Tərcümeyi-hal
Veselin Topalov
Bolqarıstan Veselin Topalov Veselin Aleksandrov Topalov 15 Marе 1975-ci ildə anadan olmuşdur. 2005 FİDE Dünya Çempionu adını qazanmışdır.2005-ci şahmat Oskarının sahibidir. 1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Kasparov, Karpov, Fişer,Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır. 1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı. 2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu. 2007-ci ildə 19-cü kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Kamski qazandı və Topalovla matç keçırdilər. Qalib Topalov 2010-cü ildə Dünya Çempionatının matçına vəsiqə qazandı. Sofiyada keçirilən matçı Anand qazandı. Tromsoda keçirilən Olimpiadada birinci lövhədə qızıl medal qazandı. 2015 Grand Chess Tour-a daxil olan Norway Chess, Sinquefield Cup və London Chess Classic turnirlərin ilkində Topalov 9 oyundan 6.5 xal toplayaraq 2946 performansı iləbirinci oldu. Bolqarıstan
Hikaru Nakamura
ABŞ Hikaru Nakamura Hikaru Nakamura 9 dekabr 1987-ci ildə Yaponiyada anadan olmuşdur, Amerikalı qrossmeyster, 4 dəfə ABŞ Çempionu, 5 dəfə Olimpiada iştirak etmiş və iki dəfə komanda hesabında bürünc medal qazanmışdı. Hikaru 2 yaşı olanda ailəsi ilə ABŞ köçür. 2004-cü il Liviyada keçirilən FİDE Dünya Çempionatının iştirakçısı olmuşdur. 4-cü raunda Adamsa məğlub olaraq yarışı tərk etmişdir. 20 iyun 2005-ci ildə Nakamura Frank Samford Chess Fellow tərəfindən təyin edilən $32,000O məbləğində qrantı öz şahmat həyatına xərcləmə imkanı əldə etdi. 2005-ci ABŞ Çempionatının qalibi oldu və Fişerdən sonra ən gənc çempion oldu. Bu qələbədən sonra vunderkindin dueli adı altında Meksikada Ukraynalı Karyakin ilə matç keçirdi. 2005-ci ilin noyabrında keçirilən FİDE Dünya Kubokunun iştirakçısı oldu. Lakin raundda Hindistanlı Surya Ganguly uduzdu. 2006-cı ildə ABŞ millisinə Turindəki Olimpiadada bürünc medal qazanmasına kömək etdi. Həmin il 16-cı Şimalı Amerika Openinin qalibi oldu. 2007-ci ilin yanvarında GibTelecom Masters turnirində ikinci oldu. 2008-ci ilin noyabrında Cap d'Agde Rapid yarışının qalibi oldu və qələbəyə gedən yolda Karpovu, İvançuku məğlub etdi. 2009-cü ildə 9 oyundan 7 xal ilə ABŞ Çempionu olur. 960 üzrə Dünya Çempionatının finalında 3½–½ hesabı ilə Aronian üzərində qələbə qazanır. 2009-cü ilin noyabrında Osloda keçirilən BNbank blitz turnirində finala çıxmaq yolunda 12 qələbə qazandı. Finalda Karlsen üzərində 3-1 hesabı ilə qələbə qazandı. 2010-cü ildən Nakamura millinin birinci lövhəsində oynayır. Bursada keçirilən komandalar arası Dünya Çempionatda komandasına ikinci yeri tutmasına böyük köməklik etdi, belə ki, şəxsi hesabda lövhəsində qızıl medal qazandı. Daha sonra 2011-ci ilin dekabrına qədər Kasparov ilə məşq toplantıları keçirdi. 14-30 yanvar tarixləri arasında Wijk aan Zee keçirilən Tata Steel Grandmaster A turnirində Magnus Carlsen, Viswanathan Anand, Levon Aronian, Vladimir Kramnik, Alexander Grischuk, Ruslan Ponomariov, Ian Nepomniachtchi, Wang Hao, Maxime Vachier-Lagrave, Alexei Shirov, Anish Giri, Jan Smeets və Erwin L'Ami iştirak edirdilər. Yarışın orta reytinqi 2740 idi, bu da 20-ci kateqoriyaya təsadüf edir. 12 turdan sonra Nakamura 8½ xal ilə birinci gedirdi və artıq yarım xal Anandın önündə idi. 1980-ci ildən bəri bu yarışı udan tək şahmatçı oldu. Nakamura Gibraltar Chess Masters turnirini 10 oyundan 8.5 xal ilə qazanmışdır. Sonuncu Grand Prix seriyasında uğurlu çıxış etdi və sonuncu mərhələsində Fabiano Caruana və Dmitry Jakovenko ilə birgə 11 oyundan 6.5 xal ilə birinci oldu. Beləliklə, ümumi hesabda ikinci yeri tutaraq birbaşa Namizədlər Turnirinə vəsiqə qazandı. ABŞ
Fabiano Caruana
ABŞ Fabiano Caruana 30 iyul 1992-ci ildə anadan olmuş Amerikalı qrossmeysterdir. 15 iyul 2007-ci ildə Caruana 14 yaşında ikən qrossmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrossmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Ray Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo emsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu. 2007-ci ilin noyabr-dekabr aylarında Caruana İtaliya Çempionatında iştirak etdi. Öncəki il o, İtaliya çempionatında birinci yeri Michele Godena ilə bölüşdürmüşdü. Bu il isə +8 (9½/11) nəticəsi ilə qalib gələrək İtaliya tarixində ən gənc çempion oldu. 2009-cu ilin noyabrında Caruana Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunda iştirak etdi. İlk iki raundda o, Kubalı qrossmeysterlər Lázaro Bruzón və Leinier Dominguezi məğlub etdi, üçüncü raundda Rusiyalı Evgeny Alekseevə qalib gəldi; dördüncü raundun sürətli oyununda Vüqar Haşımova (Elo 2759 və dünya yeddincisi) məğlub oldu. Bu yarışda 2675 Elo əmsalına nail oldu. 2012-ci ilin yanvarında Wijk aan Zeedə keçirilən 74-cü Tata Steel A turnirində (əvvəllər Corus turniri kimi tanınırdı) Magnus Carlsen və Teymur Rəcəbovla birgə yarışı ikinci yerdə başa çatdırdı. Martda İslandiyada 2012-ci il Reykjavik Open turnirində o, 7½/9 nəticəsi ilə birinci oldu. 2013-cü ilin aprelində İsveçrənin Zug şəhərində "FIDE Grand Prix 2012-2013-cü illər seriyası"-nın üçüncü mərhələsində 11 oyunda 6 xal toplayaraq Caruana qalib - Veselin Topalov və ikinci yerin sahibi Nakamuradan sonra üçüncü yeri Ruslan Ponomariovla bölüşdürdü. May–iyun: Yunanıstanın Thessaloniki şəhərində keçirilən "FIDE Grand Prix 2012-2013-cü illər seriyası"-nın dördüncü mərhələsində Caruana yarışın qalibi Leinier Dominguez Perezdən sonra ikinci yeri Gata Kamsky ilə bölüşdürdü. Sentyabr–Oktyabr: Parisdə keçirilən "Altıncı FIDE Grand Prix" turnirində 9 oyunda 5 xal toplayaraq Caruana birinci yeri Boris Gelfandla bölüşdürdü. Dominguez Perezə qarşı final oyunda Caruana turnirin qalibi olmaq və Namizədlər turnirinə vəsiqə almaq niyyəti ilə qara fiqurlarla qalib gəlməli idi, lakin o oyun heç-heçə başa çatdı. Oktyabr: Caruana 8 oyunda 5 xal toplayaraq Rumıniyanın Buxarest şəhərində keçirilən "7-ci Kral turniri"-nin qalibi oldu. 2014-cü ilin apreli: Azərbaycanın Şəmkir şəhərində keçirilən, Vüqar Haşımovun xatirəsinə həsr olunmuş Shamkir Chess 2014 - 6 oyunçudan ibarət iki dairəvi turnirdə Caruana 10 oyunda 5½ xal toplayaraq qalib Magnus Carlsendən sonra ikinci oldu. Avqust -Sentyabr: Missouri ştatının Saint Louis şəhərində keçirilən və ən güclü turnirlərdən hesab olunan 2014-cü il Sinquefield Kubokunda Caruana 10 oyunda 8½ xalla qalib gəldi. Bu turnirdə dünyanın ən yüksək əmsallı oyunçularında altısı, o cümlədən dünya çempionu Magnus Carlsen də iştirak edirdi. 7 ardıcıl qələbə, 3 heç-heçə və uduzmadan Caruana tarixdə ən yuksək - 3080 performans əmsalına nail oldu və 2009-cu il Nanjing Pearl Spring turnirində Magnus Carlsenin və 1994-cü il Linares turnirində Anatoly Karpovın göstərdikləri nəticələri keçdi. Oktyabr: Caruana 2014-cü il FIDE Grand Prix Bakı turnirində Boris Gelfandla birinci yeri bölüşdürdü. 2015-ci ilin mayında: Caruana FIDE Grand Prix Xanty-Mansiysk 2015 turnirində birinci yeri Hikaru Nakamura və Dmitry Jakovenko ilə bölüşdürdü. Bu nəticə ilə o, FIDE Grand Prix 2014–15 mərhələsinin qalibi oldu və 2016-cı il Namizədlər turnirinə vəsiqə qazandı. İyun-İyul: Caruana Dortmund Sparkassen Chess Meetingdə 7 mümkün xaldan 5½ toplayaraq qalib gəldi. Caruana həm İtaliyta ,həm də ABŞ vətəndaşı olmaqla İtaliya Şahmat Federasiyası və ya ABŞ Şahmat Federasiyası arasında FİDE mənsubiyyəti seçimi hüququna malikdir. Caruana 2005-ci ildən 2015-ci ilədək İtaliyanı təmsil etmişdir. 2015-ci il mayın 12-də USCF elan etdi ki, Caruana federsiyanı dəyişir və artıq yarışlara ABŞ təmsilçisi olaraq qatılacaqdır. ABŞ
Anish Giri
Niderland Anish Giri 28 iyun 1994-cü ildə Peterburqda anadan olmuşdur,atası Nepal (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. 14 yaş 7 ayda qrossmeyster adını almışdır. Giri üç dəfə Niderland Çempionu adını qazanmış (2009, 2011 və 2012-ci illərdə). O, üç Olimpiadada (2010, 2012, 2014-cü illər) Niderland millisinin tərkibində iştirak edib. 2012-ci ilin yanvarında Giri hər il keçirilən 54-cü Reggio Emilia turnirinin qalibi oldu. 20-ci kateqoriyada ən aşağı əmsallı oyunçu olmasına baxmayaraq (orta əmsal 2744), Giri dörd qələbə, iki məğlubiyyət və dörd heç-heçə ilə birinciliyi qazandı (2823 performans ilə).2012-ci ildə o, Biel turnirində üçüncü yeri bölüşdürdü və FIDE Grand Prix turnirinin 2014-15-ci illər seriyalarının iştirakçısıdır. Niderland
Liren Ding
Çin Liren Ding 24 oktyabr 1992-ci ildə anadan olmuş, Çinli qrossmeyster. 6 İyun 2009-cu ildə, 16 yaşı olarkən o, kişilər arasında ən gənc Çin çempionu adını qazandı. 2011-ci ilin aprelində Ding Liren yenidən ölkə çempionu adını qazanır və bir il sonra bu qələbəni təkrarlayır. 2011-ci il Dünya Kubokunun ilk raundda Wesley So-ya uduzaraq mübarizəni saxlayır. 2015-ci il Tata Steel Şahmat turnirində Ding Liren Magnus Karlsenlə heç-heçə edərək yalnız yarım xal fərqi ilə Karlsen-dən sonra yarışın ikincisi olur. Çin
Vladimir Kramnik
Rusiya Vladimir Kramnik 25 iyun 1975-ci ildə Tuapse şəhərində anadan olmuşdur, qrossmeyster. O, 2000-ci ildən 2006-cı ilədək Klassik Dünya Çempionu, 2006-cı ildən 2007-ci ilədək Dünya Çempionu olmuşdur. Olimpiadalarda üç dəfə komanda ilə, üç dəfə isə şəxsi qızıl medal qazanmışdır. Bundan əlavə Avropa(1992) və Dünya(2013) Komandalar arası Çempionatlarda qızıl medallar qazanmışdır. Kramnik sonuncu Dünya Kubokunun qalibidir (2013-cü il). O, iki dəfə (2000-ci və 2006-cı illərdə) Şahmat Oskarına layiq görülmüşdür. Onun əhəmiyyətli turnirlərdə ilk ən böyük uğuru 1992-ci il Manila Olimpiadasında Rusiya komandasının birinci ehtiyat oyunçusu kimi qızıl medal qazanması olmuşdur. O zaman onun seçilməsi birmənalı qarşılanmamışdı, çünki 16 yaşı vardı və qrossmeyster deyildi, lakin bu seçimi Garry Kasparov dəstəklədi. O səkkiz dəfə qalib gəldi, bir heç-heçə etdi və məğlub olmadı. 1995-ci ildə Klassik Dünya Çempionatında Viswanathan Anandla görüşdə Kramnik Kasparovun məsləhətçisi kimi çıxış etdi. Kasparov 10½–7½. hesabla qalib gəldi. 1996-cı ilin yanvarında, Kramnik Kasparov ilə eyni əmsala (2775) sahib olaraq dünya elo siyahısına başçılıq edirdi. Kramnikin altı ay davam edən birinciliyi 1986-cı ilin yanvarından 2006-cı ilin martınadək Kasparovun dünya birincisi olmadığı ilk hadisə idi. Birinci olmaqla Kramnik Kasparovdan sonra rekordu qıraraq dünyada ən gənc oyunçu oldu. Bu rekord bir daha yalnız 2010-cu ilin yanvarında Magnus Carlsen tərəfindən qırıldı. 2000-ci ilin oktyabrında Kramnik Londonda Kasparovu məğlub etdi (Bu tarixdə Dünya Çempionunun bir oyunda belə qalib gəlmədən matçı uduzduğu ikinci hadisə idi) və Klassik Dünya Çempionu oldu. 2004-cü ildə İsveçrənin Brissago şəhərində baş tutan oyunda Kramnik rəqibi Peter Leko ilə heç-heçə edərək titulunu saxladı. 2006-cı ilin oktyabr ayında Dünya Çempionatında, Kramnik, FİDE Çempionu Veselin Topalovu unification matçında məğlub etdi. Nəticədə, 1993-cü ildə Kasparovun FİDE-dən ayrılmasından sonra ilk dəfə olaraq Kramnik həm FİDE, həm də Klassik çempion adlarını qazanaraq Dünya Çempionu oldu. 2007-ci il Dünya Çempionatında o, Viswanathan Ananda məğlub oldu. 2008-ci il Dünya Çempionatında onlar yenidən qarşılaşsalar da o, məğlub oldu. Dünya Çempionu olduğu müddətdə Kramnik yalnız bir dəfə - 2008-ci ilin yanvarında Viswanathan Ananda uduzduqdan sonra nömrə bir statusunu qaytara bildi; 1996-cı ildə olduğu kimi, Kramnik Anandla eyni əmsala (2799) malik idi, lakin daha çox oyunda iştirak etdiyi üçün dünya birincisi oldu. 2013-cü ildə Kramnik Londonda Namizədlər turnirində oynayaraq +4−1=9 nəticəsi ilə Magnus Carlsenlə birinci yeri bölüşdürdü, taybreyk nəticələrinə əsasən Magnus qalib gəldi. 2013-cü il Norveçdə keçirilən Dünya Kubokunda Kramnik 2½–1½ hesabı ilə Dmitry Andreikini məğlub etdi və sonuncu Kubokun sahibidir. Rusiya
Wesley So
ABŞ Wesley So 9 oktyabr 1993-cu ildə Filippində anadan olmuşdur. 2008-ci ilin oktyabrında 2600-ü keçən ən gənc şahmatçı oldu. 2015-ci ildə Millionaire Chess Opendə qalib gəlməsi və Tata Steel Chess turnirində ikinci olması onu reytinq siyahıda yuxarıya daşıdı. Üç dəfə Filippin Çempionu olmuşdur. 2009-cu ildə keçirilən Dünya Kubokunda 16 yaşlı şahmatçı dördüncü raunda qədər mübarizə apardı. 9 oyundan 6.5 xal toplayaraq Asiya Çempionatında ikincilik ilə növbəti Dünya Kubokuna vəsiqə qazandı. 2011-ci ilin iyul ayında yenidən ölkə çempionu olur. Zona 3.3-də oynaraq ikinci yer ilə 2013 Dünya Kubokuna vəsiqə qazanır. Daha sonra Reykjavik Opendə birinci yeri bölüşdürür. So həmçinin 2013 Kazan yay Universiadasının qalibidir. O, həmçinin Kapablankanın xatirəsinə keçirilmiş yarışın qalibi olmuşdur. This string of tournaments propelled 2014-cü ilin noyabr ayından etibarən So ABŞ-ı təmsil edir. ABŞ
Alexander Grischuk
