya Kubokunda digər iştirak edəcək təsnifatçıları müəyyənləşdirmək məqsədilə Qitə Çempionatlarına hər bir Qitə üçün əlavə təsnifat yerləri veriləcək.

2.3.3.  Bütün zona təsnifatçıları, eləcə də ölkələr üzrə hər bir zonada iştirak etmək üçün seçilə bilən oyunçular, bütün qida məsrəfləri ev sahibi olan təşkilatçı tərəfindən ödənilməklə özlərinin Qitə Çempionatlarında iştirak edə bilərlər. Hər bir Qitənin ölkələr üzrə müəyyənləşdirdiyi əlavə oyunçular öz xərclərini özləri məsuliyyət daşıyacaqlar. Bu, yalnız Zona və Qitə Çempionatlarını keçirən Qitələrdə tətbiq olunur.

2.3.4. Qitələr Dünya Kubokundan öncə və 31 May 2015-ci il  tarixindən gec olmamaq şərtilə, 2014 və ya 2015-ci illərdə ən azı bir Qitə Çempionatı keçirmiş olmalıdırlar. Qitə Çempionatının keçirilməsinin mümkün olmadığı halda FİDE, mükafatların oyunçular arasında bölüşdürülməsi zərurəti olmadan, müvafiq Qitə üçün ayrılmış mükafat fondundan istifadə edərək Çempionat təşkil edə bilər. Qitələr WCOC ilə birgə əməkdaşlıq edərək, yarışın formatı və hər ölkədən olan təsnifatçıların və onların minimum əmsalları daxil olmaqla hər bir ölkəni təmsil edən iştirakçıların maksimum sayı barədə qərar qəbul edir. 

2.3.5. Hər bir qitə üçün təsnifatçı sayı: Avropa 46, Amerika 20, Asiya 20, Afrika 6.

2.3.6.  FIDE, tədbirin Dünya Çempionatları əsasnamələri ilə eyni qaydada keçirilməsindən əmin olmaq məqsədilə WCOC üzvü olan və ya komitə tərəfindən təyin olunmuş nümayəndələrindən birini müşahidəçi kimi göndərir. FİDE Prezident Şurasına Çempionatın həyata keçirilməsi  ilə bağlı müstəqil məruzə təqdim edilir. Səfər və mənzil xərcləri, eləcə də və təqaüdlər Qitə Çempionatının təşkilat komitəsi tərəfindən ödənilir.

3. Dünya Kuboku 2015

3.1. Təsnifatçılar – 128 təsnifatçı iştirak edir (üstünlük dərəcəsi sıralamasına əsasən): Dünya Çempionu + 2013-cü il Dünya Kubokunun dörd (4) nəfər yarımfinalçıları, Qadınlar arasında Dünya Çempionu, 2013-2014-cü illər 20 yaşadək Gənclər arasında Dünya Çempionları, on səkkiz (18) nəfər 3.1.2 bəndində qeyd olunduğu kimi yüksək əmsallı oyunçular, doxsan iki (92) nəfər Qitə Çempionatlarından seçilən oyunçular, bir (1) nəfər öncəki kriteriyaya əsasən təsnifatdan keçməmiş ACP (Peşəkar Şahmat Assosiasiyası) turunun ən yüksək əmsallı iştirakçısı, iki (2) nəfər FİDE Prezidenti namizədi, dörd (4) nəfər Təşkilatçı namizədləri, üç (3)  nəfər FİDE tərəfindən təsdiq olunmuş internet tədbiri təsnifatçısı. İnternet tədbirləri olmadığı halda bu yerlər WCOC məsləhətindən sonra FİDE Prezidenti tərəfindən müəyyənləşdiriləcəkdir.

3.1.1. Əvəzolunmalar – Dünya Çempionu, 2013-cü il Dünya Kubokunun yarımfinalçıları, Qadınlar arasında Dünya Çempionu, 2013-2014-cü illər 20 yaşadək Gənclər arasında Dünya Çempionları və yüksək əmsallı oyunçular yalnız otra əmsalı daha yüksək olan oyunçularla əvəzlənə bilərlər.

Qitə və Zona təsnifatçıları yalnız özlərinin müvafiq tədbirlərindən olan oyunçularla əvəz oluna bilərlər, istisna olaraq Zona Turnirində əvəzləyici oyunçu 50% və ya daha yüksək nəticə göstərməlidir.  Əks halda bu yer Qitə Çempionatına keçir. Əgər oyunçu əmsal siyahısına yaxud zona/qitə tədbirlərinə əsasən seçilirsə orta əmsal siyahısına  üstünlük verilir. Zona/Qitə yarışlarının 2015-ci il yanvar ayının əmsal siyahısının nəşr olunmasından öncə keçirildiyi kimi müstəsna hallarda, təsnifat məqsədilə üstünlük orta əmsal siyahısına nisbətdə zona/ qitə tədbirlərinə verilir.

3.1.2. 18 nəfər yüksək əmsallı oyunçuları, eləcə də əvəzolunmaları seçmək məqsədilə aşağıdakı siyahılardan olan bir ortalamadan istifadə olunur: 2014-cü ilin fevral ayından 2015-ci ilin yanvar ayınadək nəşr olunmuş bütün əmsallar on ikiyə (12) bölünür. Nəticələr bərabər olduğu halda vergüldən sonra iki rəqəm nəzərə alınır. Rəqəmlər hələ də bərabərdirsə, bu zaman 2014-cü ilin on iki ayındakı əmsal oyunlarının ümumi sayı əsas götürülür. Bu onu bildirir ki, daha çox oyunda iştirak etmiş oyunçu təsnifatdan keçəcək. Rəqəmlər bu halda da bərabər olarsa, 2015-ci ilin fevral siyahısı əsas götürülür.  Bu siyahıdakı Elo hələ də bərabərdirsə, o zaman 2015-ci il Fevral ayında daha çox oyunda iştirak etmiş oyunçu təsnifatdan keçir.  

