Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “2016-cı ildə Bakı Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək”
Bu gunlərdə, İyunun 28-dək atletlər öz güclərini sınayacaqlar. Əlbəttə ki, oyunlardan sonra həyat davam edəcək və Azərbaycan digər önəmli və mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək. “2016-cı ildə Bakıda Şahmat üzrə Dünya Olimpiadası keçiriləcək. Eyni zamanda 2016-cı ildə Bakı daha bir tədbirə - “Formula 1” yarışlarına ev sahibliyi edəcək. 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunları təşkil olunacaq. 2020-ci ildə Bakı UEFA Avropa Kubokunun qrup mərhələlərinə və 1/4 final oyunlarına ev sahibliyi edəcək. Beləliklə, Azərbaycan artıq dünyaya idmanın inkişafındakı rolunu sərgiləmişdir. Mən inanıram ki, gələcək yarışlarda iştirak etmək məqsədilə Bakıya gələcək idmançılar və digər qonaqlar ölkəmizi ən xoş təəssüratlarla tərk edəcəklər.