Rusiya Alexander Grischuk Doğum tarixi:31 oktyabr 1983, qrossmeyster, 2009-cu il Rusiya çempionu. Olimpiadalarda iki dəfə komanda hesabında qızıl və bir dəfə şəxsi hesabda bürünc medal qazanıb. 2013-cü ildə Antalyada keçirilən komandalar arasında Dünya Çempionatında Rusiya millisinin tərkibində qızıl medal əldə edib. O, həmçinin 2006 və 2012 blitz üzrə Dünya Çempionatlarının qalibidir.2000-ci ildə təşkil olunmuş FİDE Dünya Çempionatını yarımfinalçısıdır, bu mərhələdə Aleksey Şirova məğlub olub. 2004-cü ildə keçirilən eyni birinciliyin iştirakçısı olub və Rüstəm Kasımcanova 3-1 hesabı ilə məğlub olub. 2009-cü ildə Rusiya çempionu olması ilə yanaşı Linares superturnirinin qalibi adını qazanıb, belə ki, İvançukla eyni xal toplayıb, amma daha çox qələbə sayına görə birinci yerin sahibi olub.2010-cü ildə eyni yarışda ikinci nəticə göstərib. 2008-2010-cu illərdə keçirilən Qran-Pri seriasında üçünçü olmuş və Karlsenin imtinasından sonra Namizədlər turnirinə vəsiqə qazanmışdır. Namizədlər turnirinin ilk etapında Aronyanı məğlub etmişdir; əsas oyunlar 2-2 hesabı ilə bitmiş, surətli oyunlarda 2½–1½ hesabı ilə qalıb gəlmiş. 1/4 finalda Kramnik ilə üz-üzə gəlmişdir. Qrişukun qələbə strategiyasının əsasını əsas oyunlarda bərabərliyə nail olmaq və blitzdə üstünlük əldə etmək təşkil edirdi. Nəticə etibarı ilə blitzdə 1½–0½ hesabı ilə qalib gəlir. Finalda Qelfand ilə ilk 5 oyun heç-heçə başa çatır, sonuncu oyunda rəqib qələbə əldə edir. Rusiya
Levon Aronian
Ermənistan Levon Aronian 6 oktyabr 1982-ci ildə anadan olmuşdur, qrossmeyster. FİDE Əmsal siyahısına əsasən 2014-cü ilin martında o, 2830 əmsalı ilə dünyada ikinci, şahmat tarixində isə dördüncü olmuşdu. Aronian 2005-ci il Dünya Kubokunun qalibidir. O, Ermənistan yığması ilə birlikdə 2006-cı ildə (Turin), 2008-ci ildə (Dresden) və 2012-ci ildə (Istanbul) Olimpiadalarında və 2011-ci il Ningbo Komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmışdır. O, 2008-2010-cu illər FIDE Grand Prix turnirlərinin qalibi olmuş və 2012-ci il Dünya Çempionatı üçün təsnifat xarakteri daşıyan Namizədlər turnirinə vəsiqə qazanmışdır, lakin elə ilk raundda məğlub olmuşdur. O, 2009-cu il Sürətli oyun üzrə Dünya Çempionatının və 2010-cu il Dünya Blitz Çempionatının qalibi olmuşdur. 2005-ci il Dünya Kubokunda qələbəsi ona 2007-ci il Dünya Çempionatının Namizədlər turnirinə vəsiqə verdi. Finalda o, 3½–2½ hesabı ilə Shirovu məğlub etdi. Bu, ona Meksikada oynanılacaq final mərhələsinə vəsiqə verdi və 14 oyundan 6 xal ilə 8 oyunçu arasında 7-ci oldu. Aronyan 2008–2010-cu illər FIDE Grand Prix turnirlərində qalib gələrək 2012-ci il Dünya Çempionatının Namizədlər turnirinə vəsiqə aldı. 2010-cu ildə o, Sürətli oyun üzrə Dünya Çempionatında titulunu qorumağa çalışsa da, Amerikalı oyunçu Gata Kamsky tərəfindən məğlub edildi. Aronyan 2014-cü ilin yanvarında Wijkaan Zeedə keçirilən 75-ci Tata Steel turnirində iştirak etdi. 11 oyundan 8 xal toplayaraq yarışın qalibi oldu. Ermənistan
Sergey Karjakin
Rusiya Sergey Karjakin 12 yanvar 1990-cı ildə anadan olmuş Ukrayna əsilli qrossmeyster. O, 12 yaşında ikən dünyanın ən gənc qrossmeysteri rekordunu qazanmışdır. Karjakin iki dəfə Norveç turnirinin (2013, 2014-cü illər) və bir Corus Chess turnirinin qalibi olmuşdur (2009-cu il). Sergey həmçinin 2012-ci il sürətli şahmat üzrə Dünya Çempionatının qalibi olmuşdur. Sergey üç dəfə Ukrayna, üç dəfə isə Rusiya komandaları tərkibində Olimpiada iştirakçısı olmuş, üç qızıl, iki gümüş, və bir bürünc medal qazanmışdır. O, 2013-cü il Antalyada keçirilən Komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmış Rusiya komandasının üzvü olmuşdur. 2009-cu il Dünya Çempionatı üçün təsnifat xarakteri daşıyan 2007-ci il Dünya Kubokunda o, yarımfinalda Alexei Shirova məğlub olmuşdur. 2009-cu ilin fevralında 13 oyundan 8 xal toplayaraq Corus turnirinin qalibi adını qazandı, özünün ilk elit turnir qalibi kimi yer aldı. Daha sonra o, 27-29 May 2010-cu il ACP sürətli şahmat üzrə Dünya Kubokunun finalında Dmitry Jakovenkonu məğlub edərək birincilik qazandı. Növbəti il Bazna Kral turnirində Karjakin birinci yeri Magnus Carlsenla və Moskvada Tal xatirə turnirində üçüncü yeri Vassily Ivanchuk və Ian Nepomniachtchi ilə bölüşdürdü. 2012-ci ilin iyulunda Karjakin Qazaxstanın Astana şəhərində keçirilən sürətli şahmat üzrə Dünya Çempionatında bir xal Magnus Carlsenı geridə qoyaraq dünya birincisi oldu. 2012-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən FIDE Grand Prix turnirində Karjakin 9 oyundan 6.5 xal ilə birinci yeri Wang Hao və Alexander Morozevich ilə bölüşdürdü. 2014-cü ilin martında Rusiyanın Xanti-Mansiysk şəhərində, FIDE Namizədlər turnirində o, Viswanathan Ananddan sonra ikinci oldu. 25 iyul 2009-cu ildə Karjakin Rusiya vətəndaşlığını qəbul etdi. Bakıda keçirilmiş 2014-cü il FIDE Grand Prix turnirinin üçüncüsü olmuşdur. Rusiya
Evgeny Tomashevsky
Rusiya Evgeny Tomashevsky 1 iyul 1987-ci ildə Rusiyanın Saratov şəhərində anadan olmuşdur, qrossmeyster. 2009-cu ildə Tomashevsky taybreyklərdən sonra 10-cu Avropa Şəxsi Çempionatın qalibi oldu. 2015-ci ilin fevralında Tbilisidə keçirilən FIDE Grand Prix turnirində 11 oyundan 8 xal toplayaraq Tomashevsky yarışda qalib gəldi. Bu turnirdə 2921 performansı ilə çıxış etdi.O, 2009-cu ildə Bursada keçirilən komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmış Rusiya komandasının üzvü idi. Sonuncu 2015-ci ilin avqustunda keçirilən Rusiya Çempionatının superfinalının qalibidir. Rusiya
Dmitry Jakovenko
Rusiya Dmitry Jakovenko Doğum tarixi:29 iyun 1983, qrossmeyster (2001). 2007-ci ildə keçirilən komandalar arası Avropa Çempionatında, 2010-cü il Dünya Çempionatında millinin tərkibində qızıl medal qazanmışdır. 2012 Avropa Çempionatında, 2013 Rusiya Kubokunda birinci yeri tutmuşdur.2012-ci ildə keçirilən Olimpiadada Rusiya millisinin tərkibində gümüş medala sahib olmuşdur. Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsinin qırmızı diplomla bitirmişdir. Rusiya
Maxime Vachier-Lagrave
Fransa Maxime Vachier-Lagrave 21 Oktyabr 1990-cı ildə anadan olmuş, fransalı qrossmeysterdir. 2009-cu il Gənclər arasında Dünya Çempionudur. O, üçqat Fransa Çempionu (2007, 2011, və 2012-ci illər) və 2013-cü il Dünya Kubokunun yarımfinalçısıdır. Vachier-Lagrave hazırda Fransanın 1 nömrəli oyunçusudur. O, 2009-cu il Biel turnirinin, Morozeviç və Ivançuku geridə qoyaraq, 10 oyundan 6 xal ilə qalibi olmuş və ən son nailiyyəti də məhz 2015-ci ildə yenidən həmin yarışın birincisi olmasıdır. Fransa
Michael Adams
İngiltərə Michael Adams Doğum tarixi 17 noyabr 1971, qrossmeyster (1989). Ən yüksək əmsalı 2761 olmuşdur. 1997,1999 və 2000 illərdə Namizədlərdə yarımfinala qədər gəlib çıxa bilmişdir. 2004 FIDE Dünya Çempionatında finalda Kasımcanova məğlub olmuşdur. İlk dəfə 1989-cu ildə ölkə çempionu adını qazanmışdır. Yenidən isə yalnız 1997-ci ildə buna nail oldu. Növbəti qələbələr 2010 və 2011-ci illərdəki birinciliklərə təsadüf edir. 1993-cü ildə Anandla birgə Qroninqen Interzonalın qalibi olaraq PCA Dünya Çempionatına vəsiqə qazandı. Lakin yarımfinalda Anandla qarşılaşmada məğlub olur. Həmçinin, 1996-ci ilin Namizədlər turnirində də iştirak edir. Lakin ilk turda Qelfanda məğlub olur. 1997-ci ildə FİDE Dünya Çempionatının Namizədlər turnirində çıxışı yadda qaldı. Adams Tamaz Giorgadze, Sergei Tiviakov, Peter Svidler, Loek van Wely və Nigel Short üzərində qələbələrdən sonra finalda Anandla görüşdü. Həm əsas oyunlar, həm də qısadılmış vaxt ilə oynanılan oyunlar heç-heçə bitdi. Anand "ölüm" oyununda qələbə qazandı. 1999 FIDE Dünya Çempionatının yarımfinalında Akopian-a məğlub oldu. 2000-ci ildə yenidən yarımfinalda məğlub olaraq mübarizəni dayandırdı. 2004-cü ildə isə finalda, taybreykdə məğlub oldu. 2013-cü ilin iyul-avqust aylarında keçirilən Dortmund Sparkassen Chess Meeting turnirində 2925 performansı ilə ən yaxşı turnirini keçirdi.5 qələbə qazanaraq 9 oyundan 7 xal toplayıb, yarışın qalibi oldu. İngiltərə
Boris Gelfand
İsrail Boris Gelfand Doğum tarixi:24 iyun 1968, qrossmeyster. 6 dəfə Dünya Çempionata iddiaçılarının siyahısında olub (1991, 1994-95, 2002, 2007, 2011, 2013), 2009 Dünya Kubokunun və 2011 Namizədlər turnirinin qalibi olmuşdur. Dünya Çempionluğuna matçda 6-6 bərabərlikdən sonra sürətli şahmatda 3-1 Ananda uduzmuşdur. Bir çox turnirlərin qalibi olmuşdur: Wijkaan Zee, Tilburg, Moscow, Linares, Dos Hermanas və başqaları. 11 dəfə Olimpiadaların iştirakçısı olub. İlk dəfə 1987-ci ildə ilk 100-ə daxil olub.1989-cü ildə Odessada keçirilən SSRİ Çempionatında ilk dəfə çıxış edib və ikinci yeri Alexander Beliavsky, Dolmatov və Vereslav Eingorn ilə bölüşdürüb. Bu uğurlu çıxışından sonra bir çox turnirlərə dəvət almağa başlayıb. 1991-ci ildə Namizədlər matçının ilk turunda 5½-4½ hesabı Predrag Nikolic-ə qalib gəldikdən sonra Nigel Short-a 3-5 hesabı ilə məğlub olub. 1993-cü ildə Biel Interzonalda 13 oyundan 9 xal ilə namizədlər matçına vəsiqə qazanır və yalnız finalda Karpova 6-3 hesabı ilə məğlub olur. Təbii ki, 2009-cü ildə Dünya Kubokunu qazanmaq onun ən yaxşı nəticələrindən biridir. Həmin yarışın finalında 7-5 hesabı ilə Ruslan Ponomariov üzərində qələbə qazanır. Bu qələbə sayəsində 2011-ci ildə Kazanda keçirilən Namizədlər matçına vəsiqə qazanır və yarımfinal matçında Kamskı ilə qarşılaşır. 4 əsas oyun 2-2 hesabı ilə bitir. Sürətli oyunlardan 3-cü oyunu rəqibi qazanır və önə çıxır. Lakin sonuncu oyunda qara fiqurlarla qələbə qazanaraq matçı blitzə daşıya bilir və nəticə etibarı ilə 2–0 hesabı ilə qələbə ona finala yol açır. Qrişuk ilə ilk beş oyun bərabərə qalır və altıncı görüşdə Qrünfeld müdafiəsində ağ fiqurlara qələbə əldə edir. Qalib kimi Anandla oynamaq hüququ qazanır.Dünya Çempionu adına matçda yeddinci oyunda qələbə qazanır, lakin növbəti oyunda məğlub olur. Əsas oyunlar qalibi müəyyən etmir, sürətli oyunlarda Anand 2½–1½ qələbə qazanaraq qalib olur. 2013 -cü ilin iyununda Talın xatirəsinə həsr edilmiş turnirin qalib kimi başa vurur. Bu qələbə sayəsində əmsalını 2773-ə qədər qaldırır. Qelfand FIDE Grand Prix seriyalarında zaman-zaman uğurlu çıxışları ilə yadda qalır, lakin zəif çıxışları ümumi nəticəsinə təsir edir. İsrail
Radosław Wojtaszek
Polşa Radosław Wojtaszek 13 yanvar 1987-ci ildə Polşanın Elblag şəhərində anadan olmuşdur, qrossmeyster və ölkəsinin ən yüksək əmsallı oyunçusudur. 2004-cü ildə o, 18 yaşadək gənclər arasında Avropa və Dünya Çempionu və 2005-ci ildə Polşa Çempionu olmuşdur. 2006-cı ildə Turin Olimpiadasında Wojtaszek 11 oyunda 9 xal toplayaraq Polşa komandasının tərkibində oynamışdır. 2008-ci ilin dekabrında o, sürətli şahmat üzrə Avropa Çempionatının qalibi olmuşdur. Wojtaszek 2009-cu ildə Polşa çempionatının ikincisi, Lublində keçirilən beynəlxalq turnirin ikincisi və Varşavada Najdorf xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur.2010-cu ilin yanvarında o, yenidən Polşa çempionatının ikincisi oldu. Wojtaszek 2010-cu ildə 5-ci Polonia Wrocław beynəlxalq turnirinin qalibi oldu. O, 2010-cu ilin iyul-avqust aylarında 9 oyunda 6.5 xal toplayaraq Pamplonada keçirilən San Juan beynəlxalq turnirdə ilk yeri tutdu. Xantı-Mansiyskda keçirilən Şahmat Olimpiadasında Wojtaszek birinci lövhədə 9 oyundan 6 xal toplayaraq Polşanı təmsil etdi. 2011-ci ilin iyununda o, Macarıstanda keçirilən 9-cu Gyorgy Marx xatirə turnirinin qalibi oldu. 2013-cü ilin dekabrında 37-ci Zurich Christmas Open turnirində 6/7 nəticə ilə birincilik qazandı. Radoslaw 2008-ci ildə Vladimir Kramniklə qarşılaşmasında keçmiş Dünya Çempionu Viswanathan Anandın dörd məsləhətçisindən biri olmuş, 2010-cu ildə Veselin Topalov və 2012-ci ildə Boris Gelfanda qarşı mübarizədə yenidən ona yardım etmişdir. Polşa
Teimour Radjabov
