Nəqliyyat

Bakı havalimanı

Heydər Əliyev  adına hava limanı(GYD)  şəhərin mərkəzindən avtomobil vastəsilə 25 dəqiqəlik məsafədə yerləşir. Onun  Azərbaycanın ənənəvi elementləri ilə müasir memarlıq üslubunu özündə birləşdirən ecazkar dizaynı Bakıya  ilk dəfə gələn qonaqları heyran edir.

Bakı aeroportunun istər yerli (Azal), istərsə də digər əsas xarici hava yolları vasitəsilə  uğurla həyata keçirilən mükəmməl beynəlxalq əlaqələri vardır.  Bir çox gündəlik uçuşlar vasitəsilə  Bakı ilə digər Avropa və Asiya ölkələrinin paytaxtları, habelə Amerika Birləşmiş ştatları arasında əlaqələr yaranır.

Zəhmət olmasa, Aeroportdan Rəsmi Otellərə və geriyə nəqliyyatın  təşkilatçılar tərəfindən təmin olunduğunu nəzərə alın.

Bakıda nəqliyyat

Taksilər

London taksiləri adlanan bənövşəyi taksilərdə  səfər şəhərin mərkəzində gedəcəyiniz məsafədən asılı olaraq sizə təqribən  5-10 AZN məbləğində başa gələcək.

İctimai nəqliyyat

İctimai nəqliyyata gəldikdə isə  qeyd etməliyik ki, şəhərdə 23 stansiya ilə fəaliyyət göstərən metro  vardır: burada metro nəqliyyat vasitəsi olmaqla yanaşı , bəzi stansiyaları hələ  sovet dövründə fərqli memarlıq üslubunda inşa olunmağa başlanmış və baş çəkməyə dəyəcək  yeraltı saraylardır. Metro planı haqqında məlumatı http://www.metro.gov.az/   elektron səhifəsi vasitəsilə əldə edə bilərsiniz.

Şəhərlə tanış olmaq məqsədilə  şəhər daxilində bütün istiqamətlərdə xidmət göstərən  avtobuslardan  yararlana bilərsiniz.  Avtobus və ya metro ilə gediş haqqı 0,20 AZN-dir.  

Valyuta və Ödəmələr:

Azərbaycan Manatının (AZN) valyuta dəyişmə məzənnələrini yoxlamaq məqsədilə istənilən zaman Azərbaycan Mərkəzi Bankının rəsmi elektron səhifəsinə müraciət edə bilərsiniz: http://en.cbar.az/other/azn-rates

Bütün beynəlxalq ödəmə kartları  bankomatlarda , eləcə də  otel və bir çox restoranların ödəmə terminallarında qəbul olunur.