3.1.3. 2014-cü ilin on iki ayı ərzində oyunların sayı otuz (30) standart əmsallı oyundan daha az olduğunda vəsiqə almış oyunçu yüksək əmsallı oyunçu kimi təsnifatdan keçə bilməyəcək.  Bu 30 oyun qaydasında heç bir sürətli və blitz əmsallı oyun nəzərə alınmır.

3.1.4. Təsnifatdan keçmiş və ehtiyat oyunçuların siyahısı FİDE-nin elektron səhifəsində nəşr olunur.

3.2.  Turnirin formatı

3.2.1 Qaliblərin növbəti raunda keçməsi ilə, hər raundda iki oyun olmaqla altı (6) matç və əlavə olaraq, dörd (4) oyundan ibarət yeddinci (7-ci) yekun raund olacaq. 

Raund 1: 128 oyunçu olacaq

Raund 2: 64 oyunçu olacaq

Raund 3: 32 oyunçu olacaq

Raund 4: 16 oyunçu olacaq

Raund 5: 8 oyunçu olacaq

Raund 6: 4 oyunçu olacaq

Raund 7: 2 oyunçu olacaq (3-cü yerə ehtiyac olduğu halda 4 oyunçu olacaq)

3. 2. 2. Dünya Kuboku turnirinin cədvəli

Açılış Mərasimi / Oyunçuların görüşü 1 gün
Raund 1: 2 oyun günü 2 gün
Taybreyklər 1gün
Raund 2: 2 oyun günü 2 gün
Taybreyklər 1 gün
Raund 3: 2 oyun günü 2 gün
Taybreyklər 1 gün
Raund 4: 2 oyun günü 2 gün
Taybreyklər 1 gün
Raund 5: 2 oyun günü 2 gün
Taybreyklər 1 gün
Sərbəst Gün 1 gün
Raund 6: 2 oyun günü 2 gün
Taybreyklər 1 gün
Sərbəst Gün 1 gün
Raund 7: 4 oyun günü 4 gün
Taybreyklər 1 gün
Bağlanış mərasimi 1 gün

Cəmi: 26 gün

Bütün oyunlar və taybreyklərin yerli vaxtla 15:00-da başlanmasına üstünlük veriləcək.

3.3.  İştirakçıların təsdiqi / Oyunçuların davranış qaydaları

3.3.1. FİDE təşkilatçının adını, yarış məkanını və zamanını təsdiq etdikdən sonra iştirakçılar FİDE-nin internet səhifəsindən Oyunçu Müqaviləsini (buraya oyunçu öhdəlikləri də daxil edilmişdir) yükləyə və bir həftə ərzində öz imzalı müqavilələrini FİDE-yə göndərə biləcəklər. Bu, oyunçunun  məsuliyyətidir.

Rəsmi məhdudiyyət qoyulmuş müddət ərzində Oyunçu Müqaviləsini qaytara bilməyən  3.1 bəndində qeyd olunmuş istənilən oyunçu 3.1.1 maddəsinə əsasən əvəz oluna bilər. WCOC məhdudiyyət qoyulmuş müddətdən sonrakı 7 gün ərzində daxil olan gecikmiş müqavilələri qəbul edə bilər. Son siyahı məhdudiyyət qoyulmuş zamandan yalnız 10 gün sonra FİDE-nin internet səhifəsində nəşr olunacaq. Öncədən təsnifatdan keçməyən, lakin əvəzləyici kimi iştirak etmək hüququ olan oyunçular FİDE-nin internet səhifəsi  vasitəsilə bildiriş alacaq və öz imzalı müqavilələrini FİDE-yə qaytarmaq üçün daha bir həftə vaxtları olacaqdır.

3.3.2.  3.3.1 bəndində qeyd olunan bütün oyunçular öz iştiraklarını, Dünya Kubokunda iştirakla bağlı FİDE-nin internet səhifəsində nəşr olunmuş Oyunçular Müqaviləsinin imzalı nüsxəsini geri qaytarmaqla, FİDE Katibliyinə göndərilən faks və qeydiyyatlı məktub vasitəsilə təsdiq edəcəklər. Oyunçular imzalı müqavilələrinin FİDE Katibliyinə vaxtında çatmasına görə tam məsuliyyət daşıyırlar.

3.3.3.  Müqaviləsini geri qaytaran, lakin cütlərin elan olunmasından öncə iştirakdan imtina edən oyunçu  3.1.1 bəndində təsvir olunduğu qayda üzrə yeni oyunçu ilə əvəzlənir.

3.3.4. Cütlərin elan olunmasından sonra yarışdan imtina edən oyunçu başqa biri ilə əvəzlənmir.

3.3.5. Oyunçu müqaviləsini imzaladıqdan sonra uzaqlaşması üçün qənaətbəxş səbəb göstərə bilməyən oyunçular növbəti Dünya Çempionatları Dövründən kənarlaşdırıla bilər.

3.3.6.  Dünya Kuboku və Qadınlar arasında Dünya Çempionatının təşkili eyni dövrə təsadüf edərsə (hətta iki tədbir bir gün fərqlə üst-üstə düşərsə) hər iki çempionatda iştirak etməyə hüququ olan oyunçu 3.3.2 bəndinə əsasən hansı turnirdə iştirak edəcəyini qərara alır. 

3.3.7.  Təhlükəsizlik və inzibati səbəblərdən bütün iştirakçıların onlar üçün rəsmi olaraq ayrılmış otel (-lər)də qalmaları tövsiyə olunur.

3.3.8.  Bütün oyunçular qaldıqları müddətdə səfər, mənzil və qida xərclərini özləri ödəyirlər.

3. 4. Cütlər

3. 4.1. Bütün iştirakçılar yarışa ilk raunddan başlayırlar.

3.4.2. 1-ci raundun cütləri elan olunan zaman, cütlərin yaradılması məqsədilə oyunçular ən son əmsal cədvəlinə əsasən sıralanırlar. İki və daha artıq oyunçunun əmsalı eyni olduğu halda, siyahıda göstərilmiş dövrdə daha çox oyunda iştirak etmiş oyunçu daha yüksək əmsllı hesab olunur.  Bu rəqəmlər də eyni olduğu halda sıralama püşkatma vasitəsilə müəyyənləşdirilir.