Azərbaycan Teimour Radjabov 12 mart 1987-ci ildə anadan olmuşdur. Rəcəbov 2001-ci ildə 14 yaşında ikən qrossmeyster titulunu qazanmışdır və bununla da həmin zaman üçün dünyada ikinci ən gənc qrossmeyster olmuşdur. 2003-cü ildə Linaresdə, hələ 16 yaşı tamam olmadığı zaman, o, son yeddi ildə qara fiqurlarla Kasparova qalib gələn ilk oyunçu oldu. Teymur Avropa Komanda Çempionatlarında millinin tərkibində iki qızıl (2009-cu, 2013-cü illər), 2007-ci ildə bürünc və 2011-ci ildə gümüş medallar qazanmışdır. 1999-cu ildə, Rəcəbov ən gənc iştirakçı olaraq 18 yaşadək gənclər arasında Avropa Çempionatının qalibi olmuşdur. 2002-ci ildə Rəcəbov FİDE-nin 100 ən yaxşı şahmatçısı siyahısında ən gənc oyunçu kimi yer almışdı. 2002-ci ildə, 14 yaşında ikən 2599 əmsalla dünya üzrə 93-cü idi. 2003-cü ildə Rəcəbov Kasparov, Anand və Ponomariovu qara fiqurlarla məğlub edərək, bir il ərzində qara fiqurlarla üç ən güclü FİDE Dünya Çempionunun məğlub etmiş ilk oyunçu oldu. Bu qələbəni 2011-ci ildə Hikaru Nakamura Ponomariov, Anand və Kramniki məğlub edərək təkrarladı.2004-cü ildə Rəcəbov yenidən Linaresdə iştirak edərək, hər iki oyunda Kasparovla heç-heçə edərək və qalib Vladimir Kramnikdən yalnız bir xal geri qalaraq dördüncü yeri Veselin Topalovla paylaşdı.Eyni zamanda o, 2004-cü il FİDE Dünya Çempionatında yarımfinala çıxaraq bürünc medala sahib oldu. 2005-ci ilin aprelində o, Dreyev və Azmayparaşvili kimi oyunçuları geridə buraxaraq Dos Hermanas turnirində qalib gəldi. Həmin il Avropa Çempionatın ınikincisi oldu. Rəcəbov 2007-ci ildə 19-cü kateqoriyalı Corus turnirinin birinci yeri paylaşdı.2009-cu ildə, Rəcəbov Novi Sadda keçirilən komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasını qalibiyyətə apardı. 2010-cu ildə, Rəcəbov 2008–2010-cu illərdəki FIDE Grand Prix turnirlərində əldə etdiyi ikinciliyini qoruyaraq Həştərxanda ikinci yeri bölüşdürdü və 2012-ci il Dünya Çempionatının Namizədlər turnirinə vəsiqə qazandı. Növbəti ay Baznada Rəcəbov Boris Qelfanda iki şəxsi görüşdə qalib gələrək onunla ikinci yeri bölüşdü (turnirin qalibi Karlsen oldu). O, həmçinin Dünya Blitz Çempionatının da ikincisi oldu. 2011-ci ildə SOCAR komandasının birinci lövhəsində mübarizə apararaq klublar arasında Avropa Kubokunda komanda hesabında ikinci oldu. Həmin ilin noyabrında reytinqinin yeni yüksək həddinə, 2781 yüksəldi. 2012-ci ildə Rəcəbov Tata Steel-də iştirak etdi və orta əmsalı 2755 olan yarışda Rəcəbov +3 −0 =10 nəticəsi ilə Magnus Karlsen və Fabiano Karuana ilə ikinci yeri bölüşdürdü. Daha sonar Tal-ın xatirəsinə həsr edilmiş turnirdə ikinci yeri bölüşdürdü və FİDE-nin iyul ayının reytinq siyahısına əsasən 2788 əmsalla dördüncü yerdə qərar tutdu. 2012-ci il Türkiyədə keçirilən Olimpiadada Rəcəbov birinci lövhədə ikinci nəticə göstərərək əmsalını 2788-dən 2793-ə qədəq yüksəltdi. Teymur iki dəfə SOCAR Azərbaycan komandası tərkibində Avropa Klub Kubokunun qalibi (2012,2014) də olmuşdur. Azərbaycan
Pendyala Harikrishna
Hindistan Pendyala Harikrishna 10 may 1986-cı ildə Hindistanın Andhra Pradesh şəhərində anadan olmuş şahmatçıdır. O, 12 sentyabr 2001-ci ildə Hindistandan olan ən gənc qrossmeyster oldu. 2004-cü ilin noyabrında gənclər arasında Dünya Çempionatının qalibi oldu. Harikrishna beynəlxalq komanda yarışlarında, o cümlədən 2000-ci ildən bəri altı Şahmat Olimpiadasında öz ölkəsini təmsil etmişdir. 2011-ci ilin mayında o, Asiya Çempionatının qalibi oldu. 2012-ci ilin yanvarında Tata Steel turnirinin B Qrupunun qalibi oldu. A qrupunda ilk çıxış edən oyunçu kimi o, 7-ci yeri tutdu və Elo əmsalı 2700-i keçdi. 2013-cü ilin avqustunda 11 oyundan 8.5 xal yığaraq Biel turnirinin (Masters Open) və 9 oyundan 7.5 xal ilə Biel Sürətli turnirinin qalibi oldu. 2015-ci ilin iyununda o, 10-cu Edmonton beynəlxalq festivalını 7.5 xal ilə başa çatdırdı. Onun əsas qələbələri: • 18 yaşadək gənclər arasında Dünya Çempionatı, 2002-ci il, Iraklio (Yunanıstan), bürünc medal, • Komandalar arasında Asiya Çempionatı, 2003-cü il, Jodhpur Hindistan, komanda hesabında gümüş, • Cəbəllüttariq Masters turniri, 2004-cü il, bürünc medal, • gənclər arasında Dünya Çempionatı, 2004-cü il, Kochi, qızıl medal, • İspaniya Komanda Çempionatı, 2005-ci il, İspaniya, komanda ilə qızıl medal (birinci lövhə), • Reykjavík Open, 2006-cı il, birinci yeri bölüşdürülmüş, • Asiya oyunları komanda üzrə, 2006-cı il, Doha, qızıl medal, • Reggio Emilia turniri, 2007-ci il, ikinci yer, • Spice Cup Turniri, 2008-ci il, ABŞ, qızıl medal, • Nancy qapalı turniri , 2009-cu il, Nancy, Fransa, qızıl medal, • Komandalar arasında Asia Çempionatı, 2009-cu il, Kəlküttə, qızıl medal, • Komandalar arasında Dünya Çempionatı, 2009-cu il, Turkiyə, bürünc, • Nyu York Open turniri, 2010-cu il, ABŞ, qızıl medal, • Asia Qitə üzrə Şəxsi Çempionat, 2011-ci il, Iran, qızıl medal, • Cappelle-la-Grande Open turnirinin qalibi, 2012-ci il, • Asia Blitz Çempionatı, 2014-cü il, Sharjah, BƏƏ, gümüş medal, • 10-cu Edmonton beynəlxalq festivalın qalibi, 2015-ci il, Edmonton, Kanada. Hindistan
Shakhriyar Mamedyarov
Azərbaycan Shakhriyar Mamedyarov 12 aprel 1985-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub, 2003-cü ildə gənclər arasında Dünya Çempionudur. O, bu qələbəsini 2005-ci ildə təkrar edərək 2953 performans ilə yeganə ikiqat çempiondur. Bu uğurdan sonra o, 2006-cı il Essent turnirinə dəvət aldı və məhz bu qələbəsi ona dünya şöhrəti gətirdi. 2005-ci ildə Məmmədyarov Avropa Klub Kubokunda yarışaraq bütün iştirakçılar arasında ikinci ən yüksək performans (2,913) nümayiş etdirdi. Məmmədyarov 2006-cı ilin fevralında Moskvada keçirilən Aeroflot Open turnirində 9 oyundan 6½ xal toplayaraq birinci yeri bölüşdürdü. 2006-cı ilin oktyabrında Hoogeveende keçirilən qapalı Essent turnirində 6 oyundan 4½ xal ilə birinci oldu. 2007-ci il Dünya Kubokunda o, üçüncü raunda çataraq Ivan Cheparinov tərəfindən məğlub edildi. Şəhriyar 2009-cu il komandalar arasında Dünya Çempionatının ən yaxşı oyunçusu oldu. 2010-cu ildə Bakıda Prezident Kuboku turnirində Məmmədyarov birinci yeri Kramnik və Kamskı ilə bölüşdürdu və daha sonra Tal-ın xatirəsinə həsr olunmuş turnirdə də birinci yeri bölüşdürdü. 2011-ci ilin may ayında Məmmədyarov 2012-ci il Dünya Çempionatı üçün keçirilən Namizədlər turnirində turnir təşkilatçılarının irəli sürdüyü namizəd kimi çıxış edərək dörddə-bir finalda Boris Gelfanda məğlub oldu. 2013-cü ilin iyun ayında Məmmədyarov 15 oyundan 11½ xal ilə sürətli şahmat üzrə Dünya Çempionatının qalibi oldu. 2014-cü ilin noyabrında isə karyerasında ikinci dəfə Tal-ın xatirəsinə həsr olunmuş turnirdə qələbə qazandı. O, 2000, 2002, 2004, 2008 və 2010-cu illər Olimpiadalarında Azərbaycan millisinin üzvü olmuşdur. 2007-ci ildə bürünc, 2011-ci ildə gümüş medal alan Məmmədyarov, 2009 və 2013-cü illərdə komandalar arasında Avropa Çempionatında Azərbaycan komandasının tərkibində qızıl medal qazanmışdır. SOCAR komandasının tərkibində klublar arası Avropa Kubokunun qalıbıdır (2012,2014). Azərbaycan
Yi Wei
Çin Yi Wei 2 iyun 1999-cu ildə anadan olmuşdur, qrossmeyster. 1 Mart 2013-cü il tarixində Reykyavik Open turnirində özünün sonuncu qrossmeyster normasını yerinə yetirərək 13 yaş, 8 ay, 23 gün yaşında tarixdə dördüncü, o zaman üçün isə dünyada ən gənc qrossmeyster titulunu qazanır. 2013-cü ilin avqustunda o, Tromsoda keçirilən Dünya Kubokunda debüt çıxışını etdi. İlk turda Ian Nepomniachtchi, növbəti turda Alexei Shirov üzərində qələbə qazanır, növbəti maçda Shakhriyar Mamedyarov-a məglub olur. Həmin ilin noyabrında reytinq listdə 2600-ü keçən ən gənc idmançı kimi qeyd olunur. Tromsoda keçirilən Olimpiadada ehtiyat lövhəsində 5 oyundan 4 xal toplayaraq millisinə qızıl medal qazanmaqda yardımçı oldu. Gənclər arasında Dünya birinciliyində Lu Shanglei-dən sonra ikinci nəticə göstərir. 2015-ci ilin aprelində Çin millisinin tərkibində komandalar arası Dünya Çempionatında iştirak edərək qızıl medal qazanır. Onun şəxsi nəticəsi 5 qələbə, 4 bərabərlik oldu. Wei may ayında keçirilən milli çempionatda Ding Liren, Wang Hao, Yu Yangyi kimi şahmatçıları geridə qoyaraq ilk yeri tutur. Çin
Leinier Domínguez
Kuba Leinier Domínguez 23 sentyabr 1983-cü ildə in Kubanın Havana şəhərində anadan olmuşdur, qrossmeyster. O, 2002, 2003, 2006 və 2012-ci illərdə Kuba Çempionatının qalibi adını qazanmışdır. 2004-cü il FİDE Dünya Çempionatında taybreykdə Teymur Rəcəbova uduzmaqla dörddə-bir finala çıxmışdı. Onun ən yaxşı turnir nəticəsi kimi 2006-cı il Barselonada keçirilən yarışda İvançuk üzərində də qələbə qazanaraq 9 oyundan 8 xal ilə 2932 performansıdır. 2008-ci ildə o, Kapablankanın xatirəsinə həsr edilmiş turnirin qalibi oldu. 8 Noyabr 2008-ci ildə Qazaxstanın Almatı şəhərində keçirilən Dünya Blitz Çempionatında 15 oyundan 11.5 xal ilə birinci yeri qazandı. 2013-cü ilin iyun ayında Thessalonikidə keçirilən FİDE Grand Pri seriyasına daxil olan turnirin qalibi oldu. Kuba
David Navara
Çexiya David Navara 27 mart 1985-ci ildə Çex Respublikasında anadan olmuşdur, qrossmeyster. 2007-ci il aprel ayının FIDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Wijk aan Zee superturnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi. O, birinci raundda ABŞ-dan olan Ivanovu məğlub etdi, lakin ikinci raundun taybreykində Rublevsky tərəfindən məğlub edildi. 2008-ci ildə Navara 5.5/13 (+2-4=7) nəticə ilə Baku Grand Prix turnirində iştirak etmişdir. Navara 2011-ci ildə Dünya Kubokunda iştirak etmiş və yarışın yarımfinalında Alexander Grischuka məğlub olmuşdur.Sonuncu Avropa Çempionatında isə o, ikinci yeri tutmuşdur. Çexiya
Peter Svidler
Rusiya Peter Svidler 17 iyun 1976-cı ildə Leningrad şəhərində anadan olmuşdur. 2011-ci il Dünya Kubokunun sahibidir. 7 dəfə Rusiya Çempionu olmuşdur (1994, 1995, 1997, 2003, 2008, 2011, 2013) 10 dəfə Rusiya komandası ilə Olimpiadalarda çıxış etmiş və 5 dəfə qızıl, 2 dəfə gümüş komanda hesabında və şəxsi hesabda bir dəfə bürünc əldə etmişdir. 1992-ci ildə gənclər arasında SSRİ-nin açıq birinciliyində 1–3-cü yerləri Rəhim Qasımov və Vadim Zvjaginsev ilə bölüşdürmüşdür. 1994-cü ildən qrossmeysterdir. Bir necə dəfə Dünya Çempionluğuna gedən yolda mübarizə aparmışdır. Lakin ən böyük uğuru Dünya Kubokunu qazanmaq olmuşdur. Rusiya
Vassily Ivanchuk
Ukrayna Vassily Ivanchuk Doğum tarixi: 18 mart 1969. 2007–2008 blitz üzrə Dünya Çempionu. 1991-ci ildə 21 yaşında Linares turnirini udmaqla şahmat elitasına sürətlə daxil olmağa başladı. Qeyd edək ki, müxtəlif qələbələrinin olmasına baxmayaraq matç mübarizələrində bir o qədər uğur qazana bilmir. Belə ki, onun oyun stili gözəl oyuna yönlənmişdir və bu da nəticə əldə etməklə zaman-zaman ziddiyyət təşkil edir. 11 dəfə Olimpiadaların iştirakçısı olmuşdur, o cümlədən iki dəfə SSRİ-nin komandasının tərkibində. Ümumillikdə 12 medal qazanmışdır; komanda hesabında 4 dəfə qızıl medal. Həmin Olimpiadalarda keçirdiyi 133 oyunun nəticəsi (+50 =77 -6) kimi olmuşdur, bu da 66.5 faizə uyğundur. Ukrayna
Nikita Vitiugov
Rusiya Nikita Vitiugov 4 fevral 1987-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdur, qrossmeyster (2006-cı il). Vitiugov 2006-cı il gənclər arasında Dünya Çempionatının vitse-çempionu və Rusiya Çempionatlarının iştirakçısı olmuşdur. (2006 və 2007-ci illər). O, 2009-cu ildə Bursada keçirilmiş Komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmış Rusiya komandasının heyətində olmuşdur. 2011-ci ildə Aeroflot Open turnirində 1-3-cü yerləri Evgeny Tomashevsky və Lê Quang Liêm ilə bölüşdürmüşdür. 2013-cü il 20 aprel- 1 May tarixlərində Alexinin xatirəsinə həsr olunmuş turnirdə Vitiugov beşinci olmuşdur. Rusiya
Yangyi Yu
Çin Yangyi Yu 8 iyun 1994-cü ildə anadan olmuşdur, qrossmeyster. 2014-cü ilin noyabrında Vladimir Kramnik və Aniş Giri kimi rəqibləri də məğlub edərək Qatar Masters Open turnirinin qalibi oldu. 2013-cü ilin sentyabrında 13 oyundan 11 xal toplayaraq gənclər arasında Dünya Çempionatını birinci pillədə bitirdi və bu qələbə birbaşa ona Dünya Kubokunda oynamaq hüququ verdi. Mart 2014: Çin Çempionatında 11 oyundan 7 xal toplayaraq Ding Liren ilə birinci yeri bölüşdürdü. Əlavə göstəricilərə görə ölkə çempionu oldu. Aprel 2014: Asiya Çempionatında məğlubiyyətsiz 9 oyundan 7 xal ilə Ni Hua, Rustam Kasimdzhanov və Adhiban B. kimi şahmatçıları geridə qoyaraq qalib oldu. İyun 2015: Havanada keçirilən 50-ci "Capablanca in Memoriam" turnirini birinci yerdə bitirdi. Çin
Dmitry Andreikin
Rusiya Dmitry Andreikin 5 fevral 1990-cı ildə anadan olmuşdur, Rusiyalı qrossmeyster(2007-ci il). 2010-cu il gənclər arasında Dünya Çempionatının qalibidir. 2011-ci ildə Baku Open turnirində 2-3-cü yerləri bölüşdürmüşdür. 2012-ci ilin avqustunda Andreikin Moskvada keçirilən 65-ci Rusiya Çempionatının qalibi olmuşdur. 2013-cü ilin iyununda Talın Xatirə turnirində Andreikin ən aşağı əmsallı oyunçu idi, lakin yarış boyu səkkiz heç-heçə etməsi və Vladimir Kramniki məğlub etməsi ilə üçüncü yeri bölüşdürdü. 2013-cü ildə Norveçdə keçirilmiş Dünya Kubokunda Andreikin Kramnikə məğlub olaraq ikinci oldu. Bu nəticə ilə o, 2014-cü il Namizədlər turnirinə vəsiqə aldı. 2014-cü il oktyabr-noyabr aylarında Daşkənddə keçirilən FIDE Grand Prix turnirində o, 2852 performans ilə yarışın qalibi oldu. Rusiya
Pavel Eljanov
Ukrayna Pavel Eljanov 1983-cü ildə anadan olub, qrossmeyster. 2007-ci ildə Corus B turnirinin qalibi olaraq əsas turnirinə vəsiqə qazanmışdır.2012-ci ildə Aeroflot Opendə 1-3-cü yerləri bölüşdürmüşdür. 2010-cü ilin mayında Həştərxanda keçirilən FIDE Grand Prix seriyasından olan turnirdə qalib gəlmişdir. 2012-ci ildə Qelfandın köməkçilərindən biri idi. 2014 Ukrayna Çempionatında 11 oyundan 7.5 xal ilə birinci oldu. Olimpiyadalarda komanda hesabında iki qızıl və şəxsi hesabda bir gümüş medal qazanmışdır. Ukrayna
