Kirzan İlyumjinovdan Salam məktubu

Hörmətli 2015-ci il Bakı Dünya Kubokunun iştirakçıları, rəsmiləri və qonaqları!

Sizi Azərbaycanın döyünən ürəyi olan, qədim və həmişə cavan Bakı şəhərində salamlamaqdan məmnunluq duyuram.

Bu gün Bakı, beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır. Azərbaycan atletlərinin çoxsaylı medallar qazanması ilə yadda qalan və çox böyük uğurla başa çatan Birinci Avropa Oyunları 2015 buna ən parlaq nümunədir!

Bu şəhərdə hərarətli şərq qonaqpərvərliyi ilə dinamik biznes mühiti, yüksək səviyyəli infrastruktur obyektləri ilə tarixi abidələr mükəmməl bir ahəngdarlıq təşkil edir.
Şahmatın Azərbaycanın iki min ildən çox tarixə malik olan mədəniyyətində müstəsna rolu olmuşdur. ”Satranc” oyunu bu ərazidə 5-ci əsrdən bəri oynanılmışdır. Bu haqda dahi Nizaminin bir neçə poemasında qeydlər vardır.

Hazırda Şahmat idman, təhsil və mədəniyyət istiqamətində hökumət fəaliyyətinin ən çox diqqət ayrilan sahələrindəndir.

Mən Şahmata olan sədaqətli münasibətə və əhəmiyyətli dəstəyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarına, Respublika Rəhbərliyinə, Azərbaycanın İdman və Gənclər Nazirliyinə və eləcə də Milli Şahmat Federsiyasına səmimi təşəkkürümü çatdırmaq istərdim.

Mən 2015-ci il Dünya Kubokunun çox uğurlu keçiriləcəyinə və 2016-cı ildə Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadası üçün mükəmməl bir sınaq olacağına tam əminəm!

Gens una sumus! Biz vahid ailəyik!

Kirsan Ilyumzhinov