3.4.3. Cütlər siyahının ən yüksək əmsala malik olan şahmatçı ilə ən aşağı əmsala malik olan digər şahmatçı arsında əks nömrələrlə seçilir (1-128, 2-127...).  Belə ki, ən yüksək əmsallı oyunçu siyahının ən sonunda qərar tutan ən aşağı əmsallı oyunçu ilə oynayır. Siyahının ikinci ən yüksək əmsallı oyunçusu sondan ikinci yerdə qərar tutmuş oyunçu ilə qarşılaşır və s. 

3.4.4. İkinci və növbəti raundlarda da eyni prosedurlar keçərli hesab olunur, yalnız aşağı əmsallı oyunçu hər hansı matçda qalib gəldiyi halda, həmin oyunçu avtomatik olaraq yüksək əmsallı oyunçunun əmsalı ilə çıxış edir.  

3.4.5.  FİDE Prezidentinin icazəsi olmadan heç bir təxirəsalınmaya yol verilmir.

3.5.  Rənglərin püşkatma vasitəsilə seçimi

3.5.1. Rənglərin püşkatma vasitəsilə seçimi bu şəkildə icra olunur:

a) Açılış Mərasimindəki püşkatma zamanı qərara alındığı kimi, 1-ci raundun ən yüksək əmsallı oyunçusu ilk oyunda Ağ və ya Qara fiqurları əldə edir.   Eyni raundun ikinci  oyununda rənglər dəyişdirilir. 2-ci matçda nisbətən yüksək əmsallı oyunçu ən yüksək əmsallı oyunçunun əksi olan rəngə sahib olur və beləcə siyahı üzrə əvəzlənmə baş verir. Eyni raundun növbəti oyunlarında rənglər avtomatik olaraq bir-birini əvəzləyir. b) 2-ci raundda 1-ci matçın qalibi 1-ci raundun 1-ci oyununda ən yüksək əmsallı oyunçunun malik  olduğu rəngin əksi olan  rənglə oynayır. 2-ci matçın 1-ci oyununda daha yüksək əmsallı oyunçu, 1-ci matçın 1-ci oyununda ən yüksək əmsallı oyunçunun rənginin əksi olan rənglə oynayır və matç boyunca rənglər müvafiq ardıcıllıqla bir-birini əvəzləyir. c) 2-6 raundlarda eyni prosedurlara riayət olunur, yalnız bir məsələyə aydınlıq gətirilməlidir ki, aşağı əmsallı oyunçunun hər hansı matçda qalib gəldiyi təqdirdə o, avtomatik olaraq daha yüksək əmsallı oyunçunun əmsalı ilə davam edir.  d) Taybreyk oyunlarında hər bir matç üçün püşk atılır. Bu matçlar da heç-heçə ilə nəticələnərsə, Armagedeon oyununda kimin Ağlarla oynayacağını müəyyənləşdirmək üçün püşk atılır.  e) 7-ci raund üçün püşkatma yenidən keçirilir.

3.6. Nəzarət vaxtı

3.6.1. Birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə  artırılmaqla ilk 40 gediş üçün 90 dəqiqə, daha sonra oyunun sonunadək 30 dəqiqə əlavə olunmaqla nəzarət vaxtı  təyin  olunur.    

3.6.2. Oyunlar FİDE tərəfindən təsdiqlənmiş elektron saatlar və lövhələrdən istifadə etməklə keçirilir.  

 3.7.  Qələbə şərtləri

3.7.1. İlk 6 raundda hər matç iki (2) oyundan ibarət olur və matçın qalibi  1.5 və daha artıq xal qazanmış  oyunçu hesab olunur.  3.8 maddəsinə əsasən taybreyk olur.

3.7.2.  Sonuncu 7-ci raundda dörd (4) oyun nəzərdə tutulur və Dünya Kubokunun qalibi ilk olaraq 2.5 və daha artıq xal qazanmış oyunçu olur.  3.8 maddəsinə əsasən taybreyk olur.

3. 8 Taybreyklər

3.8.1.a. Əgər əsas oyunlardan sonra hesab bərabər olarsa, yeni rəng seçimindən sonra daha iki (2) taybreyk oynanılır. Oyun elektron saatda hər oyunçuya 25 dəqiqə verilməklə və hər gedişdən sonra 10 saniyə əlavə olunmaqla keçirilir. 

3.8.1.b. Bütün taybreyklər Dünya Çempionatı Texniki Əsasnamələrinin 2-ci Əlavəsinə əsasən oynanılır.  

3.8.2.a. Bərabərlik 3.8.1a bəndindəki oyunlardan sonra pozulmursa,  o zaman yeni fiqur rəngi seçimi püşkatmasınadan sonra, 10 dəqiqə verilməklə və hər gedişdən sonra 10 saniyə əlavə olunmaqla qalibi müəyyənləşdirmək üçün iki oyundan ibarət matç keçirilir. Bərabərlik bu halda da pozulmazsa, nəzarət vaxtı hər oyunçuya ilk gedişdən 3 saniyə əlavə olunmaqla bütün oyuna 5 dəqiqə olmaqla iki oyundan ibarət matç keçirilir. Əgər qalib hələ də müəyyənləşdirilməyibsə, bu halda aşağıdakı 3.8.3. a. bəndində təsvir olunduğu kimi  Armagedon  oyunu  keçirilir.

3.8.2.b. Oyunlar 3.8.1.b bəndində qeyd olunduğu Qaydalar üzrə oynanılır.

3.8.3.a. Hesab 3.8.2a bəndində təsvir olunduğu kimi hələ də bərabər olduğu halda,  Armagedon şərtilə həlledici oyun keçirilir.  Püşkatmada qalib gələn oyunçu rəng seçə bilər. Ağ fiqurlarla oynayan oyunçu 5 dəqiqə , rəqibi isə 4 dəqiqə alır; 60-cı gedişdən sonra hər iki oyunçu 61-ci gedişdən başlayaraq hər gedişə 3 saniyə əlavə vaxt əldə etməklə oyuna davam edirlər. Qara fiqurlarla oynayan oyunçu heç-heçə edərsə, həmin oyunçu qalib elan olunur.