Hao Wang
Çin Hao Wang 4 avqust 1989-cu ildə anadan olmuş Çinli qrossmeysterdir. 2009-cu ilin noyabrında Wang Hao 2700 Elo əmsalını keçən dördüncü Çinli şahmatçı oldu. Sonuncu FİDE Elo siyahısına əsasən o, Çində 1 nömrəli, Asiyada 2 nömrəlidir. 2005-ci ildə 16 yaşı olarkən Çinin 20-ci qrossmeysteri oldu. Garry Kasparov, Vladimir Kramnik və Boris Gelfand kimi Wang Hao beynəlxalq usta almadan qrossmeyster olmuşdu. O, üç qrossmeyster normalarını bu tədbirlərdə ödəmişdi: • 2005-ci ildə Moskvada keçirilən Aeroflot Open turnirinin A2 Qrupu; (Rusiya 14-24 fevral) 9-dan 6.5 xal ilə • 2005-ci ildə Dubayda keçirilən Dubai Open turniri, (BƏƏ 4–12 aprel); 9-dan 7 xal • 2005-ci il Kuala Lumpurda keçirilən 2-ci Dato Arthur Tan MAS Open turniri, (Malayziya 19–26 avqust); 11 oyundan 10 xal. Wangın ən uğurlu turnir qalibiyyəti 2005-ci ilin aprelində Dubai Open turnirində qeydə alındı. 53 qrossmeyster və 30 beynəlxalq ustanı geridə qoyaraq 2731 performansı ilə birinci oldu. 2005-ci ilin avqustunda parlaq oyun ilə 11 oyundan 10 xal ilə 2-ci IGB Dato Arthur Tan Malaysia Open turnirində 2843 performansına nail oldu. Həmin ilin oktyabrında Beijing Zonal 3.3 turnirində ikinci yeri tutdu. 2007-ci ilin sentyabrında Manilada keçirilən Asiya Şəxsi Çempionatında Zhang Pengxiangdan sonra ikinci oldu. 2008-ci ilin yanvarında Visakhapatnamda keçirilən Komandalar arasında 15-ci Asiya Çempionatında üçüncü lövhədə (5/6) hesabı ilə çıxışına görə şəxsi qızıl medal qazandı. Milli komanda da həmçinin qızıl medala layiq görüldü. 2008-ci ilin martında o, 23-cü Reykjavik Open turnirində 7 xal ilə qalib gəldi. 2008-ci ilin sentyabrında Ningboda keçirilən 5-ci Rusiya Çin matçında 5 oyundan 3.5 xal ilə 2844 performansını göstərdi. 2009-cu ilin noyabrında Rusiyada keçirilən Xanti-Mansiysk Dünya Kubokunda o, üçüncü raunda qədər mübarizə apardı. 2010-cu ilin mayında Sarayevoda keçirilən 40-cı Bosna beynəlxalq turnirində Zahar Efimenko və Viktor Bologanı geridə qoyaraq birincilik əldə etdi. 2010-cu il 24 may- 4 iyun tarixlərində o, Çin Çempionatında iştirak edərək 11 oyundan 7.5 xal ilə 2004-cü il çempionu Bu Xiangzhi və Zhou Jianchao ilə taybreyk qarşılaşmasına çıxdı. Wang hər iki oyunçuya qalib gələrək ilk dəfə Çin Çempionu oldu. 2012-ci ilin avqustunda İsveçrədə keçirilən Biel festivalında altı qələbə, bir heç-heçə və üç məğlubiyyətlə turnirin qalibi oldu. Turnir qələbə üçün üç xal şərtilə oynanılırdı və bu nəticəyə əsasən Hao Magnus Carlseni bir xal geridə qoydu. Norveçdə keçirilən turnirdə isə üç qalibiyyət, üç heç-heçə və üç məğlubiyyətlə yarışın yeddincisi oldu. Bu yarışda Magnus Carlsen və Viswanathan Anand üzərində qələbə qazandı. Çin
Peter Leko
Macarıstan Peter Leko 8 sentyabr 1979-cü ildə Yugoslaviyada andan olub, Macar qrossmeyster. İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib. 2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir. 2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Şirov üzərində qələbə qazanaraq finalda Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu. Daha sonra 2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu. 2008-ci ildə şəxsi hesabda birinci lövhədə qızıl medal qazandı.2013-cü ilin Dünya Kubokunda 0.5-1.5 hesabı ilə Julio Granda-ya məğlub oldu. Sonuncu Olimpiadada komanda hesabında gümüş medal qazandı. Macarıstan
Ian Nepomniachtchi
Rusiya Ian Nepomniachtchi Doğum tarixi: 14 iyul, 1990, qrossmeyster, 2010 Rusiya Çempionudur. Antalyada keçirilən komandalar arası Dünya Çempionatında Rusiya komandasının tərkibində qızıl medal qazanıb. Aeroflot Opendə ilk yeri tutaraq 2008 Dortmund Sparkassen Chess Meeting-ə vəsiqə qazanır. 11 oyundan 9 xal ilə Avropa Çempionatının qalibi olur. Həmin 2010-cü ildə Rusiya Çempionatında ilk yeri tutur. Qeyd edək ki, əlavə görüşdə Karyakin üzərində qələbə qazanır. 2011-ci ildə 22 kateqoriyalı Talın xatirəsinə həsr edilmiş turnirdə 3-5-ci yerləri bölüşdürür. 2013-cü ildə Avropa Çempionatında bu dəfə 1-8-ci yerləri bölür. 2014-cü ildə keçirilən blitz üzrə Dünya Çempionatının gümüş mükafatçısıdır. 2015-ci il Aeroflot Opendə ikinci olmuşdur. Rusiya
Hua Ni
Çin Hua Ni 31 may 1983-cü ildə Şanxayda anadan olub və Çinin tanınmış qrossmeysterlərindən biridir. 2003-cü ildə o, 19 yaşında Çinin 15-ci qrossmeysteri oldu. 2008-ci ilin aprelində Ni Hua və Bu Xiangzhi Wang Yue-dan sonra 2700 sərhəddini keçən növbəti şahmatçılar oldu. 2000-ci ildə İstanbulda Olimpiyada ilk çıxışını 9 oyundan 5.5 xal ilə bitirdi. 2004-cü il FİDE Dünya Çempionatında ilk turda Evgeny Vladimirov üzərində qələbə qazanır, lakin növbəti turda həmyerlisi Ye Jiangchuan-a məglub olur. 2008-ci ilin may və iyun aylarında keçirilən Çin Çempionatında 11 oyundan 7.5 xal ilə çempion adını qazanır. 2009-cu ilin yanvarında ənənəvi Reggio Emilia şahmat turnirinin ilk Çinli qalibi kimi tarixə düşür. 2010-cu ilin aprel ayında Asiya Çempionatının qalibi olur. 2015-ci ildə 11 oyundan 10.5 xal ilə Avstraliya Açıq Çempionatında birinci yeri tutur. Çin
Rustam Kasimdzhanov
Özbəkistan Rustam Kasimdzhanov 5 dekabr 1979-cu ildə Özbəkistanın Daşkənd şəhərində anadan olmuşdur, qrossmeyster. 2004-cü il FİDE Dünya Çempionatının qalibi kimi tanınır. Onun ən parlaq nəticələri 1998-ci il Asiya Çempionatının birincisi olması, 1999-cu ildə gənclər arasında Dünya Çempionatının ikincisi olması, Essen 2001 turnirindəki birinciliyi, Pamplona 2002 turnirindəki qalibiyyəti, 2003-cü il Vlissingen Open turnirinin qalibi olması, 2005-ci il Pune turnirində Liviu Dieter Nisipeanu ilə birinci yeri bölüşdürməsi, 2000-ci il Şahmat Olimpiadasında şəxsi hesabda birinci lövhədə bürünc medal qazanması və 2002-ci il Dünya Kubokunda ikinci yer tutmasını sadalamaq olar. 2004-cü il Tripolidə keçirilən FİDE Dünya Çempionatında Kasimdzhanov Alejandro Ramírez, Ehsan Ghaem Maghami, Vasily Ivanchuk, Zoltán Almási, Alexander Grischuk və Veselin Topalova qalib gələrək finalda Michael Adamsı məğlub etdi. Rüstəm Anandda 2008-2012 Dünya Çempionatları matçlarında yaxından kömək edən şahmatçılardan biri idi. Özbəkistan
Laurent Fressinet
Fransa Laurent Fressinet 1 noyabr 1981-ci ildə Fransada anadan olmuşdur,qrossmeyster. O, 2010-cu ildə Fransa Çempionu adını qazanmışdır. 2012-ci ildə o, Plovdivdə keçirilən Avropa İndividual Çempionatının ikincisi olmuşdur. 2006-cı və 2007-ci illərdə keçirilən Avropa Blitz Çempionatlarının ikincisi və 2009-cu və 2011-ci illərdə Fransa Sürətli Şahmat Çempionu olmuşdur. Fransa
Anton Korobov
Ukrayna Anton Korobov 25 iyun 1985-ci ildə anadan olmuşdur, qrossmeyster (2003). 2013-cü ildə keçirilən blitz üzrə Avropa birinciliyinin qalibidir. 2002 və 2012 Ukrayna Çempionu, 2004-cü ildə Volokitindən sonra ikinci yerin sahibidir. 2011-ci ildə Naxcıvan Openin qalibi olmuşdur. 2011-ci ildə DÜnya Kubokunun iştirakçısı olmuş, lakin ikinci raunda Viiugov-a uduzmuşdur. 2012-ci ilin fevralında Aeroflot Opendə 1-3-cü yerləri bölüşdürmüşdür. 2013-cü ilin Ukrayna Çempionatında bürünc mükafatı qazanmışdır.2013-cü ilin Dünya Kubokunda Vasif Durarbayli, Baadur Jobava, Daniil Dubov və Hikaru Nakamura üzərində qələbələrdən sonra, Kramnik tərəfindən məğlub edilmişdir. Ukrayna
Igor Kovalenko
Latviya Igor Kovalenko 29 Dekabr 1988-ci ildə Ukraynanın Novomoskovsk şəhərində anadan olmuşdur. Ukraynalı qrossmeyster hazırda Latviyanı təmsil edir. Beynəlxalq usta (2008-ci il) və qrossmeyster (2011-ci il). O, 2013-cü və 2014-cü illərdə Latviya Çempionatının qalibi və 2013-cü ildə 27 Qrossmeysterin iştirak etdiyi Riqa Texniki Universiteti Open turnirinin birincisi olmuşdur. Igor Kovalenko 2014-cü ildə 41-ci Tromso Olimpiadasında Latvia komandası heyətində ikinci lövhədə oynayaraq (+5 −2 =4) nəticəsini göstərmişdir. Latviya
Quang Liem Le
Vyetnam Quang Liem Le 13 mart 1991-ci ildə anadan olmuşdur, qrossmeyster və 2013-cü il Dünya Blitz Çempionudur. O, 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə Şahmat Olimpiadalarında Vyetnam üçün mübarizə aparmışdır. Xüsusilə də onun 2012-ci il Şahmat Olimpiadasında 1-ci lövhədə 10 oyundan 8 xal nəticəsi Vyetamın kişilərdən ibarət yığmasını yekunda 7-ci etdi və bu, Vyetnam Şahmat tarixində ən yüksək nəticə idi. 2010-cu ildə Le Moskva Open turnirində iştirak etdi. +5=4 nəticəsi ilə o, Konstantin Сhernyshov, Evgeny Bareev və Ernesto Inarkiev ilə 1-4-cü yerləri bölüşdürdü. Həmin turnirdən dərhal sonra Le 9 oyundan 7 xal (+5=4) nəticəsi ilə 9-cü Aeroflot Open turnirinin qalibi oldu. İyul ayının 15-dən 25-dək o, ilk dəfə dəvətli Dortmund turnirində iştirak etdi. Onuinla yanaşı burada 9 dəfə Dortmund çempionu və keçmiş dünya çempionu Vladimir Kramnik, Şəhriyar Məmmədyarov, keçmiş FİDE çempionu Ruslan Ponomariov, 2004-cü il Dünya Çempionatı finalçısı Peter Leko və Arkadij Naiditsch də yarışırdılar. Ilk raundda Le qara fiqurlarla Kramniklə qarşılaşaraq heç-heçə etdi və dördüncü raundda Ponomariovu, 5-ci raundda isə Lekonu məğlub etdi. Bununla da (+2=7-1) nəticəsi ikinci yeri qazandı. 2011-ci il fevralın 7-dən 11-dək o, bir daha Aeroflot Open turnirində müvəffəqiyyətlə iştirak edərək 9 oyundan 6.5 xal ilə qrossmeysterlər Nikita Vitiugov və Evgeny Tomashevsky ilə birinci yeri bölüşdürdü. O, Aeroflot Open turnirində iki dəfə qalib gəlmiş yeganə oyunçudur. Bu qələbə avtomatik olaraq ona Dortmund Invitational turnirinə vəsiqə qazandırdı.2013-cü ilin mayında Filippində keçirilən Asiya Qitə Çempionatına qatıldı və klassik hissəni dördüncü yekunlaşdıraraq Blitz turnirinin qalibi oldu. 2013-cü ilin iyun ayında Le Xanti-Mansiyskdə keçirilən sürətli şahmat üzrə Dünya Çempionatında iştirak edərək, Məmmədyarov, Nepomniachtchi və Grischukdan sonra dördüncü oldu. Bundan sonra Dünya Blitz Çempionatının qalibi oldu. O, dünya Çempionu titulunu qazanmış ilk Vyetnam oyunçusudur. Vyetnam
Alexander Moiseenko
Ukrayna Alexander Moiseenko Doğum tarixi:17 may 1980. 2004-cü ildə Olimpiadada qızıl medal almış Ukrayna millisinin tərkibində çıxış edirdi. 2013-cü ildə Avropa Çempionatında birinci olmuşdur. Ümumilikdə 3 dəfə millinin tərkibində Olimpiadalarda iştirak edib. 2003-cü ildə İstanbulda keçirilən Avropa birinciliyində 13 oyundan 8.5 xal ilə 4-11-ci yerləri bölüşdürmüşdür və bunun hesabına Tripolidə keçiriləcək FİDE Dünya Çempionatına vəsiqə qazanmışdır. İlk raundda Dolmatov üzərində 1.5-0.5 hesabı ilə qalib gəlmiş, növbəti raundda Bologan üzərində qələbəni qeyd etmişdir. Növbəti matçda Akopiana məğlub olmuşdur. Ukrayna
Gata Kamsky
ABŞ Gata Kamsky 2 iyun 1974-cü ildə Sovet İttifaqında anadan olmuş Amerikalı qrossmeysterdir. Kamski 1996-cı ildə 22 yaşındaykən FİDE Dünya Çempionatında finala çıxmış və 1995-ci il əmsal siyahısına əsasən dünyada dördüncü olan bir şahmat dahisidir. Kamski Rusiyanın Novokuznetsk şəhərində, tatar ailəsində anadan olmuşdur. 1989-cu ildə o, atası Rüstəmlə ABŞ-a köçdü. 1990-cı ildə FIDE Kamskini qrossmeyster titulu ilə təltif etdi. 1991-ci ildə o, Amerika Çempionatının qalibi oldu. Kamski digər mötəbər turnirlərdə, o cümlədən 1994-cü ildə Las Palmas turnirində qalib olmuşdu. 1993-cü ildə iki rəqib təşkilat FIDE və PCA hər biri Zonalararası turnirlər keçirdi. Kamski onların hər ikisində iştirak edərək Namizədlər turnirinə vəsiqə qazandı. Namizədlər turnirinin dominantları Kamski və Viswanathan Anand idilər. 1994-95-ci illər FİDE Namizədlər matçının ilk raundunda, 1994-cü ildə Hindistanın Sanghi Nagar şəhərində keçirilən Kamski və Anandın qarşılaşdığı dörddə-bir final çox daha həyəcanlı oldu. Ilk iki oyundakı heç-heçədən sonra, Anand digər iki oyunda 3-1 hesabla qalib gəldi. 5-ci oyun heç-heçə oldu. Kamski digər üç oyunda 2½–½ hesabla qalib gəldi və 4–4 (+2=4−2) hesabla taybreykə çıxdı, sonra isə iki sürətli oyunda qalibiyyət qazandı. 1995-ci ilin fevralında Sanghi Nagarda keçirilən yarımfinalda Kamski Valery Salovu 5½–1½ (+4=3−0) hesabla məğlub etdi. 1994-cü ilin iyununda New Yorkda keçirilən Namizədlər matçında Kamski dörddə-bir finalda Kramniki məğlub etdi. 1994-cü ilin sentyabrında İspaniyanın Linares şəhərində Kamski yarımfinalda Nigel Shortu məğlub etdi. 1995-ci ilin martında Las Palmasda Anandla final qarşılaşmasında Kamski (+1=7−3) hesabla uduzdu. 1996-cı ildə FİDE Dünya Çempionatı üçün Kalmıkiyanın Elista şəhərində keçirilən matçda Kamski Anatoly Karpova qarşı 20 oyun keçirdi və 7½–10½ (+3=9−6) hesabla məğlub oldu. O, zamandan etibarən beynəlxalq şahmata qayıdan Kamski M-Tel Masters turnirində Veselin Topalovdan sonra ikinci oldu. Az sonra Kamski Turində keçirilən 2006-cı il Şahmat Olimpiadasında ABŞ komandasının bürünc medal qazanmasını təmin etdi. 2007-ci ildə qazandığı ardıcıl uğurları onu təqaüdə çıxmazdan öncəki səviyyəsinə qaytardı və onun yenidən dünyanın ən yüksək səviyyəli oyunçuları sırasına qatılmasına zəmin yaratdı. 