Müsahibələr
Sergey KARYAKİN: “Artıq geriyə yol yoxdur” Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya təmsilçisi Sergey Karyakin Dünya Kubokunun mətbuat xidmətinə açıqlama verib. 2015-10-02 ətraflı
Pyotr Svidler: "Bu mənim karyeramda son şansımdır" Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalçısı Pyotr Svidler turnirin mətbuat xidmətinə açıqlama verib. 2015-10-01 ətraflı
Şəhriyar MƏMMƏDYAROV: “İstərdim ki, Dünya Kubokunu Sergey Karyakin qazansın” Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 14 finalında – tay-brek görüşündə Rusiya təmsilçisi Sergey Karyakinə məğlub olan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Dünya Kubokunun mətbuat xidmətinə müsahibə verib. 2015-09-27 ətraflı
Vladimir Kramnik: "Doğma insanların yanında olması Şəhriyarı ruhlandırıb" Şahmat üzrə Dünya Kubokunun son qalibi Vladimir Kramnik titulunu qoruya bilmədi. Rusiyalı dünya çempionu mötəbər yarışın 116 final mərhələsində Dmitriy Andreykinə uduzmaqla yarışı tərk etdi. 2015-09-21 ətraflı
Levon Aronyan: “Yenidən Bakıya qayıtmağa şad olaram” Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 132 finalda Ukrayna təmsilçisi Aleksandr Areşenkoya məğlub olan Ermənistan şahmatçısı Levon Aronyan Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. 2015-09-17 ətraflı
Zurab Azmayparaşvili: "Rəcəbovun tay-brekdə qələbə qazanacağına inanıram" Avropa Şahmat İttifaqının prezidenti, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin sabiq kapitanı Zurab Azmayparaşvili Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. 2015-09-16 ətraflı
Mahir Məmmədov: "Dünya Kubokunun keçirildiyi məkan təsadüfi seçilməyib" Fairmont otelində Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədovun mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Mahir Məmmədov ilk olaraq Dünya Kubokunun təşkilatçılığından danışıb: "Mühüm qərarlar 2012-ci ildə İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadası günlərində FİDE konqresində qəbul edildi. 2016-cı ildə şahmat olimpiadası, 2015-ci ildə isə Dünya Kubokunun təşkili Bakıya həvalə edildi. 2015-09-16 ətraflı
"Karuanadan çox "Mançester Yunayted"in oyunu barədə düşünürəm" Daha bir şahmatçımız Bakıda keçirilən Dünya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb. Rauf Məmmədov Rusiya təmsilçisi, Avropa çempionu Yevgeni Nayeri (1:0, 0,5:0,5) mübarizədən kənarlaşdırıb. Partiyadan sonra keçirilən mətbuat konfransında Rauf oyununu belə şərh edib: "Bu gün çox maraqlı oyun izlədik. Səhər gedişləri müzakirə edərkən partiyanın necə gedəcəyini düşünürdüm. Rəqib məğlub olduğundan ona qələbə vacib idi. Nayer heç bir sürpriz göstərmədi. Əvvəllər üç dəfə Dünya Kubokunda ilk mərhələdə mübarizəni dayandırmışam. Uğursuz seriyaya son qoymaq yaxşı oldu". 2015-09-12 ətraflı
"Bu gün də deyirlər, niyə ikinci görüşdə qalib gəlmədin?" - Şəhriyardan qələbə şərhi Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 164 final mərhələsinin görüşləri başa çatır. Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov İran təmsilçisi İdani Puya ilə ikinci görüşdə heç-heçə oynayıb. Ümumi nəticədə 1.5-0.5 hesabıyla qalib gələn Məmmədyarov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: “Dünənki qələbədən sonra bu gün oynamaq daha rahat idi. Bu dəfə partyada mənə heç-heçə də sərf edirdi. Oyunumu da buna uyğun qurmuşdum. Partiyanın başlanğıcında böyük üstünlük əldə etdim. Başqa yarış olsaydı, belə vəziyyətdə qələbəyə də oynayardım. Amma heç-heçə də sərf etdiyindən çox risk etmədim. Onsuz da 1,5: 0,5-lə 2:0-lıq qələbə arasında ciddi fərq yoxdu. Yalniz reytinqə bunun təsiri var. Bu turnirdə isə reytinq haqda düşünmürəm”. 2015-09-12 ətraflı