3.8.3.b. Oyunlar 3.8.1.b bəndində qeyd olunduğu Qaydalar üzrə oynanılır.

3.8.4. Taybreyk oyunları arasında, eləcə də Armagedeon oyunu başlamazdan öncə, Baş Arbitr hər hansı digər qərar qəbul etməyibsə, ən azı 10 dəqiqəlik fasilə olur.

3.9. Dünya Kubokunun mükafatları

3.9.1. Minimum Mükafat siyahısı

1-ci  Raund məğlublar: 64 x 6,000 ABŞ dolları (xalis 4,800) 384,000 ABŞ dolları

2-ci  Raund məğlublar: 32 x 10,000 ABŞ dolları (xalis 8,000) 320,000 ABŞ dolları

3-cü  Raund məğlublar: 16 x 16,000 ABŞ dolları (xalis 12,800) 256,000 ABŞ dolları

4-cü  Raund məğlublar: 8 x 25,000 ABŞ dolları (xalis 20,000) 200,000 ABŞ dolları

5-ci  Raund məğlublar: 4 x 35,000 ABŞ dolları (xalis 28,000) 140,000 ABŞ dolları

6-cı Raund məğlublar: 2 x 50,000 ABŞ dolları (xalis 40,000) 100,000 ABŞ dolları

2-ci yer tutan oyunçu : 1 x 80,000 ABŞ dolları (xalis 64,000) 80,000 ABŞ dollar

Dünya Kubokunun qalibi: 1 x 120,000 ABŞ dolları (xalis 96,000) 120,000 ABŞ dolları

Cəmi: 1,600,000 ABŞ dolları

3.9.2. Yuxarıdakı ümumi mükafat fondunun 20% FİDE-yə keçirilir.

3.9.3. Oyunçu səhhətindəki problemlərlə əlaqədar və ya digər Appelyasiya Komitəsi tərəfindın qəbul olunmuş əsaslı səbəblər üzündən oyundan uzaqlaşdığı halda bu oyunçu həmin zaman təltif olunduğu pul mükafatını tam məbləğdə alacaq. Oyunçu tam mükafatını ala bilmək üçün 3.17.1 maddəsinə əsasən iddia qaldıra bilər.

3. 9. 4. Oyunçu ilk raund başlandıqdan sonra heç bir qənaətbəxş səbəbi olmadan yarışdan uzaqlaşdığı zaman pul mükafatı almayacaq

3.10. Oyun Şərtləri

3.10.1. Oyun ərazisinə yalnız Baş Hakimin icazəsi ilə oyunçular, rəhbərlər və nəzarətçilər daxil ola bilərlər.

3.10.2. Oyun zamanı aşağıdakı əlavə əsasnamələr qüvvədə olacaq:

a) Oyunçuların oyun ərazisinə texniki və digər oyundankənar avadanlıqlar, o cümlədən mobil telefonlar gətirməsinə icazə verilmir.  

b) Oyunçu Şahmat qanunlarının verdiyi icazəyə əsasən yalnız hakim, nəzarətçi və ya rəqibi ilə danışaraq ünsiyyət qura bilər. 

c) Oyun sessiyası ərzində oyunçular oyun ərazisini Baş Hakimin icazəsi olmadan tərk edə bilməzlər.

3.11. Oyun zamanı gedişlərin yazılması üçün blanklar

3.11.1. Təşkilatçılar WCOC tərəfindən verilmiş spesifikasiyalara əsasən blanklarla iştirakçıları təmin edəcəklər.

a) Hər bir oyunun sonunda oyunçuların orijinal blankları Baş Hakimə təqdim olunacaq ki, o da öz növbəsində onları FİDE-yə çatdıracaq.

b) Hər hansı oyunçunun blankı imzalamaqdan imtina etdiyi halda həmin oyunçu, Texniki əsasnamənin (əlavə 1) 13.4 maddəsinə əsasən cəzalandırılacaq. Oyunçular blankı imzaladıqdan sonra Hakim bu nəticələri təsdiqləmək məqsədilə öz imzasını əlavə edəcək.

c) Taybreyk oyunlarında oyunçular və Hakim protokolu imzalayacaqlar.

3. 12. Oyunçuların İclasları

3.12.1. Oyunçulardan Baş Hakim və Təşkilatçıların qərara alacağı zaman Açılış günündə keçiriləcək Oyunçular iclasında iştirak etmələri tələb olunur. Ehtiyac olarsa Baş Hakim növbəti Oyunçular iclasını təyin edə bilər.

3.12.2. Oyunçunun Oyunçular Görüşünə gəlmədiyi halda, yaxud idmançıya yaraşmayan tərzdə və ya FİDE Davranış Qaydalarına zidd şəkildə davranış nümayiş etdirdiyi halda ona Baş Hakim tərəfindən aşağıdakı cəza verilə bilər: hər bir qayda pozuntusu halında pul mükafatının 5%-ni Təşkilatçıların, digər 5%-ni FİDE xeyrinə olmaqla pul tutulacaq. Ciddi qayda pozuntusu halında oyunçu turnirdən və Dünya Şahmat Çempionatı mərhələsindən kənarlaşdırıla bilər.

3. 13 Müsahibələr, davranış və geyim qaydaları

3.13.1. Oyunçuların mətbuat ilə münasib əməkdaşlığı gözlənilir. Onlarla ümumi müsahibələr Mətbuat Katibi tərəfindən təşkil oluna bilər.  

3.13.2. Oyunçulardan hər bir oyundan dərhal sonra, 10 dəqiqədən artıq olmayan  qısa müsahibələr üçün  zaman ayırması tələb olunur. Bu, hər bir oyunun qalibinə və heç-heçə zamanı hər iki oyunçuya aiddir. Eyni zamanda oyunçulardan Çempionat ərzində FİDE Prezidenti yaxud onun müavini tərəfindən təsdiq olunmuş bütün rəsmi görüşlərdə, o cümlədən rəsmi qəbul və Açılış mərasimində iştirak etmək tələb olunur. Bağlanış Mərasimində həmçinin iki finalçının da iştirakı tələb olunur.