2007-ci ilin noyabr-dekabr aylarında Kamski Dünya Kubokunda iştirak etdi. 11-ci nömrəli olmaqla o, ilk üç raundda qalib gəldi və sonra Peter Svidler, keçmiş FİDE Çempionu Ruslan Ponomariov və gələcək dünya birincisi Magnus Carlseni məğlub edərək finala çıxdı. Finalda o, şahmat dünyasını heyrətə gətirərək (+1−0=3) hesabla Alexei Shirovu məğlub etdi və Çempion titulunu qazandı. Kamskinin bu qələbəsi ona, 2010-cu il Dünya Çempionatında Viswanathan Anandla qarşılaşmaq üçün 2009-cu il Dünya birincisi Veselin Topalovla qarşılaşmaq imkanı verdi. Yarış 2009-cu ilin fevralında Bolqarıstanın Sofia şəhərində keçirildi. Topalov son 3 oyunda +2 nəticə əldə etdi və 4½–2½ hesabla qalib gəldi. Kamski 2008-ci ilin noyabrında Almaniyanın Drezden şəhərində keçirilən Şahmat Olimpiadasında birinci lövhədə ABŞ komandasını təmsil edirdi. ABŞ komandası bürünc medalları qazandı. O, sürətli oyunda ikinci yerə çıxan Yury Shulmana qalib gələrək 25 may 2010-cu ildə ABŞ Çempionu oldu. Bu Çempionat 19 ildən sonra Kamskinin ABŞ çempionu olduğu ikinci çempionat idi. 2010-cu ilin avqustunda sürətli şahmat üzrə Dünya Çempionatının birincisi oldu. Avqustun 23-dən 31-dək Azərbaycanda keçirilən Baku Open turnirində bir nömrəli oyunçu kimi iştirak etdi. O, 9 oyundan 7.5 xal ilə birinci oldu. 2011-ci il aprelin 13-dən 18-dək Kamski bir nömrəli oyunçu kimi ABŞ Çempionatında iştirak etdi. O, iki il ardıcıl olaraq turnir qalibi oldu və 1985-ci il Lev Alburtdan sonra iki dəfə ardıcıl olaraq ABŞ Çempionu olan ilk oyunçu oldu. 2010-cu il Dünya Çempionatlar mərhələsinin finalisti olaraq Kamski 2012-ci il Dünya Çempionatı üçün təsnifat xarakteri daşıyan Namizədlər turnirinin səkkiz oyunçusundan biri oldu. Namizədlər turniri 2011-ci ilin mayında Kazan şəhərində, dörddə-bir finalda Kamski Veselin Topalov qarşılaşması ilə başlandı. İkinci oyunda Grünfeld müdafiəsi ilə qalib gələn Kamski yarımfinalda 2½–1½ hesabı ilə Topalovu məğlub etdi. Yarımfinalda o, 2009-cu il Dünya Çempionu Boris Gelfandla qarşılaşdı. Əsas oyunlar heç-heçə nəticələndikdən sonra taybreyklərdə Kamsky 2-1 hesabla irəlidə idi. Finala çıxmaq üçün yalnız ağ fiqurlarla heç-heçə etməsi kifayət idi. Lakin rəqibi qalib gəldi və sonda finala çıxdı. 2012-ci ilin mayında Kamsky 2012-ci il ABŞ Çempionatında iştirak etdi, o, Çempion Hikaru Nakamuradan sonra ikinci ən yüksək əmsallı oyunçu idi. O, 7 oyundan 5 xal toplayaraq Nakamura, 2006-cı il çempionu Alexander Onischuk və 2008-ci il çempionu Yuri Shulmanla mini-turnirin iştirakçısı oldu. Dairəvi sistemdə o, qara fiqurlarla Nakamura ilə heç-heçə etdi və Onischuku məğlub etdi. 2013-cü və 2014-cü illərdə o, yenidən çempion adlarını qazandı və sonuncu titul onun ABŞ karyerasında beşinci çempion uğuru oldu. ABŞ
Maxim Matlakov
Rusiya Maxim Matlakov 5 mart 1991-ci ildə Sankt Peterburq şəhərində anadan olmuşdur, qrossmeyster (2009-cu il). O, 2009-cu il Sankt Peterburq Çempionatının qalibi adını qazanmışdır. Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrossmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur. Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2013-cü ildə Sankt Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt Peterburq komandasını təmsil etmişdir. Rusiya
Ivan Cheparinov
Bolqarıstan Ivan Cheparinov 26 noyabr 1986-cı ildə Bolqarıstanın Asenovgrad şəhərində anadan olmuşdur. O, üç dəfə Bolqarıstan Çempionatının qalibidir(2004, 2005, 2012). 2006-cı ilin oktyabrında Çeparinov Hoogeveen Essent Open turnirində 9 oyundan 7 xal ilə birinci yeri paylaşmış və 2007-ci ilin aprelində isə Malmödə keçirilmiş Sigeman & Co turnirində eyni xalla qalib gəlmişdir. O, eyni zamanda 2007-ci ildə Drezdendə keçirilən Avropa Çempionatında birinci yeri alti nəfərlə bölüşdürmüş, əlavə göstəricilərlə Vladislav Tkaçev qalib gəlmişdi. 2010-cu ilin iyun ayında o, 2904 performansı ilə Ruy Lopez Masters turnirinin qalibi olmuşdur. 2014-cü ildə Çeparinov Cəbəllüttariq beynəlxalq şahmat festivalının birincisi oldu. Bolqarıstan
Ray Robson
ABŞ Ray Robson Doğum tarixi: 25 oktyabr 1994, qrossmeyster. 16 iyul 2009-сü ildə gənclər arasında ən gənc ABŞ Çempionu olmuşdur. Dünya Kubokunda iştirak etsə də, uğur əldə edə bilməmişdir. 2014 Millionaire Chess turnirinin finalında Wesley So tərəfindən məğlub edilmişdir. ABŞ
Gabriel Sargissian
Ermənistan Gabriel Sargissian 3 sentyabr 1983-cü ildə anadan olmuşdur, qrossmeyster(2002-ci il). O, 2006, 2008 və 2012-ci illər Olimpiadalarında və 2011-ci il Komandalar arasında Dünya Çempionatında qızıl medal almış Ermənistan komandasının üzvü olmuşdur. Sargissian 2000-ci və 2003-cü illərdə Ermənistan Çempionatının qalibi olmuşdur. O, 2004-cü il FIDE Dünya Çempionatında iştirak etmiş,lakin birinci raundda Sergei Tiviakov tərəfindən məğlub edilmişdir. Sargissian 2006-cı il Reykjavík və Dubai turnirlərində qalib gəlmişdir. 2007-ci ildə o, Ruy Lopez Festival (Zafra, İspaniya,16–25 mart) turnirinin qalibi olmuşdur. 2009-cu il Dünya Kubokuna vəsiqə qazanmış, lakin ilk raundda Li Chao tərəfindən turnirdən uzaqlaşdırılmışdır. Sargissian 2007-ci ildə Kemerdə 23-cü Avropa Klub Kuboku turnirində "CA Linex Magic Mérida" (İspaniya) klubunun tərkibində qızıl medal qazanmışdır. Ermənistan
Ivan Saric
Xorvatiya Ivan Saric 17 Avqust 1990-cı ildə Split şəhərində anadan olmuşdur, Xorvatiyalı qrossmeyster. O, beynəlxalq aləmdə ilk dəfə 2007-ci ildə gənclər arasında Avropa Çempionatında qalib gələrək tanındı. Növbəti il o, qrossmeyster titulunu qazandı və 2008-ci ildə gənclər arasında Dünya Çempionatında qalib oldu. O, ikiqat Xorvatiya Çempionudur (2010 və 2014), 2009-cu ildən Xorvatiya Milli Yığmasının üzvüdür. 2011-ci ildə 31-ci Villa de Benasque Open-də 2-7-ci yerləri Julio Granda, Aleksander Delchev, Maxim Turov, Pablo Almagro Llamas vəd Mihail Marin ilə bölüşdürmüşdü. Onun ən yadda qalan nəticəsi Dünya Çempionu Karlseni 2014-cü ildə Olimpiyada məğlub etməsidir. Xorvatiya
Liviu-Dieter Nisipeanu
Almaniya Liviu-Dieter Nisipeanu 1 Avqust 1976-cı ildə anadan olmuş Rumıniya əsilli Alman şahmat qrossmeysteridir. Onun ən yüksək FİDE əmsalı, 2005-ci ilin oktyabrına təsadüf edən 2707 idi, bu zaman o, dünyada 15-ci, Rumıniyanın isə ən yüksək əmsallı oyunçusu olmuşdu. Olduqca aqqressiv oyun tərzi ona müasir dövrün Tal-ı nüfuzunu qazandırmışdır. 1999-cü ildə FİDE Dünya Çempionatının yarımfinalına İvançuk, Şirov kimi şahmatçılar üzərində qələbələrlə çatmışdı və yalnız bu mərhələdə Xalifmana məglub olaraq yarışı tərk etmişdir. 13 oyundan 10 xal toplayaraq 2005-ci ildə Avropa Çempionu olmuşdur. 2014-cü ildən Almaniya bayrağı altında çıxış edir. Almaniya
Viktor Laznicka
Çexiya Viktor Laznicka 9 yanvar 1988-ci ildə Pardubice şəhərində anadan olmuşdur, qrossmeyster. 2005-ci ildə Herceg Novidə keçirilən 18 yaşadək gənclər arasında Avropa Çempionatının bürünc medalın sahibi olmuşdur. 2006-cı ildə isə Milli Çempionatın qalibi oldu. Turində keçirilən Olimpiadada komanda da ən yaxşı şəxsi nəticə göstərir. 2007-ci ildə Czech Open-nin qaliblərindən biri olur (Vlastimil Babula ilə). 2007-ci ildə keçirilən Dünya Kubokunun ilk mərhələsində Bartlomiej Macieja-ya məğlub olur. 2009-cu ilin dekabr ayında 19-cu Magistral Pamplona yarışında 1-4 -cü yerləri bölüşdürür. 2010-cu ilin iyul ayında keçirilən World Open Chess yarışında 9 oyundan 7½ xal toplayaraq birinci yerin sahibi olur. Çexiya
Vladislav Artemiev
Rusiya Vladislav Artemiev 5 mart 1998-ci ildə Omskda anadan olmuşdur, Rusiyalı qrossmeyster (2014-cü il). Artemiev 2012-ci və 2013-cü illərdə 16 yaşadək gənclər arasında Olimpiadada Rusiyanı təmsil etmişdir. O, 2012-ci ildəki yarışda üçüncü lövhədə yarışaraq komandasına qızıl medal qazanmağa yardımçı olmuş və şəxsi gümüş medal qazanmışdır. 2014-cü ilin fevralında 9 oyundan 8 xal toplayaraq Moscow Open F turnirinin qazanmışdır. Rusiya
Baskaran Adhiban
Hindistan Baskaran Adhiban 1992-ci ildə anadan olmuşdur, Hindistanın şahmat qrossmeysteridir. O, 16 yaşadək gənclər arsında Dünya Çempionu və 2010-cu ildə Hindistan çempionu olmuşdur. 2013-cü ildə Dünya Kubokunda ilk iki raunda öncə 2710-əmsallı Rusiyalı qrossmeyster Evgeny Alekseevi, daha sonra Alexandr Fieri məğlub etdi. Adhiban 10 oyundan 8.5 xal toplayaraq Barselona Open turnirinin qalibi oldu, bu yarışda 23 qrossmeyster və 28 beynəlxalq usta iştirak edirdi. Hindistan
Maxim Rodshtein
İsrail Maxim Rodshtein 19 yanvar 1989-cu ildə Leninqradda anadan olmuşdur. 2007-ci ildən Israili təmsil edən qrossmeysterdir. 2014-cü il avqust ayında 2671 Elo əmsalı ilə İsrailin iki nömrəli oyunçusu olmuşdur. O, 2004-cü ildə Yunanıstanda 16 yaşadək gənclər arsında Çempionatının qalibi adını qazandı. 2008-ci ilin noyabrında Rodshtein İsrailin Olimpiya komandası tərkibində 9-oyundan 7 xal toplayaraq (5-ci lövhədə) komandasının gümüş medal almasına yardımçı olmuşdur. Rodshtein 2008-ci ildə İsrail Çempionatında birinci yeri bölüşdürdü, lakin taybreyk nəticəsinə görə bu titulu əldə saxlaya bimədi. 2011-ci il Moskvada keçirilən Aeroflot Open turnirində o, 4-10-cu yerləri bölüşdürdü. İsrail
Igor Lysyj
Rusiya Igor Lysyj 1 yanvar 1987-ci ildə anadan olmuşdur, qrossmeyster (2007). 2014-cü ildə Rusiya Çempionu adını qazanmışdır. Rusiyada keçirilən müxtəlif beynəlxalq turnirlərdə uğurlu çıxışları mövcuddur. Onlardan 2012-ci ildə Moskva Opendə birinci yerinin qeyd etmək olar. Rusiya
Yifan Hou
Çin Yifan Hou 27 fevral 1994-cü ildə anadan olmuşdur, Çinin şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrossmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu. O, 2007-ci ilin yanvarında Qadın qrossmeysteri, 2008-ci ilin avqustunda isə qrossmeyster titullarını qazandı. 2010-cu ildə 16 yaşında ikən Türkiyənin Hatay şəhərində keçirilən Qadınlar arasında Dünya Çempionatında qalib gələrək tarixdə ən gənc qadın Çempion oldu. 2012-ci ildə o, titulunu itirsə də, 2013-cü ildə onu yenidən qazandı. 2014-cü il FİDE əmsal siyahısına əsasən Hou Yifan dünyada ilk 100 ən yüksək əmsallı oyunçu arasında üçüncü qadın oldu (Judit Polgár və Maia Chiburdanidzedən sonra). 2015-ci ilin mayında isə bir nömrəli qadın oyunçu, əmsal siyahısında isə 55-ci oldu. 2015-ci ilin əvvəlində yarışdan imtina etməklə o, titulunu itirdi, lakin 2014-cü il FIDE Grand Prix qalibi olması ona 2015-ci ilin üçüncü rübündə, Dünya Çempionu Mariya Muzychukla 10 oyundan ibarət Dünya Çempionatında qarşılaşmaq hüququnu verdi. Hou 2006-cı ilin martında qadınlar arasında Dünya Çempionatında üçüncü raunda çatdı. O, ilk raundda Rusiyadan olan beynəlxalq usta Nadezhda Kosintsevanı 1½–½ hesabla məğlub etdi, ikinci raundda isə, 2000-ci il Avropa çempionu Ukraynalı qrossmeyster Natalia Zhukovaya qalib gəldi. O, üçüncü raundda Gürcüstandan olan Beynəlxalq usta Nino Khurtsidze tərəfindən 0–2 hesabla məğlub edildi. 2006-cı ilin may–iyun aylarında İtaliyanın Turin şəhərində keçirilən 37-ci Şahmat Olimpadasında Çin Bürünc medalla üçüncü yerə çıxdı. Hou Yifan özünün ilk Olimpiada çıxışında bütün oyunları dördüncü lövhədə oynamaqla (+10, =2, −1) nəticəsini göstərdi. 84.6% qalibiyyət faizi ilə dördüncü lövhədə gümüş medal qazandı. Yekaterinburqda keçirilən qadınlar arasında ilk Dünya komanda Çempionatında ikinci lövhədə mübarizə apardı və 7½/9 (+7 =1 -1) nəticəsi ilə həm komanda, həm də şəxsi hesabda qızıl medal qazandı. 2007-ci ilin iyun ayında, Chongqingdə o, ilk dəfə Çinin qadınlar arasında Çempionu oldu. 13 yaşındaykən ən gənc çempion olaraq Qin Kanyingin (1988-ci ildə bu titulu qazanarkən onun 14 yaşı vardı) rekordunu qırdı. 2088-ci ildə Türkiyənin Qaziantep şəhərində keçirilən gənclər arasında Dünya Çempionatında, karyerasında ilk dəfə oğlanlar bölməsində yarışırdı. O, bölmədə yeganə qız idi. Hou 9/13 (+6 =6 -1) nəticəsi ilə 3-cü oldu, 2661 performansına və özünün ikinci qrossmeyster normasına nail oldu. Hou Yifan 14 yaşında ikən qrossmeyster titulu alaraq tarixdə ən gənc qadın oyunçu olmuşdur. 2008-ci ilin avqust-senyabr aylarında Rusiyanın Nalçik şəhərində o, ikinci dəfə Dünya Çempionatında yarışdı. Finalda 1½ - 2½ hesabla Rusiyalı Alexandra Kosteniuka məğlub oldu. Buna baxmayaraq, o, avtomatik olaraq beynəlxalq usta titulunu qazanaraq və dördücü dəfə özünün qrossmeyster normasına nail olaraq Qadınlar arasıda Dünya Çempionatının ən gənc finalisti oldu. 2011-ci ildə o, Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Dünya Kubokunda iştirak etdi. 2011-ci iIdə Albaniyanın Tirana şəhərində keçirilən Qadınlar arasında Dünya çempionatında o,Koneru Humpy ilə qarşılaşaraq Dünya Çempionu titulunu qoruyub saxladı.Daha sonra Türkiyənin Mardin şəhərində Qadınlar arasında komanda üzrə Dünya Çempionatında Çini təmsil etdi.