3.13.3. Oyunçunun 3.13.2 bəndindəki tələbləri yerinə yetirmədiyi halda Mətbuat Katibi tərəfindən aşağıdakı cərimə tətbiq oluna bilər: hər bir qayda pozuntusu halında pul mükafatının 5%-ni Təşkilatçıların, digər 5%-ni FİDE xeyrinə tutulması. Oyunçu bu cəzaya etiraz məqsədilə oyun başa çatdıqdan sonra 3 saatdan artıq olmamaq şərtilə müraciət edə bilər. Ciddi qayda pozuntusu halında oyunçu turnirdən və Dünya Şahmat Çempionatı mərhələsindən kənarlaşdırıla bilər.

3.13.4. Oyunçulardan Dünya Kuboku ərzində hər zaman ləyaqətli görüntü nümayiş etdirmək naminə FİDE əsasnamələrini C.01 (maddə 8.1) nəzərə almaları tələb olunur.  

3. 14. Mükafatların ödənilməsi

3.14.1. Mükafat fondu bank transferi vasitəsilə ödəniləcəkdir.  

3.14.2. FİDE-nin Təşkilatçı ilə mükafat fondunun vergi xərclərindən azad olması barədə qeydlərin aparıldığı razılaşmanı imzalamağa çalışacağına baxmayaraq, FİDE mükafat fondundan çıxarılacaq hər hansı milli və ya yerli vergilərə görə cavabdehlik daşımayacaq. Təşkilatçının  ziddiyyətli davranışları müqabilində FİDE oyunçulara bütün lazımi yardımı göstərəcək.

3.15. Rəhbərlər

3.15.1. Rəhbərlər bunlardır:

a) FIDE Prezidenti və Prezident müavini;

b) FIDE Xəzinədarı və Baş Katibi; FIDE Müşahidəçisi;

c) Appelyasiya Komitəsinin üç üzvü;

d) Hakimlər;

e) FIDE Mətbuat Katibi;

f) FIDE Tibb Komissiyasının Sədri (və ya onun FIDE Tibb Komissiyasında namizəd üzvü);

g) İki WCOC üzvü.

3.16. Hakimlər

3.16.1.  Bir Baş Hakim, Baş Hakimin müavini, 1-ci – 4-cü raundlar üçün üç arbitr müavini; 1-ci və 2-ci raundlar üçün dörd əlavə yerli hakim və turnir ehtiyaclarına görə yerli assistentlər olacaq. FIDE Prezidenti Dünya Çempionatlar və Olimpiadalar Komitəsi (WCOC)  ilə birgə Beynəlxalq dərəcəli Hakim titulu olan hakimləri təyin edəcək.  

3.16.2. İstənilən oyun zamanı heç bir hakim oyunçulardan hər hansı biri ilə eyni federasiyaya mənsub ola bilməz. İstisna: əgər oyunçular hər ikisi eyni Federasiyaya mənsubdursa o zaman hakim də həmin Federasiyadan ola bilər.

3.16.3. Oyun zamanı həm Baş Hakim, həm də Baş Hakimin Müavini oyun ərazisində olmalıdırlar. 

3.16.4. Dünya Şahmat Kuboku başa çatdıqdan dərhal sonra Baş Hakim məruzə hazırlamalı və yubanmadan onu FİDE Katibliyinə göndərməlidir.

3.16.5. Məruzə İngilis dilində yazılmalıdır.

3.16.6. Məruzədə hər bir individual oyunun nəticəsi, eyni zamanda hər bir oyunun yekun nəticəsi göstərilməlıdir. Əlavə olaraq, Məruzədə Dünya Kubokunun gedişatının ümumi təsviri verilməlidir. Turnir ərzində hər hansı çətinlik, münaqişə və ya insident baş verdiyi təqdirdə, onlar haqqında həmin məsələlərin həlli ilə bağlı götürülmüş ölçülərlə birgə təfərrüatlı məlumat verilməlidir.   

3.16.7. Məruzə Dünya Kubokunun iki büllüteninin nüsxələri və oyunların gedişlərinin qeyd olunduğu blankların əlavə olunması ilə  tamamlanmalıdır.

3.16.8. Baş Hakim WCOC ilə məsləhətləşərək və FİDE Prezidentinin təsdiqini alaraq dəqiq oyun saatları haqda və bu əsasnamələrdə qeyd olunmayan digər detallarla bağlı məlumat xarakterli əlavə yazılı əsasanamələr nəşr edə bilər.

3.17. Appelyasiya Komitəsi.

3.17.1. FİDE Prezidenti ilə Dünya Çempionatlar və Olimpiadalar Komitəsinin birgə məsləhəti ilə təyin olunan bir Sədr, hər biri müxtəlif Federasiayalrdan olmaqla və FİDE  Prezident Şurası üzvlərinə üstünlük verilkməklə digər iki nümayəndə olacaq. Appelyasiya Komitəsinin heç bir üzvü tərəflərdən birinin öz federasiyasiya üzvü olan mübahisələrdə (mübahisə tərəflərinin hər ikisinin öz Federasiyasından olduğu hal istisna olunmaqla) hakimlər masasında əyləşə bilməz.

Bütün etirazlar yazılı formada və müvafiq oyun sessiyasından iki saatdan gec olmayaraq Appelyasiya Komitəsinə təqdim edilməlidir. Komitə aşağıdakı məsələlərlə bağlı qərar qəbul edə bilər:

a) Hakim və ya FİDE rəhbərinin qərarına qarşı  müraciət; b) oyunçu davranışına qarşı etiraz; c) əsasnamələrin yanlış tərcümə olunmasına dair şikayətlər; d) xüsusi əsasnamələrin tərcüməsinə dair xahiş; e)hər hansı iştirakçıya dair etiraz və ya şikayət;  f) Komitənin vacib hesab etdiyi bütün digər məsələlər.

Mümkün olduğu halda, Komitə hər hansı etirazın qəbul edilməsindən iki saatdan gec olmayaraq müəyyən qərar verəcək. Appelyasiya müraciəti prosesinə yazılı təqdimat və yazılı qərar daxildir. Komitə FİDE-nin həqiqi devizi olan “Gens Una Sumus” – “Biz Vahid Ailəyik” şüarına əsasən barışdırıcı mövqe tapmağa çalışacaq. Hər bir etiraz  500 dollar (beş yüz ABŞ dollar) məğləğındə olan ödəniş haqqı ilə və ya bu məbləğin yerli valyuta ilə olan ekvivalenti ilə birgə təqdim olunmalıdır. Etiraz qəbul olunduğu halda bu ödəniş qaytarlacaq. Etirazdan imtina olunduğu halda isə bu ödəniş FİDE xeyrinə müsadirə olunacaq. Hər hansı bir mübahisədən irəli gələn Appelyasiya Məhkəməsinin yazılı qərarı  bu əsasnamələrə nəzərən sonuncu olacaq.

3.18. Oyun zalının təşkili

3.18.1.  WCOC Oyun zalının və onun ətrafının ən azı Yüksək səviyyəli Turnirlərinin təşkilinə dair FİDE Əsasnamələrinin tələblərinə müvafiq olub-olmamasına təminat verəcək.  (FIDE İşçi kitabı C.01).

3.18.2. Oyun məkanı FİDE bayrağı, Beynəlxalq Olimpiya Komitəsinin bayrağı, ev sahibi olan ölkənin və iştirak edəcək Federasiyaların bayraqları ilə dekorasiya olunacaq.

3.18.3.  Dünya Çempionatlar və Olimpiadalar Komitəsi Təşkilatçılarla turnir zalı, təchizatlar, mənzil və qidalanma, nəqliyyat, telekommunikasiya, mərasimlər barədə razılığa gəldikdən sonra iştirakçılardan gələn heç bir etiraza baxılmayacaq.

3.18.4. Təşkilatçılar Oyunçu və Rəhbərləri pulsuz kofe, çay və spirtsiz içkilərlə təmin edəcəklər. Eyni təklifin mətbuat nümayəndələri üçün də keçərli olması məsləhət görülür.

3. 19. Fotoqrafiya və Televiziya

3.19.1. Yalniz fotoqraflar və kamera heyəti Oyun məkanında işləmək üçün Mətbuat Katibi tərəfindən səlahiyyət alir.

a) 16-dan çox oyunçu yarışdığı zaman fotoapparatın işıqlandırmasından yalnız ilk on dəqiqə ərzində istifadə oluna bilər.

b) 16 və ya daha az oyunçu yarışdığı zaman fotoapparatın işıqlandırması yalnız ilk beş dəqiqə ərzində istifadə oluna bilər.

c) Taybreyk oyunlarında işıqlandırmadan yalnız ilk üç dəqiqə ərzində istifadə oluna bilər. 5 dəqiqəlik və Armagedeon oyunlarında işıqlandırmadan istifadəyə icazə verilmir; kameralardan istifadəyə, yalniz məsul şəxs olan Hakimin onların istifadəsinin maneə törədici olmadığını hesab etdiyi zaman icazə verilir.

e) Televiziya kameraları nəzərə çarpmamalıdır və onların istifadəsinə, yalniz məsul şəxs olan Hakimin onların istifadəsinin maneə törədici olmadığını hesab etdiyi zaman icazə verilir.

f) Baş Hakimin təsdiqi ilə Təşkilatçılar tərəfindən təyin olunmuş rəsmi fotoqraf raund ərzində istənilən zaman işıqlandırmasız  fotoşəkil çəkə bilər.

3.20.  Mərasimlər

3.20.1. Açılış Mərasimi birinci raund keçiriləcək gündən öncəki gün baş tutacaq və bütün iştirakçılar burada iştirak etməlidirlər. İstisnalar yalnız FİDE prezidentinin yazılı icazəsi ilə edilə bilər.

3.20.2.  Açılış Mərasiminin proqramına FİDE tərəfindən nəzarət ediləcək.
Adətən 60 dəqiqəlik mədəniyyət proqramı və nitqlər arzuolunandır. FİDE himni və ev sahibliyi edən ölkənin himni səsləndiriləcək.

3.20.3.  İlk raund üçün rəngseçimi püşkatması Açılış Mərasimində keçiriləcək.

3.20.4.  Bağlanış mərasimi Dünya Şahmat Kuboku Turnirinin başa çatmasından bir gündən gec olmayaraq keçirilməlidir. Təşkilatçılar turnirin ilk iki oyunçusunu hədiyyələrlə təmin edəcəklər.  FİDE himni və ev sahibliyi edən ölkənin himni səsləndiriləcək.

3.21. Təşkilatçılar üçün FIDE Hüquq və öhdəlikləri

3.21.1.  Maliyyə

3.21.1.1.  Turnir başa çatmazdan öncə FİDE-yə Dünya Kuboku Təşkilində məruz qaldığı bütün birbaşa məsrəflərin qarşılığı ödənilməlidir. Bu, turnir başlamazdan öncə Təşkilarçılar və Dünya Çempionatlar və Olimpiadalar Komitəsi arasında razılaşdırılmış sabit məbləğ olacaqdır. Məbləğə Rəhbərlər üçün ödənişlər, təftış məsrəfləri və turnir xərcləri (səfər və qonaqlama) daxildir. WCOC Protokol, infrastruktur, media, şərhlər, bülleten büdcələri və digər texniki məsələlərlə bağlı Təşkılatçılara məsləhətlər verəcək.

3.21.1.2.  FİDE tədbirin müstəsna kommersiya hüquqlarına malikdir və onları kommersiya cəhətdən istifadə etməkdə, o cümlədən oyunçuların sponsorların brendini geyinməsi ilə bağlıya Təşkilatçılar ya da turnirin sponsorları ilə reklam razılaşmaları bağlamaqda  sərbəstdir.

3.21.1.3. Buraxılış məsrəfləri, imtiyazlar və fotoqrafiya vasitəsilə  əldə edilən və  Dünya Kuboku tərəfindən təmin olunmuş gəlir Təşkilatçılara aiddir. Radio və Televiziya hüquqları, o cümlədən video və film hüquqları FİDE-yə məxsus olacaq. Burada və daha öncəki paraqrafda təsvir olunan hüquqlar Təşkilatçıya FİDE tərəfindən veriləcək.