Çinin beş nəfərdən ibarət komandası, yalnız bir matçda Ukrayna komandasına uduzaraq və bütün digər komandalara qalib gələrək 16 xalla birinci oldu. Yarışda Rusiya ikinci, Gürcüstan isə 12 xalla bürünc medalçı oldu. Hou 2012-ci ili Cəbəllüttariq Festivalında 8/10 (+7 -1 =2) nəticəsi və 2872 performansı ilə Nigel Shortla birinciliyi bölüşdürdü. 16 iyuldan 19 iyuladək o, Ermənistanın Jermuk şəhərində keçirilən 2011–2012-ci illər FİDE Qadınlar arasında Grand Prixturnirində iştirak etdi və 7/11 nəticəsi (+4 −1 =6), 2598 performansı ilə qalib gəldi. Bu onun 2011-ci il Rostov və 2011-ci il Shenzeng turnirlərindəki qələbələrinə bir əlavə idi və o, 2013-cü il Qadınlar arasında Dünya Çempionatı üçün vəsiqə aldı. 2012-ci ildə İstanbulda keçirilən 40-cı Şahmat olimpiadasında komandasının gümüş medal qazanaraq ikinci yerə çıxmasını təmin etdi. Hou 2012-ci ilin oktyabrında Cercle d'Echecs de Monte-Carlo komandasının tərkibində Avropa Klub Kubokunda iştirak etdi. O, birinci lövhədə 4.5/6 nəticə ilə oynadı və komandası yarışının qalibi oldu. 2012-ci ilin noyabrında Qadınlar arasında Dünya Çempionatının ikinci raundunda o, məğlib oldu. FİDE Qadınlar arasında Grand Prix qalibi olduğu üçün o, 2013-cü ilin yeni çempionu Anna Ushenina ilə Dünya Çempionu titulunun müəyyənləşdirilməsi məqsədilə qarşılaşmaq hüququnu əldə etdi. 2013-cü il Qadınlar arasında Dünya Çempionatı Çinin Taizhou şəhərində, 10-27 sentyabr tarixində keçirilirdi. O, matçı yeddi oyunda 5.5-1.5 hesabı ilə başa vuraraq qalib oldu və çempion titulunu geri qaytardı. Hou 2013-ci ilin oktyabrında Cercle d'Echecs de Monte-Carlo komandasının tərkibində Avropa Klub Kubokunda iştirak etdi. O, birinci lövhədə 5/6 nəticə (+4 =2, TPR 2736) nümayiş etdirdi və komandası ikinci il yenidən yarışının qalibi oldu. Hou 2013–14-cü illər FIDE Qadınlar arsında Grand Prix turnirlərinin qalibi olmuşdur. 8-22 Aprel tarixlərində o, Rusiyanın Xanti-Maniysk şəhərində 4-cü mərhələdə oynadı və 8.5/11 (+6 =5, TPR 2695) nəticə ilə birinci oldu. 2015-ci ilin yanvar- fevral aylarında keçirilmiş Cəbəllüttariq Festivalında yenidən səhnəyə möhtəşəm qələbə ilə qayıtdı. Onun bu tədbirdəki mükəmməl oyunu, 2015-ci il mart əmsal siyahısına əsasən Hou Yifan Judit Polgárın 26 illik ən yüksək əmsallını geridə qoydu və artıq ən yüksək əmsallı qadın oyunçu oldu. 2013-2014-cü illər FİDE Qadınlar arasında Grand Prix qalibi olaraq 2015-ci il Qadınlar arasında Dünya Çempionatına vəsiqə qazanmışdır və onun hazırkı Dünya Çempionu Muzychuk ilə qarşılaşması gözlənilir. Çin
Julio Granda Zuniga
Peru Julio Granda Zuniga 25 fevral 1967-ci ildə Peruda anadan olmuşdur, qrossmeyster. 1993-cü ildə Mar-del-Plata turnirində ilk yeri Bent Larsen ilə bölüşdürmüşdür. O, beş dəfə Peru Çempionu olmuşdur (1994, 1995, 1996, 1997 və 2002-ci illərdə). Granda 2007-ci ildə 4-cü Amerika Qitə Çempionatının qalibi olmuşdur. Bu qələbə ona 2007-ci il Dünya Kubokuna vəsiqə verdi, lakin o, birinci raundda ½–1½. hesabı ilə Arkadij Naiditschə məğlub oldu. 2009-cu ilin dekabrında 19-cu Magistral Pamplona turnirində o, 1-4-cü yerləru böldü. 2010-cu ildə o, Guadalaharada 5-ci Abierto turnirinin qalibi oldu. 2013-cü il Norveçdə keçirilən Dünya Kubokunda Hrant Melkumyan, Peter Leko və Anish Girini məğlub edərək dördüncü raunda çıxdı. Lakin Fabiano Caruana tərəfindən növbəti raunda məğlub edildi.Julio Granda IX Amerika Qitə Çempionatında birinci yeri bölüşərək yenidən 2015-ci ildə Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı.Qeyd edək ki, 11 oyundan 8.5 xal 5 iştirakçı topladı və əlavə mini surətli şahmat üzrə turnirdə ikinci oldu və vəsiqəni təmin etdi. Peru
Sanan Sjugirov
Rusiya Sanan Sjugirov 31 yanvar 1993-cü ildə Elista şəhərində anadan olmuşdur, Rusiyalı qrossmeyster (2009-cu il). O, 2003-cü ildə 10 yaşadək oğlanlar arasında Dünya Çempionu və 2007-ci ildə 14 yaşadək gənclər arasında Dünya Çempionu olmuşdur. 2008-ci ildə o, Budapeştdə Birinci Şənbə Qrossmeyster turnirinin qalibi olmuşdur.2009-cu il Dünya Kubokunda iştirak etmiş, lakin ilk raundda rəqibi Laurent Fressinet tərəfindən məğlub edilmişdir. 2011-ci ildə Taqanroqda keçirilən Yüksək Liqa Rusiya Çempionatında 4-12 yerləri bölüşdürmüşdür. Rusiya
Alexander Onischuk
ABŞ Alexander Onischuk 3 sentyabr 1975-ci ildə anadan olmuş, Amerikan qrossmeyster.Əslən Ukraynadan olub, 2001-ci ildə ABŞ-a köçmüşdür. O, 2006-cı il Amerika Çempionu olmuşdur. Hazırda o, Hikaru Nakamura, Wesley So, Ray Robson və Gata Kamskydən sonra beşinci ən yüksək əmsallı qrossmeysterdir.Onischuk 2007-ci il Biel Beynəlxalq Şahmat Festivalında iştirak edərək, Magnus Carlsendən sonra ikinci olmuşdur. ABŞ
Alexander Areshchenko
Ukrayna Alexander Areshchenko 15 iyun 1986-cı idə Luqansk şəhərində anadan olmuşdur. 2005 Ukrayna Çempionundur.2007-ci ildə Hikaru Nakamura və Emil Sutovsky ilə 2-4-cü yerləri bölüşdürmüşdür. 2009-cü ildə Mumbai Mayor Cup-da uğurla çıxış etmişdir və ilk yeri daha üç şahmatçı ilə paylaşmışdı. 2010-cu ildə Çiqorinin xirəsinə həsr edilmiş turnirdə 2-7-cü yerləri bölüşdürmüşdü. 2011-ci ildə isə Parsvnath Open yarışında 1-5-ci yerləri tutmuşdur. Ukrayna
Ivan Popov
Rusiya Ivan Popov Qrossmeyster (2007-ci il), Moskva Çempionudur (2012-ci il). Rusiya 20 yaşadək gənclər arasında birinciliyinin qalibi (2007-ci il). Ən yüksək əmsal: 2647 (iyun 2015-ci il). Rusiya
Ernesto Inarkiev
Rusiya Ernesto Inarkiev 9 dekabr 1985-ci ildə Qırxıstanın Oş şəhərində anadan olmuşdur, Rusiyalı qrossmeyster. Məşhur komutan "Çe"-nin şərəfinə Ernesto adlandırırıb. 2006-cı ildə 59-cü Rusiya Çempionatının superfinalında 3-cü nəticə göstərib. 2010-cı ildə Moskva Opendə 1-4-cü yerləri bölüşdürmüşdür. 2013-cü ildə Rusiya birinciliyinin superfinalında qalib olmuşdur. Son Moskva Openi 9 oyundan 8 xal ilə qazanmışdır. Rusiya
Lazaro Bruzon
Kuba Lazaro Bruzon 2 may 1982-ci ildə Kubada anadan olmuşdur, qrossmeyster. Bruzón 2000-ci ildə gənclər arasında DünyaÇempionu olmuşdur. 2004-cü ildə o, Villa Clara Memoriamda XII "Guillermo Garcia" turnirinin birincisi olmuşdur. 2005-ci ildə o, Amerika Qitə Çempionatının qalibi olmuş və Skanderborgda Samba Kubokunda Kamil Mitoń, Zhang Pengxiang və Artyom Timofeevlə 2-5-ci yerləri bölüşdürmüşdür. 2008-ci ildə Manresa 35-ci açıq turnirinin birincisi olmuşdur. 2010-cu ildə o, 4-cü Ajedrez Ciudad de La Laguna Beynəlxalq turnirində Kamil Mitoń, Bojan Kurajica, Yuri Gonzalez Vidal, Evgeny Gleizerov və Bartłomiej Heberlailə 1-6-cı yerləri və Barselonada Ivan Salgado Lopez ilə 1-2-ci yerləri bölmüşdür. Kuba
Csaba Balogh
Macarıstan Csaba Balogh Macar şahmatçı 1987-ci ildə anadan olmuşdur. 2002-ci ildə beynəlxalq usta və 2004-cü ildə isə qrossmeyster adını almışdır. O, 2003-cü ildə 16 yaşadək oğlanlar arasında Avropa Çempionatının qalibi olmuşdur. 2006-cı ildə Macarıstan Çempionatında ikinci yeri tutmuşdu.2011-ci ildə 13-cü Dubay Open-də 2-5-ci yerləri bölüşdürmüşdür. Macarıstan
Vladimir Fedoseyev
Rusiya Vladimir Fedoseyev Rusiyalı qrossmeyster (2011-ci il). 2013-cü il 18 yaşadək Gənclər arasında Avropa Çempionudur (Blitz, Sürətli və Klssik). 2014-cü il Avropa Çempionatının və 20 yaşadək Gənclər arasında Dünya Çempionatının üçüncüsüdür. Rusiya
Evgeniy Najer
Rusiya Evgeniy Najer Doğum tarixi:22 iyune 1977, qrossmeyster. 2002-ci ildə ABŞ açıq birinciliyində Gennadi Zaichik ilə və 2003 Moskva şəhər birinciliyinin qalibidir.2004-cü ildə Cappelle-la-Grande Openində 1-6-cı yerləri bölüşdürmüşdür. Həmin il Ashdod Chess Festivalında isə 1-3-cü yerləri bölüşdürmüşdür. 2007-ci ildə Vasily Yemelin ilə 3-cü Moscow Open turnirinin qalibi oldu. 2008 və 2009-da ABŞ-da keçirilən World Open-də ilk yerin sahibi oldu. 2009-cü ildə Topalova qarşı matçda Kamskının məşqçilərində biri idi. Rusiya
Ivan Bukavshin
Rusiya Ivan Bukavshin 3 may 1995-ci ildə Rostovda anadan olmuşdur, qrossmeyster (2011-ci il). Bukavshin 2006-cı ildə 12 yaşadək gənclər arasında Avropa Çempionu, 2008-ci ildə 14 yaşadək gənclər arasında Avropa Çempionu və 2010-cu ildə 16 yaşadək gənclər arasında Avropa Çempionu olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda keçirilən Çiqorin Xatirəsinə həsr olunmuş turnirdə o, 1-11-ci yerləri bölüşdürmüşdür. Rusiya
Rauf Mamedov
Azərbaycan Rauf Mamedov 26 aprel 1988-ci ildə anadan olmuş, qrossmeyster. 2004-cü ildən qrossmeyster ünvanının sahibidir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Avropa Komandalar arası Çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Haşımov və Qədir Hüseynovla birgə oynamışdır. 2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı turnirdə Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşdürmüşdür. O, dördqat Azərbaycan Çemionatının qalibidir. Rauf 2015-ci il ShamkirChess superturnirinin iştirakçısı olmuşdur. Ən yüksək əmsalı: 2679 (Sentyabr 2011-ci il). Azərbaycan
Eltaj Safarli
Azərbaycan Eltaj Safarli 18 may 1992-ci ildə Bakıda anadan olmuşdur, qrossmeyster. Eltaç 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır. O, SOCAR komandasının tərkibində Avropa Klub Kubokunu qazanmışdır. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin, 2015-ci ildə isə Naxçıvan Open turnirinin qalibi olmuşdur. Ən yüksək əmsalı: 2660 (Sentyabr 2013). Azərbaycan
 Sergei Zhigalko
Belarus  Sergei Zhigalko 28 mart 1989-cu ildə anadan olmuşdur, qrossmeyster (2007). 3 dəfə Belarusiya Çempionu, iki dəfə Bakı Open turnirinin qalibi olumuşdur. Belarus
Samuel Shankland
ABŞ Samuel Shankland qrossmeyster(2011-ci il), 2008, 2009, və 2011-ci illərdə Kaliforniya ştatının çempionu və 2010-cu il ABŞ gənclər arasında Çempionatın qalibi olmuşdur. Ən yüksək əmsalı: 2661 (fevral 2015-ci il). Tromsoda keçirilən 41-ci Ümumdünya Şahmat Olimpiadasında ehtiyat oyuncular arasında 10 oyundan 9 xal ilə qızıl medal qazanmışdır. 8-ci turda Yudit Polqar Sam ilə sonuncu peşəkar oyununu oynadı. ABŞ
Ilia Smirin
İsrail Ilia Smirin 21 yanvar 1968-ci ildə Vitebsk şəhərində anadan olmuşdur. Smirinin ən yüksək əmsalı 2702 2001-ci ilin iyuluna təsadüf edir. Şahmat uğurları keçmiş Sovetlər Birliyində başlamışdır. 1992-ci ildə İsrailə köçür. 1992,1994,1999,2002 İsrail Çempionudur. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. İsrail
Surya Shekhar Ganguly
Hindistan Surya Shekhar Ganguly Surya Shekhar Ganguly (24 fevral 1983) is Hindistanli qrossmeyster. Beynəlxalq ustanı 16 və qrossmeysteri 19 yaşında qazanmışdır. 2003-2008-ci illər arasında Hindistan Çempionu olmaqla bir rekorda imza atmışdı, 2009 isə Asiya Çempionudur. Anandın 2008,2010,2012 qalib komandasında məşqçi kimi fəaliyyət göstərmişdir. Hindistan
Denis Khismatullin
Rusiya Denis Khismatullin 28 dekabr 1984-cü ildə Neftekamsk şəhərində anadan olmuşdur, qrossmeyster. O, Başqırdıstandan olan ilk qrossmeysterdir. O, 2011-ci il Dünya Kubokunda iştirak etmiş, lakin birinci raundda Mikhail Kobalia tərəfindən məğlub edilmişdir. Khismatullinin nailiyyətləri arasında onun 2000-ci ildə 16 yaşadək gənclər arasında Dünya Çempionatında ikinci yer tutmasını göstərmək olar. O, 2013-ci ildə Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri Pavel Eljanov, Dmitry Kokarev, Alexander Areshchenko, Maxim Matlakov, Oleg Korneev, Dragan Solak, Vadim Zvjaginsev, Sanan Sjugirov, Ivan Bukavshin və Ildar Khairullin ilə bölüşdürmüşdür. O, 2005-ci il Rusiya Kubokunun sahibi, Voronejdə keçirilən “Master-Open 2006” turnirinin qalibi, 2009-cu il Rusiya Çempionatının bürünc medalçısı, 2010-cu ildə Rusiya Çempionatının gümüş medalçısı və 2014-cü il Rusiya Çempionatının superfinalının bürünc medalçısıdır. Rusiya
Santosh Gujrathi Vidit
Hindistan Santosh Gujrathi Vidit Vidit Santosh Gujrathi 24 oktyabr 1994-də anadan olmuşdur. Qrossmeyster adını 2013-cü ildə almışdır.2009-cü ildə 16 yaşa qədər oğlanlar arasında ikinci yeri tutmuşdur. İlk qrossmeyster normasını 20 yaşa qədər gənclərin Dünya Çempionatında qazanmışdır. 2011-ci ildə Nagpur International Opendə 11 oyundan 8 xal toplamışdı və ikinci normanı əldə etmişdir. Sonuncu normanı isə Rose Valley Kolkata Open Grandmasters turnirində qazanmışdır. 2013-cü ildə 20 yaşa qədər gənclərin Dünya Çempionatında bürünc medal əldə etmişdir. Hindistan
Boris Grachev
Rusiya Boris Grachev Doğum tarixi: 27 Mart 1986, qrossmeyster (2007). 2010-cu ildə Aeroflot Opendə 3-6-cı yerləri bölüşdürür. 2011 Dünya Kubokunun iştirakçısıdır, ikinci raunda Lê Quang Liêm-ə məğlub olaraq kuboku tərk edir. Rusiya
Alexander Motylev