3.21.1.4.   FİDE oyunların İnternet vasitəsilə canlı yayımı üzərində müstəsna hüquqa malik olacaq  və tədbirin keçirilməsi üçün önəmli olan elektron lövhələr və saatlar kimi vacib cihazlarla  təmin edəcək. FİDE partiyalar arasında razılaşdırıldığı kimi Təşkilatçıları müxtəlif funksiya otaqlarında canlı oyun nümayişi üçün siqnal ilə təmin edəcək.

3.21.1 5.  Təşkilatçılar büdcəni mümkün qədər detallı şəkildə, fövqəladə və gözlənilməz hallar üçün təchizatları da daxil etməklə tərtib edəcək. Bu, WCOC və FİDE Prezidenti tərəfindən təsdiq olunacaqdır.

3.21.2. Təqaüdlər

3.21.2.1. Dünya Kuboku Rəhbərlərinə aşağıdakı təqaüdlər ödəniləcək:

a) Appelyasiya Komitəsinin sədri  10,000 ABŞ dolları

b) Appelyasiya Komitəsinin iki üzvü 14,000 ABŞ dolları

c) Baş Hakim 7,000 ABŞ dolları

d) Baş Hakimin Müavini 5,000 ABŞ dolları

e) Üç Hakim Müavini  9,000 ABŞ dolları

f) Dörd Hakim (1-ci və 2-ci  raundlar) 8,000 ABŞ dolları

g) FİDE Mətbuat Katibi 5,000 ABŞ dolları

h) FİDE Tibb Komissiyasının  nümayəndəsi 3,000 ABŞ dolları

Bundan əlavə təşkilatçılar WCOC büdcəsi üçün FİDE-yə minimum məbləğı  40,000 ABŞ dollar olan pul vəsaiti ödəyəcəklər.

3.21.3.  Səfər  və Qonaqlama

3.21.3.1. Səfər. FIDE Prezidentinin Təşkilatçıların məsrəfləri hesabına hava, dəniz və ya dəmiryolu vasitəsilə lyuks səyahət etmək hüququ var. FIDE Prezident Müavininin Təşkilatçıların məsrəfləri hesabına hava, dəniz və ya dəmiryolu vasitəsilə biznes sinfi ilə səyahət etmək hüququ var. Bütün digər rəhbərlər hava, dəniz, dəmiryolu və ya Təşkilatçılar üçün hava səyahətindən baha olmayan istənilən nəqliyyat vasitəsilə təmin olunacaqlar. İstənilən rəhbər Təşkilatçıların razılığı olmadan öz səfər planını qurursa o, bunu tamamilə öz hesabına edir.

3.21.3.2. Yerləşdirilmə. FIDE Prezidenti üçün lyuks oteldə syuit və Pezident Müavini üçün eyni lyuks oteldə kiçik syuit ayrılacaq. Hər bir Rəhbər və WCOC üzvü üçün həmin lyuks oteldə ikinəfərlik otaq, eyni zamanda daha üç FİDE nümayəndəsi (FİDE Katibliyi) yüksək qonaqpərvərliklə təmin olunacaq. Yalnız FİDE Prezidenti üçün əlavələr Təşkilatçılar tərəfindən əhatə olunacaq.

3.21.3.3. Qida və İçkilər. Bütün Rəhbərlər qida və içkilərlə təmin olunacaqlar. Bu, gündəlik müəyyənləşdirilmiş yerli valyuta vəsaiti və ya bütün yeməklərin otel restoranında təchiz olunması ilə təmin olunacaq. Qidanın tərkibi və miqdarı Təşkilatçılarla WCOC arasında razılaşdırılacaq.

3.21.3. 4. Yerli nəqliyyat. Zəruri olarsa hava limanına və geriyə nəqliyyat təşkılatçılar tərəfindən təmin olunacaq. FIDE Prezidenti üçün sürücü tərəfindən idarə olunan avtomobil, digər rəhbərlər üçün bir sıra müxtəlif avtomobillər ayrılacaq; onların istifadəsi otellərin, oyun zalının və media mərkəzinin yerindən, və rəhbərlərin asudə vaxt fəaliyyəti seçimindən asılı olacaq.  Alternativ olaraq, məbləği Təşkilatçılar və WCOC arasında razılaşdırılmaqla gündəlik yerli valyuta vəsaiti ilə də təmin olunacaqlar. Zərurət halında oyunçular rəsmi funksiyalar üçün yerli nəqliyyatla təmin olunacaqlar.

3.21.3.5.  Şəxsi heyət – Təşkilatçılar WCOC ilə razılaşmaya əsasən FİDE Katibliyini oyun zalında, mətbuat otağında, VİP otaqda və mərasimlərdə yardım göstərmək üçün şəxsi heyətlə təmin etməlidir.

3.22. Təşkilatçıların seçimi.

3.22.1. FİDE üzvü olan istənilən federasiya və ya sponsor Dünya Kubokuna rəhbərlik etmək hüququ üçün namizədliyini irəli sürə bilər. Sponsorun kuboku harada keçirəcəyi təklifi ilə bağlı FIDE federasiya ilə məsləhətləşəcək. Federasiyanın imtina etdiyi və ya əməkdaşlıq etmək iqtidarında olmadığı halda, FİDE potensial sponsorun təklifini qəbul edə bilər. Heç bir təklif olunan sponsor Beynəlxalq Olimpiya Komitəsinin əsasnamələri ilə ziddiyyətdə ola bilməz.

3.22.2. Hər bir namizəd FİDE Katibliyindən məcburi tender formasını və əhəmiyyətli məlumatları almaq üçün 1,000 ABŞ dolları məbləğındə geri qaytarılmayan ödəniş etməlidir. Tender prosesinin uğursuzluqla nəticələndiyi istənilən zaman Prezident Şurası Dünya Kubokunun harada, nə zaman və necə təşkil olunacağı ilə bağlı qərar qəbul edəcək.