Rusiya Alexander Motylev 17 iyun 1979-cu ildə anadan olmuşdur, qrossmeyster. 2001-ci ildə o, Rusiya Çempionu olmaqla Şahmat aləmini təəccübləndirsə də, sonrakı illərdə nümayiş etdirdiyi laqeyd münasibət həm yaxşı, həm də pis nəticələrə gətirib çıxartdı. 2002-ci ildə Moskvada Rusiya Dünyaya qarşı adlı mötəbər turnirə dəvət alan Alexander yalnız 6 oyundan 1 xal topladı. 2004-cü ildə o, Tomskda təsnifat turnirində qalib gəldi və Rusiya Superfinalında uğurlu oyun nümayiş etdirdi. 2005-ci ildə 2-ci Sanjin Otel Kubokunda ikinci yeri tutdu (Harikrishnadan sonra) və həmin il yenidən Rusiya Superturnirinə vəsiqə qazandı, bu dəfə Kazanda keçirilən yarışın üçüncüsü oldu. 2006-cı ildə Wijkaan Zeedə keçirilən Corus "B" turnirində birinci yeri Magnus Carlsenlə bölüşdürdü. 2009-cu ilin iyun ayında Rusiyanın Poikovsky şəhərində keçirilən 10-cu Poikovsky Karpov turnirinin qalibi oldu. O, 2001-ci il Komandalar arasında Dünya Çempionatının əsas oyunlarında Rusiyanı təmsil edərək, komandasının gümüş medal almasında oz töhfəsini verdi. Motylev 2014-cü ildə Avropa Şəxsi Çempionatın qalibi oldu. Rusiya
Yuniesky Quesada Pérez
Kuba Yuniesky Quesada Pérez 31 iyul 1984-cü ildə Kubada anadan olmuşdur. 2010-cu il FİDE siyahısına əsasən o, 2600 Elo əmsalını keçən dördüncü Kuba oyunçusudur. O, 2008-ci və 2011-ci illərdə Kuba Çempionatının qalibi olmuşdur. 2015-ci ilin mayında keçirilmiş sonuncu Amerika Çempionatında 8.5 xalla birinci yeri bölüşdürmüşdür. Kuba
S.P. Sethuraman
Hindistan S.P. Sethuraman 2014-cü ildə Tromsoda keçirilən 41-ci Şahmat Olimpiadasında Hindistan komandası ilə birgə bürünc medal qazanmış və 2014-cü il Hindistan Çempionatının qalibi olmuşdur. Ən yüksək əmsalı: 2634 (aprel 2015-ci il). Hindistan
Andrei Volokitin
Ukrayna Andrei Volokitin 18 iyun 1986-cı ildə Lvov şəhərində anadan olmuşdur, Ukraynalı qrossmeysterdir. O, keçmiş Ukrayna Çempionudur, dörd Şahmat Olimpiadasında iştirak etmişdir və 2004-cü ildə 36-cı Olimpiadada komanda ilə qızıl, 2012-ci ildə isə bürünc medal qazanmışdır. 2001-ci ildə 15 yaşındaykən grossmeyster titulunu aldı. 2004-cü ildə FİDE siyahısına əsasən 100 ən yüksək əmsallı oyunçu arasında yer aldı və 73-cü Ukrayna Çempionatının qalibi oldu. 2005-ci ildə o, 2984 performans ilə Gənc Ustalar arasında Lausanne turnirinin qalibi oldu. Ukrayna
Robert Kempiński
Polşa Robert Kempiński 11 iyul 1977-ci ildə Polşanın Gdańsk şəhərində anadan olmuşdur, qrossmeyster. 14 yaşındaykən o, öz yaş kateqoriyasında və növbəti il 20 yaşadək gənclər arasında Polşa Çempionatda qalib gəldi. Sonrakı illərdə o, Beynəlxalq yarışlarda Polşanı təmsil etdi. O, üç dəfə gənclər arasında Avropa Çempionatlarının qalibi oldu: 1993-cü il (16 yaşadək), 1994-cü il (18 yaşadək ) və 1995-ci il (18 yaşadək). 1995-ci ildə o, Guarapuavada (Braziliya) gənclər arasında Dünya Çempionatında Emil Sutovskyni geridə qoyaraq qalib gəldi. Növbəti il qrossmeyster titulunu alaraq ilk dəfə Şahmat olimpiadasında iştirak etdi. 1997 və 2001-ci illərdə Polşa Çempionatının qalibi olmuşdur. Beynəlxalq turnirlərdə qələbələrinə aşağıdakıları nümunə göstərmək olar: Zlín (1994-cü il), ČeskéBudějovice (1995-ci il), Lippstadt (1995-ci il), Frýdek-Místek (1997-ci il), Biel(2000-ci il), Rubinstein Memorial (2006-cı il), Bad Zwesten (2004-cü il), Neckar-Open (Deizisau, 2005-ci il), Porzellan-Cup (Dresden, 2008-ci il). 2004-cü ildə o, FİDE Dünya Çempionatında iştirak etdi, lakin birinci raundda Alexander Lastinə məğlub oldu. Polşa
Bassem Amin
Misir Bassem Amin 9 sentyabr 1988-ci ildə anadan olmuş, Misirli qrossmeyster. O, Misirdən olan dörd qrossmeysterdən ən gəncidir. 2004-cü ildə Liviyada keçirilmiş 20 yaşadək oğlanlar arasında Afrika çempionudur. O, həmçinin üç dəfə 20 yaşadək gənclər arasında Ərəbistan çempionu da olmuşdur. 2005-ci ildə isə kişilər arasında Ərəbistan Çempionu adını və yenidən 20 yaşadək gənclər arasında Afrika Çempionu adını qazanmışdır. 2006-cı ildə Gürcüstanda keçirilmiş 18 yaşadək gənclər arasında Dünya Çempionatının bürünc mükafatçısıdır. Həmin il onun növbəti uğuru kimi kişilər arasında Ərəbistan Çempionu (BƏƏ) olmağını qeyd edə bilərik. 2008-ci ildə Bassem Amin Türkiyədə keçirilən Dünya Gənclər Çempionatının bürünc medalını qazandı. 2009-cu ildə o, Dünya Şahmat Kubokunda iştirak etdi və ilk raundda rəqibi Vladimir Malaxov tərəfindən məğlub edildi. O, 2009-cu il Liviyada və 2013-cü il Tunisdə Afrika Çempionu titulunu qazandı. Bassem Amin 2013-cü ildə Reykjavik Open turnirinin qaliblərindən biri oldu. 2014-cü ildə o, Yunanıstanda keçirilən Aralıq dənizi Şahmat Çempionatının qalibi oldu. 41-ci Dünya Şahmat Olimpiadasında Bassem Amin 11 xaldan 8.5 hesabı ilə Misir Şahmat tarixində ən uğurlu nəticəni əldə edərək Misir Milli Şahmat yığmasına başçılıq etdi və B kateqoriyasında qızıl medal qazandı. Misir
Varuzhan Akobian
ABŞ Varuzhan Akobian 19 noyabr 1983-ildə Ermənistanda anadan olmuşdur, erməni-əsilli Amerika Qrossmeysteridir. O, 2006-cı və 2008-ci illərdə Şahmat Olimpiadalarında bürünc medal qazanmış ABŞ komandasının tərkibində çıxış etmişdir. 2006-cı ildə San Marino turnirində 2796 performans ilə birinci yer üçün taybreykə çıxmışdır. 2007-ci ildə Miami Open turnirində 1-8-ci yerləri Hikaru Nakamura, Alexander Shabalov, Darmen Sadvakasov, Zviad Izoria, Victor Mikhalevski, Magesh Chandran Panchanathan və Justin Sarkar ilə və Kolumbiyanın Cali şəhərində keçirilən Amerika Qitə Çempionatında da birinci yeri bölüşdürmüşdür. Bu, ona 2007-ci il Dünya Kubokuna vəsiqə qazandırmış və yarışın birinci raundunda artıq məğlub olmuşdur. O, həmçinin 2009-cu il Dünya Kubokunda iştirak etmiş, ikinci raundda Ruslan Ponomariov tərəfindən məğlub edilmişdir. 2014-cü ilin mayında Saint Louisdə keçirilən ABŞ Çempionatında birinci yer uğrunda Gata Kamsky və Aleksandr Lendermanla qarşılaşmışdır. Armageddon oyununda o, Lendermanı məğlub etmiş və sürətli oyunda Gata Kamsky tərəfindən məğlub edilmişdir. Beləliklə Kamsky 2014-cü il ABŞ Çempionu, Akobian isə ikinci olmuşdur. ABŞ
Ngoc Truong Son Nguyen
Vyetnam Ngoc Truong Son Nguyen 23 fevral 1990-cı ildə Vyetnamda anadan olmuşdur və ölkəsinin aparıcı şahmatçısıdır.3 yaşındaykən şahmat oynamağı öyrəndikdən sonra o, 2000-ci ildə 10 yaşadək uşaqlar arasında keçirilən Dünya Çempionatında qızıl medal qazanmışdır. O, Vyetnamın ən gənc qrossmeysteri və şahmat oyunu tarixində isə ən gənc qrossmeysterlərdən biridir. 2013-cü ilin avqust ayının FİDE əmsal siyahısına əsasən o, 2625 Elo əmsalı ilə Vyetnamlı oyunçular arasında ikinci yerdədir. 2014-cü il avqustun 2-dən 15-dək o, Tromso Şahmat Olimpiadasında Lê Quang Liêm və digər oyunçularla birgə ölkəsini təmsil etdi. Nguyen Ngoc Truong Son +7=3-0 nəticəsi ilə ikinci lövhədə qızıl medal qazandı. Vyetnam
Gadir Guseinov
Azərbaycan Gadir Guseinov doğum tarixi:21 may 1986. 2009-cu ildə həmkarları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Haşımov və Rauf Məmmədovla birgə Novi Sadda keçirilən komandalar arasında Avropa Çempionatında qizil medal qazanmış Azərbaycan yığmasının tərkibində oynamışdır. Daha öncə isə, 2007-ci ildə bürünc, 2011-ci ildə isə gümüş medallara komanda hesabında sahib olmuşdur. 2013-cü ildə Varşavada Qədir Azərbaycan yığma komandasına tərkinbində ikinci dəfə Avropa çempionu adını qazanmışdır. 2008-ci ildə o, Bakı Prezident Kubokunda 1-8-ci yerləri Şort, Milov, Aleksandrov, Jobava, Lastin, Gelaşvili və Abbasov ilə bölüşdürmüşdür. 2011-ci ildə Ugra Qubernator Blitz Kubokunun qalibi olmuşdur. Sonuncu Naxçıvan Open yarışında ikinci yerin sahibidir. Azərbaycan
E.Iturrizaga Bonelli
Venesuela E.Iturrizaga Bonelli 1 noyabr 1989-cu ildə Venesualada anadan olmuşdur. O, 2008-ci ildə qrossmeyster titulunu qazanaraq Venesualadan ilk və yeganə bu titulun daşıcıyısıdır. O, yeddi yaşında Peruya köçdü, yalnız doqquz yaşında ikən öz ölkəsinə qayıtdıqdan sonra şahmatla ciddi məşğul olmağa başladı. On üç yaşında o, beynəlxalq usta adını aldı. Iturrizaga 2005-ci ildən 2008-ci ilədək Milli Çempionatların qalibi olmuşdur və 2004-cü ildə Olimpiadada Venesualanı təmsil etmişdir. Onun ən uğurlu çıxışı 37-ci Şahmat Olimpiadasında(2006-cı il)ikinci lövhədə 11 oyundan 8.5 xal xal toplayaraq bürünc medal qazanmışdır.Iturrizaga Amerika Qitə Çempionatında birinci yeri bölüşdürdükdən sonra 2007-ci il Dünya Kubokuna vəsiqə qazandı. O, ilk raundda Peter Svidlerilə qarşılaşmalı idi, lakin Rusiya aeroportları arasında yolu itirdiyinə görə gecikərək uduzdu, o, ikinci oyunda da məğlub oldu. 2008-ci ildə Iturrizaga 2009-cu il Corus turnirinin C qrupunun online təsnifat turnirinin finalında Alexandr Fieri 3-1 hesabla məğlub etdi. Iturrizaga 2008-ci ildə İspaniyanın Linares şəhərində keçirilən Ibo American turnirinin finalında Julio Grandaya uduzaraq ikinci yeri tutdu. Costa Ricada keçirilən Zona Çempionatında Lázaro Bruzónla birinci yeri bölüşdürdükdən sonra 2009-cu il Dünya Kubokuna vəsiqə qazandı. O, ilk raundda Sergei Tiviakova 3.5 - 2.5 hesabla qalib gəlsə də, ikinci raundda Baadur Jobava tərəfindən məğlub edildi. Həmin il Iturrizaga 9 oyundan 7 xal toplayaraq, 36 qrossmeyster və 154 şahmatçının iştirak etdiyi 12-ci Dubai Open Çempionatının qalibi oldu. Venesuela
Rafael Duailibe Leitão
Braziliya Rafael Duailibe Leitão 1979-cu ildə Braziliyanın São Luís şəhərində anadan olmuşdur, qrossmeyster. O, 1996-cı ildə 18 yaşadək Dünya Çempionatının qalibidir. Rafael 1996, 1997, 1998, 2004, 2011, 2013, 2014 və 2015-ci illərdə Braziliya Çempionatlarında ilk yeri tutmuşdur. Braziliya
Dragan Solak
Türkiyə Dragan Solak 30 mart 1980-ci ildə Vrbasda anadan olmuşdur, serb əsilli bu qrossmeyster hal-hazırda Türkiyə Şahmat Federsiyasını təmsil edir. 2002-ci il Baseldə keçirilən Hilton open turnirində Vladimir Tukmakov və Andrey Sokolov ilə 1-3-cü yerləri bölüşdürmüşdür. O, 2000, 2004, 2008-ci illər Şahmat Olimpiadalarında və 1999, 2005, 2009 və 2011-ci illər Komandalar arasında Avropa Çempionatında iştirak etmişdir. 2011-ci ilin dekabr ayından Türkiyə Şahmat Federasiyasını təmsil edir. Türkiyə
Romain Edouard
Fransa Romain Edouard 2009-cu ildən qrossmeysterdir.O, 2006-cı ildə 16 yaşadək Gənclər arasında Avropa Çempionatının və 2012-ci ildə Édouard Fransa Çempionatının qalibi olmuşdur.Ən yüksək əmsalı: 2702 (iyun 2014-cü il). Fransa
David Guijarro
İspaniya David Guijarro 23 iyun 1995-ci ildə İspaniyada anadan olmuşdur, qrossmeyster.2014-cü il Avropa Şəxsi Çempionatın gümüş medalçısı olmuşdur və bununlada 2015-ci il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, 2014-cü ildə Sabiotedə keçirilən İspaniya Blitz çempionatının qalibi olmuşdur. 2014-cü il Avropa Blitz Çempionatında ikinci yeri tutmuşdur. İspaniya
Yuri Vovk
Ukrayna Yuri Vovk 11 noyabr 1988-ci ildə anadan olmuşdur. O, 2008-ci ildə 20 yaşında qrossmeyster olmuşdur. Onun ən böyük uğuru, 2009-cu ildə Fransada keçirilən 610 oyunçunun iştirak etdiyi Cappelle-la-Grande Open turnirində, 106 qrossmeyster və 76 beynəlxalq ustanı geridə qoyaraq 9 oyundan 7.5 xal toplayaraq qalib gəlməsi olmuşdur. Ukrayna
Constantin Lupulescu
Rumıniya Constantin Lupulescu 25 mart 1984-cü ildə Rumıniyanın Buftea şəhərində anadan olmuşdur, qrossmeyster (2006-cı il). O, 2011-ci il və 2013-cü il Dünya Kuboklarında iştirak etmiş və ilk raundalarda müvafiq olaraq Daniel Fridman və Krishnan Sasikiran tərəfindən məğlub edilmişdir. Lupulescu 2007, 2010 və 2011-ci illərdə Rumıniya Çempionu olmuşdur. O, 2004-cü və 2008-ci illərdə Şahmat Olimpiadalarında Rumıniyanı təmsil etmişdir. O, Buxarest 2003 və 2006-cı il turnirlərinin qalibi olmuşdur. 2013-cü il Avropa Şəxsi Çempionatında o, 1-8-ci yerləri bölüşdürmüşdür. 2014-cü ildə o, Avropa Şəxsi Çempionatında 11 raundda 8 xal toplayaraq 6-cı yeri tutmuşdur. 2015-ci il Dünya Kubokuna vəsiqə qazanmışdır. Hazırda o, Rumıniyanın 1 nömrəli oyunçusudur və komanda yarışlarında müntəzəm olaraq 1-ci lövhədə Rumıniyanı təmsil edir. Rumıniya
Alexander Ipatov
Turkiyə Alexander Ipatov 16 iyul 1993-cü ildə Ukraynanın Lvov şəhərində anadan olmuşdur. 2008-ci ildə Ipatov əmsalını 207 punkt qaldıraraq Ukraynanın 16 yaşadək və 20 yaşadək gənclər arasında Çempionatının qalibi oldu və milli usta və beynəlxalq usta titullarını qazandı. 2009-cu ilin yanvar ayından 2012-ci ilin fevralınadək o, İspaniyanı təmsil edirdi. 2011-ci ildə İpatov ən böyük nailiyyətlərindən birini qazandı:aralarında 85 qrossmeysterin olduğu 573 oyunçunun iştirakı ilə keçirilən Cappelle-la-Grande Beynəlxalq Open turnirində 3-cü yeri tutdu. 2012-ci ilin fevralından İpatov Tükiyə Şahmat Federasiyası adından çıxış edir.2012-ci ilin avqustunda o, gənclər arasında Dünya Çempionu oldu və bu qələbə ona 2013-cü il Dünya Kubokunda çıxış etmək imkanı verdi. O, eyni zamanda Dünya Şahmat Olimpiadalarında(2012,2014)Türkiyə Milli Yığmasının oyunçusu kimi çıxış etmiş və 2014-cü il Türkiyə Çempionu olmuşdur. Turkiyə
Alexandr Fier
Braziliya Alexandr Fier Alexandr Hilário Takeda Sakai dos Santos Fier 11 mart 1988-ci ildə Braziliyada anadan olmuşdur,qrossmeyster. O, 2011-ci il Şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin ikinci raundda Aleksandr Morozeviç tərəfindən məğlub edilərək Kuboku tərk etmişdir. Braziliya
Mateusz Bartel
Polşa Mateusz Bartel 3 yanvar 1985-ci ildə Polşanın Varşava şəhərində anadan olmuşdur, qrossmeyster. O, 2003-cü ildə 18 yaşadək gənclər arasında Avropa Çempionu olmuşdur. Bartel və qardaşı şahmat oynamağı 5-6 yaşı olan zaman suçiçəyi xəstəliyi səbəbindən evdə qalarkən oyrənmışdir. Sonra onlar hər ikisi Polonia Warsaw şahmat klubuna üzv yazılmışdırlar. Bartel Şahmat Olimpiadasında öz ölkəsini təmsil etdi. 2006-cı il Turin Olimpiadasında dördüncü lövhədə 10 oyundan 5 xal toladı. 2008-ci il Drezden Olimpiadasında isə üçüncü lövhədə yarışdı. 2010-cu il Xanti-Mansiysk Olimpiadasında beşinci lövhədə 9 oyundan 7 xal toplayaraq (+6 =2 -1) öz lövhəsində şəxsi nəticədə gümüş medal qazandı. Sebastien Fellerin cheating ilə bağlı turnirlərdən kənarlaşma qərarından sonra avtomik olaraq qızıl medala layiq görüldü. 2007-ci ildə 16-cı Beynəlxalq Monarch Assurance Isle turnirində 1-6-cı yerləri bölüşdürüb. 2012-ci ilin fevralında o, 11-ci Aeroflot Open turnirində 1-3-cü yerləri Anton Korobov və Pavel Eljanov bölüşdürmüş və əlavə göstəricilərə əsasən qalib olmuşdur. Bartel Avropa Çempionatında 2-4-cü yerləri bölüşdürərək üçüncü olmuşdur. O, 2006, 2010, 2011 və 2012-ci illərdə Polşa Çempionatının qalibi adını qazanmışdır. Polşa
Hrant Melkumyan
Ermənistan Hrant Melkumyan 30 aprel 1989-cu ildə anadan olmuşdur, qrossmeyster, 2011-ci il Avropa Blitz Çempionatının qalibidir. 2006-cı ildə 18 yaşa qədər gənclər arasında Dünya Çempionatında gümüş medal qazanmışdır. 2009-cu ildə Çiqorinin xatirə turnirdə Sergey Volkov, Andrey Rychagov, Andrei Deviatkin və Zhou Weiqi ilə 1-5-ci yerləri, 2010-cu ildə isə 12-ci Dubai Open turnirində 1-8-ci yerləri bölüşdürmüşdür. Ermənistan
Zhao Jun
Çin Zhao Jun 12 dekabr 1986-cı ildə Shandong vilayətinin Jinan şəhərində anadan olmuşdur,qrossmeyster. O, ilk GM normasını 2004-cü ilin fevralında Moskvada keçirilən Aeroflot Open turnirində 9 oyundan 5 xal ilə yerinə yetirmişdi. Ikinci normasını isə 2004-cü ilin aprelində Jinanda keçirilən Çinin Kişilər arasında Komanda Çempionatında 10 oyundan 7 xal ilə çatır. Sonuncu normasını gənclər arasında Dünya Çempionatında 13 oyundan 9.5 xal ilə yerinə yetirmişdi. Çin
Yang Wen
Çin Yang Wen Qrossmeyster (2008). Ən yüksək əmsalı: 2631 (mart 2013). Çin
Vasif Durarbeyli
Azərbaycan Vasif Durarbeyli 24 fevral 1992-ci ildə anadan olmuşdur,qrossmeyster. O, bu titulu 18 yaşadək oğlanlar arasında keçirilən Dünya Çempionatında qazanmışdır. O, 2013-cü ildə Dünya Kubokunun birinci mərhəlsində Anton Korobova məğlub olmuşdu. Ən yüksək əmsalı:2632 (avqust 2015-ci il). Azərbaycan
Anton Kovalyov
Kanada Anton Kovalyov Kovalyov 4 mart 1992-ci ildə Ukraynanın Xarkov şəhərində anadan olmuşdur, qrossmeyster. 2000-ci ildə Argentinaya köcür və şahmat həyatı burada başlayır. Qısa zamanda Argentina millisinin tərkibində Olimpiyadalarda oynamaq hüququ qazanır.2013-cü ildə federasiyasını dəyişərək Kanadanı təmsil etməyə başlayır. Hal-hazırda Montreal şəhərində yaşayır və Kanadanın top qrossmeysterlərindən biridir. Kanada
Milos Perunovic
Serbiya Milos Perunovic 1984-cü ildə anadan olmuşdur, qrossmeyster(2004-cü il), Serbia və Montenegro Çempionudur (2005-ci il), ən yüksək əmsalı: 2633 (fevral 2015-ci il). Serbiya
Saleh Salem
BƏƏ Saleh Salem Qrossmeyster (2009), 4 dəfə BƏƏ komandasının tərkibində Olimpiadalarda çıxış etmişdir. Ən yüksək əmsalı: 2615 (iyul 2015). BƏƏ
Rinat Jumabayev
Qazaxıstan Rinat Jumabayev Doğum tarixi:23 iyul 1989, qrossmeyster(2009-cu il), üç Şahmat Olimpiadasının iştirakçısıdır. Ən yüksək əmsalı: 2600 (iyul 2015-ci il). Qazaxıstan
Jianchao Zhou
Çin Jianchao Zhou Zhou Jianchaois Çin qrossmeysteri. 2009-cu ilin martında ilk dəfə 100-ə daxil oldu. Dünya Kuboklarında ən uğurlu çıxışı 3-cü raunda çıxmaq olub. Çin
Aleksey Goganov
Rusiya Aleksey Goganov Doğum tarixi: 26 iyul 1991-ci il, qrossmeyster. Son iki beynəlxalq qrossmeyster normalarını 2009-cü ildə Moskvada keçirilən turnirdə 9 oyundan 7 xal və 2013 -cü ildə Avropa Çempionatında 11 oyundan 6.5 xal toplayaraq yerinə yetirmişdi. 2013-cü ildə seçmə yarışdan Rusiya Çempionatında oynamaq hüququ qazanır. Rusiya
Samvel Ter-Sahakyan
Ermənistan Samvel Ter-Sahakyan Müxtəlif vaxtlarda gənclər arasında Dünya və Avropa Çempionatlarının qalibi və medalçısı olmuşdur, qrossmeyster (2009-cu il), ən yüksək əmsalı: 2593 (iyul 2015-ci il). Ermənistan
Shanglei Lu
Çin Shanglei Lu 10 iyul 1995-ci ildə anadan olmuşdur, qrossmeyster. O, 2011-ci ildə 16 yaşa qədər şahmatçılar ararasında Asiyada ən yüksək əmsallı, eyni yaş qrupunda isə dünyada beşinci yüksək əmsallı oyunçu kimi mövqe tutmuşdu. İlk qrossmeyster normasını 2011-ci ilin may ayında Məşhəd şəhərində keçirilən 7-ci Asiya Çempionatında 9 oyundan 6 xal ilə, növbəti normanı isə 2011-ci ilin iyununda ikinci Chairman Prospero A.Pichay yarışında yerinə yetirmişdi. 2014-cü ilin oktyabrında İranda keçirilən gənclər arasında Dünya Çempionatında 13 oyundan 10 xal toplayaraq qalib olur və birbaşa Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Çin
Sandro Mareco
Argentina Sandro Mareco Qrossmeyster (2010-cu il), 20 yaşadək Gənclər arasında Cənubi Amerika Çempionudur (2007-ci il). Ən yüksək əmsalı: 2628 (yanvar 2011-ci il). Argentina
Ante Brkic
Xorvatiya Ante Brkic qrossmeyster (2007-ci il), üç dəfə Xorvatiyanı Şahmat Olimpiadalarında təmsil etmişdir. Ən yüksək əmsalı: 2607 (iyun 2015-ci il). Xorvatiya
Tamir Nabaty
İsrail Tamir Nabaty Qrossmeyster (2011), 2013 İsrail Çempionu, ən yüksək əmsalı: 2604 (iyul,2015) İsrail
Ahmed Adly
Misir Ahmed Adly 2005-ci ildə Afrika Çempionu, 2007-ci ildə Gənclər arasında Dünya Çempionu adlarını qazanmışdır. Ən yüksək əmsalı: 2640 (yanvar 2011). Misir
Viorel Iordachescu
Moldova Viorel Iordachescu 20 Aprel 1977-ci ildə anadan olmuşdur, qrossmeyster (1999). 2011-ci il Dünya Kubokunda iştirak etmiş, lakin ilk raundda Sébastien Feller-ə məğlub olumuşdur. Bir çox beynəlxalq turnirdə uğurlu çıxışları var. 11 Şahmat Olimpiadasının iştirakçısıdır. Ən yüksək əmsalı: 2651 (yanvar 2012). Moldova
Isan Ortiz
Kuba Isan Ortiz 30 mart 1985-ci ildə anadan olmuşdur. 2011-ci ildə o, qrossmeyster titulunu qazanmış, 2014-cü il Şahmat Olimpiadasında Kuba komandasının tərkibində çıxış edərək turniri beş qələbə, iki heç-heçə və bir məğlubiyyətlə və 2766 performansla başa vurmuşdur. 2014-cü ildə Kuba Çempionatının qalibi olmuşdur. Ən yüksək əmsalı: 2625 (mart 2015). Kuba
Pouya Idani
İran Pouya Idani Qrossmeyster(2014), 18 yaşa qədər Dünya Çempionu (2013). Ən yüksək əmsalı: 2557 (iyul 2015). İran
Federico Perez Ponsa
Argentina Federico Perez Ponsa 1993-cü ildə anadan olub, qrossmeyster (2012), ən yüksək əmsalı: 2563 (iyul 2015). 2014-cü ildə 89-cü Argentina Çempionatının qalibi olmuşdu. Argentina
Babu M.R. Lalith
Hindistan Babu M.R. Lalith M.R.Lalith Babu Hindistan şahmatçısı, sonuncu qrossmeyster normasını Hastings London 2012-də əldə edib. Tromsoda keçirilən Olimpiadada bürünc medal qazanan millinin tərkibində idi. Hindistan
Samuel Sevian
ABŞ Samuel Sevian 26 dekabr 2000-ci ildə Nyu Yorkda anadan olmuşdur. O, 13 yaşında ABŞ tarixində ən gənc qrossmeyster olmuşdur. 9 Dekabr 2010-cu ildə Sevian USCF tarixində ən gənc Milli Usta oldu. 2012-ci ildə, Sevian 6 ay ərzində üç Metropolitan FIDE IM İnvitational Dəvətli turnirində bütün beynəlxalq usta normalarını ödədi. 2013-cü ilin mayında o, St. Louisdə keçirilən ABŞ Çempionatına ən gənc oyunçu kimi dəvət aldı. 2014-cü ilin yanvarında Foxwoods Open turnirində, mayında Saint Louis GM Invitational turnirində və avqustda Washington Beynəlxalq turnirində bütün qrossmeyster normalarını tamamlayaraq titul qazandı. Sevian ABŞ Çempionatında dünyanın on ən yüksək əmsallı oyunçusundan hesab olunan Wesley Sonu məğlub edərək beşinci yeri bölüşdürdü və Hikaru Nakamura ilə heç-heçə etdi. Bu çıxışı ona 2015-ci il Dünya Kubokunda iştirak etmək üçün vəsiqə qazandırdı. ABŞ
Emre Can
Türkiyə Emre Can Emre Can 21 yanvar 1990-cı ildə Türkiyənin İzmir şəhərində anadan olmuşdur. 2010-cu ildən qrossmeyster titulunu daşıyır. 2011-ci il Türkiyə Çempionudur. Ən yüksək əmsalı: 2560 (aprel 2015). Türkiyə
Mariya Muzychuk
Ukrayna Mariya Muzychuk 21 sentyabr 1992-ci ildə Ukraynada anadan olmuşdur, hazırda Qadınlar arasında Dünya Çempionudur. Qadınlar arasında beynəlxalq usta(2005-ci il), Qadınlar arasında qrossmeyster (2007-ci il), beynəlxalq usta(2008-ci il). 2015-ci il Qadınlar arasında Dünya Çempionatının qalibi olduqdan sonra Muzychuk qrossmeyster titulunu aldı. 2010-cu ilin noyabrında o, dünyanın beşinci ən yüksək əmsallı qadını oldu. O, 2010-cu il Qadınlar arasında Dünya Çempionatında 16-cı oldu, amma əsas matç taybreykindən sonra Dronavalli Harikaya məğlub oldu. 2015-ci il Qadınlar arasında Dünya Çempionatının ilk raundunda əsas oyunlarda Yuanling Yuan ilə heç-heçə etdi, sonra isə taybreykdə onu məğlub etdi. İkinci raundda da eyni mənzərə müşahidə olundu, taybreyklərdə yenə üstünlük əldə etdi. Üçüncü raundda Qadınlar arasında keçmiş dünya çempionu Antoaneta Stefanovanı klassik oyunlarda 1½–½ hesabı ilə məğlub etdi. Dörddə-bir finalda bir nömrəli Humpy Koneru, sonra isə yarımfinalda Dronavalli Harika üzərində qələbə qazandı. Finalda isə 2½–1½ hesabı ilə Natalia Pogonina üzərində qələbə əldə etdi. Bu qələbənin nəticəsi olaraq o, qrossmeyster titulunu aldı və 2015-ci il Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Onun arzusu 2016-cı il Çempionatında Hou Yifana qarşı mübarizədə öz titulunu qorumaqdır. Ukrayna
Max Illingworth
Avstraliya Max Illingworth 5 noyabr 1992-ci ildə, Avstraliyanın Sidney şəhərində anadan olub. Beynəlxalq usta, şahmat yazarı və 2014-cü ildən FİDE məşqçisidir. O, altı dəfə Okeaniya Çempionatının iştirakçısı olmuşdur: 2007-ci il Fiji, 2009-cu il Gold Coast, 2011-ci il Rotorua, 2012-ci il Queenstown, 2013-cü il Nadi və 2015-ci il Sydney. Onun ən yaxşı nəticəsi 2015-ci il çempionatında 9 oyundan 7½ xal toplayaraq birinci olmasıdır. New in Chess dərgisində nəzəri yazıları və Chessbase-dəki müxtəlif yazıları ilə beynəlxalq səviyyədə tanınır. Avstraliya
Cristobal Villagra Henriquez
Çili Cristobal Villagra Henriquez Beynəlxalq ustadır(2013-cü il). Ən yüksək əmsalı: 2511 (iyul 2015-ci il) Çili
Ziaur Rahman
Banqladeş Ziaur Rahman Qrossmeyster (2002-ci il). Banqladeş şahmatçıları arasında ən yüksək FİDE əmsalına malikdir: 2570 (oktyabr 2005-ci il). Banqladeş
Espinosa Veloz
Kuba Espinosa Veloz 1987-ci ildə anadan olmuşdur.Beynəlxalq ustadır, ən yüksək əmsalı: 2504 (May 2015). Kuba
Ilia Iljiushenok
Rusiya Ilia Iljiushenok Beynəlxalq ustadır (2015-ci il), ən yüksək əmsalı: 2491 (iyul 2015-ci il) Rusiya
Michael Wiedenkeller
Lüksemburq Michael Wiedenkeller 10 yanvar 1963-cü ildə anadan olmuşdur, İsveç və Lüksemburqdan olan beynəlxalq ustadır. 1990-cı ildə İsveç Çempionu və 2008-ci ildə sürətliL şahmat üzrə Lüksemburq Çempionu olmuşdur. 1999-cu ildə Lüksemburqda keçirilən Donne Haas xatirəsinə həsr olunmuş turnirdə 2-ci yeri Vlastimil Yansa ilə bölüşdürmüşdür. Chessmetrikə əsasən onun 1984-cü ilin oktyabrında nümayiş etdirdiyi nəticə 2589 əmsalına uyğun idi. Onun ən yaxşı performansı 1983-cü ildə Eksjödə olmuşdur, bu zaman o, orta əmsalı 2488 olan rəqiblərinə qarşı 5 oyundan 4,5 xal toplayaraq(90%) 2626 performansını göstərmişdir. Lüksemburq
Parham Maghsoodloo
İran Parham Maghsoodloo 2000-ci ildə Iranda anadan olub, ən yüksək əmsalı 2419 (mart 2015). 16 yaşa qədər şahmatçıların Olimpiadasında İran komandasının tərkibində bürünc medal qazanıb. İran
Tomas Krnan
Kanada Tomas Krnan Beynəlxalq usta (2006-cı il), 2015-ci il Kanada Çempionudur. Kanada
Yusup Atabayev
Türkmənistan Yusup Atabayev Beynəlxalq usta (2012-ci il), ən yüksək əmsalı: 2435 (iyul 2015-ci il). Türkmənistan
Deysi Cori
Peru Deysi Cori 2 iyul 1993-cü ildə Limada anadan olmuşdur, qadın qrossmeysteri tituluna malik olan Peru şahmat oyunçusudur. 2011-ci ilin avqustunda o, 20 yaşadək qızlar arasında Dünya Çempionatının qalibi olmuşdur. 2009-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən 16 yaşadək qızlar arasında Dünya Çempionatında Cori on matçdan doqquzunu udaraq qalib gəldi. Peru
Arthur Ssegwanyi
Uqanda Arthur Ssegwanyi 1988-ci ildə Ugandada anadan olmuşdur. Beynəlxalq ustadır (2015-ci il). Ən yüksək əmsalı: 2357 (iyul 2015-ci il). 4.2 Zona Çempionatında Ssegwanyi altı qələbə, 3 bərabərlik ilə qalib olmuşdur. Uqanda
Amir Zaibi
Tunis Amir Zaibi FIDE master (2013). Peak rating: 2373 (June 2015). Tunis
Richmond Phiri
Zambiya Richmond Phiri Beynəlxalq usta, ən yüksək əmsalı:2305 (iyul 2015). Zambiya
Oladapo Adu
Nigeriya Oladapo Adu Beynəlxalq ustadır, ən yüksək əmsalı: 2300 (oktyabr 2003-cü il). Nigeriya