3.22.3. Bütün maliyyə tələblərinin əhatə olunduğu qənaətbəxş açıq təklif aldığı təqdirdə FİDE dərhal tender proseduruna məhdudiyyət qoya bilər. Tender prosesinin uğursuzluqla nəticələndiyi zaman Prezident Şurası Dünya Kubokunun harada, nə zaman və necə təşkil olunacağı ilə bağlı qərar qəbul edəcək.

3.22.4. Hər bir təklifdə aşağıdakı məsələlər əhatə olunmalıdır: a) tədbirin təklif olunan zamanı; b) təklif olunan turnir məkanı; c) ABŞ Dolları ilə təklif olunan mükafat fondu; d) bütün təşkilati dəyərlərin əhatə olunması; e); iştirakçiların, müşayiət edən şəxs və jurnalistlərin  otel otaqlarının və  qidalanmasının xüsusi qiymətləri; f) Namizədin bu əsasnamələrdə qeyd olunmuş bütün tələbləri qəbul etməsini təsdiq edən bəyanat; g) Namizədin adı, imzası və identifikasiyası; h) İki bank zəmanəti təmin olunacaq ki, onlardan biri məbləğin 20% daxil olmaqla, təklif olunan mükafat fondu üçün, o biri isə digər öhdəlikləri nəzərə almaqla 50,000 ABŞ dolları həcmində olan məbləğ üçün nəzərdə tutulur.

3.22.5. Aşağıdakı 3.22.8 bəndinin şərtlərinin yerinə yetirilmədiyi və ya maliyyə təklifinin qənaətbəxş olmadığı halda FIDE istənilən tender ərizəsini ləğv etmək hüququndan istifadə edə bilər.

3.22.6. Hər bir təklif, bütün məsrəflər iddiaçı tərəfindən ödənilməklə, təklif olunan məkanı nəzərdən keçirmək və digər şərtləri yoxlamaq məqsədilə ən azı bi nəfər WCOC nümayəndəsinə ünvanlanmış dəvətnamə ilə müşayiət olunmalıdır. 

3.22.7. Hansı namizədin seçiləcəyi qərarı FİDE Prezident Şurası tərəfindən veriləcək. Qəbul ediləcək qərar bir bütöv kimi nəzərə alınmaqla aşağıdakı kriteriyalara əsaslanacaq: a) mükafat fondu; b) təşkilati dəyərlərin əhatə olunması; c) oyun şərtləri; d) bütün oyunçuların, məşqçilərin və rəsmilərin vizalarla təmin olunması; e) bütün oyunçu və rəsmilərin təhlükəsizliyi məsələləri; f) Dünya Kubokuna ev sahibliyi edəcək ölkədəki actual və potensial şahmat fəaliyyəti; g) media imkanları h) Şahmatın dünyada potensial inkişafı i) turnirın keçiriləcəyi müddətdə iqlim şəraiti j) ev sahibliyi edəcək ölkədə mükafat fonduna nəzərən vergi şərtləri. Prezident Şurasının görüşü baş tutmadığı təqdirdə, FİDE Prezidenti WCOC ilə birgə məsləhətləşmə ilə qərar qəbul edəcək.

3.22.8. Prezident Şurası (və ya FİDE Prezidenti) Dünya Kubokunu təşkil edəcək ölkənin seçilməsi qərarını qəbul etdikdən sonra, Təşkilatçılar tədbirin başlanacağı vaxtdan bir aydan artıq olmamaq şərtilə öncə ödəniş etməlidirlər. Bu məbləğin əmanət şəklində, vergilərdən azad, mükafat fondu və təqaüd, səfər, gündə üç dəfə qidalanma, mənzil kimi FİDE məsrəfləri və kommunikasiya üçün nəzərdə tutulan digər inzibati xərcləri əhatə etməklə, FİDE və Təşkilatçılar arasında razılaşdırılmış büdcəyə uyğun olaraq nəzərdə tutulmalıdır.

3.22.9.  3.22.8 bəndində göstərilmiş məbləğin ödənilmədiyi halda 3. 22. 4 bəndində dəqiqləşdirilmış zəmanətlər FİDE xeyrinə ləgv olunur.

3.22.10.  İstənilən halda 3.22.8 bəndində qeyd olunmuş məbləğ əmanət şəklində ödənildikdən sonra, Təşkilatçıların Dünya Kubokunu təşkil edə bilməməsi və ya FİDE ilə tədbirin təşkilinə dair razılaşmanın pozulması halında, FİDE tədbirin təşkili üçün verdiyi hüququ geri alacaq və eyni zamanda Təşkilatçılar  3.22.8. bəndində qeyd olunmuş pul məbləğinin 50%-dən məhrum olunacaqlar. FİDE xeyrinə ləgv olunmuş ümumi məbləğın yarısı kompensasiya olaraq təsnifatdan keçmiş və artıq müqavilələrini imzalamış oyunçulara veriləcək.

3.22.11. Təşkilatçılar hazırlıqlarla bağlı yoxlama və məsləhətlər üçün WCOC-dən iki nümayəndə dəvət edəcəklər. Növbəti yoxlamalara ehtiyac olub-olaması qərarını WCOC qəbul edəcək. Səfər (qitələrarası olduğu halda biznes klass) və Yerləşdirmə məsrəfləri Təşkilatçılar tərəfindən qarşılanacaq.

4. 2014-2016-cı illər Dünya Çempionatlar mərhələsi

4.1. Dünya Kuboku 2015-in qalibi və ikinci yer tutan oyunçu 2014-2016-cı illər Dünya Çempionatının Namizədlər etapına vəsiqə alacaq. Əgər 3-cü yer təsnifatı olarsa, Dünya Kubokunun 3-cü yerini müəyyənləşdirmək məqsədilə eyni şərtlərlə birgə yarış təşkil olunacaq.

5. Əsasnamələrin tətbiqi

5.1. Bu əsasnamələr tam effektivdir və 2014-2016-cı illər Dünya Çempionatının tərkib hissəsidir. Bu əsasnamələrin tətbiqi zamanı istənilən bəndin əhatə olumadığı və ya hər hansı gözlənilməz halın baş verdiyi zaman aydınlaşdırma və yekun qərarın qəbul olunması üçün  FİDE Prezidentinə  müraciət olunmalıdır.