Mətbuat bizim haqqımızda
Oktyabrın 5-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub. “Azərtac”ın verdiyi məlumata görə, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov şahmatın Azərbaycanda sürətlə inkişaf etdiyini, zəngin və qədim ənənələrə malik olduğunu qeyd edib. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov deyib ki, Bakıda keçirilən Dünya Kuboku bir çox cəhətlərinə görə idmanın bu növünün tarixinə düşəcək. O, finalçıların - rusiyalı qrossmeysterlər Sergey Karyakin ilə Pyotr Svidlerin uğurlu çıxışları ilə Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi dünya kubokuna töhfə verdiklərini vurğulayıb. K.İlyumjinov, Dünya Kubokunun yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib. 2015-10-06 ətraflı
Bakıda Dünya Kubokunun qalibi bəlli oldu Bakıda keçirilin Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib. “Qafqazinfo”nun məlumatına görə, finalda iki rusiyalı şahmatçı - Serqey Karyakin və Petr Svidler üz-üzə gəliblər. Dörd klassik görüşdən sonra hesab bərabər olduğu üçün (2:2) oktyabrın 5-də hər iki şahmatçı mübarizəni tay-brekdə davam etdirib. 2015-10-06 ətraflı
Azad Rəhimov: "Şəhriyarın çıxışı zamanı böyük ajiotaj olub" Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşlərini izləmək üçün Fairmont otelinə gələn Gənclər və İdman naziri Azad Rəhimov turnirin mətbuat xidmətinə açıqlama verib. 2015-10-05 ətraflı
FİDE-nin prezidenti Kirsan İlyumjinov Bakıya gəlib Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir. AZƏRTAC xəbər verir ki, bu gün final mərhələsinin dördüncü günündə Pyotr Svidler qara fiqurlarla Sergey Karyakinə qarşı mübarizə aparır. Üç görüşdən sonra hesab Svidlerin xeyrinədir - 2-1. Görüşdə Karyakin qalib gələrsə, Rusiya şahmatçıları Dünya Kubokunun sahibini tay-brekdə müəyyənləşdirəcəklər. 2015-10-05 ətraflı
Şahmat üzrə səkkizinci dünya kuboku Bakıda yeni sahibinə qovuşacaq Bakıda keçirilən şahmat üzrə dünya kubokunun final görüşləri böyük maraqla davam edir. Həlledici görüşdə Rusiyanı təmsil edən iki şahmatçı Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşır. Mütəxəssislər rəqiblərin təxminən bərabər səviyyədə olduğunu söyləsə də, Svidlerin dünya kubokunda çıxışını unudurlar. Bakıdakı yarışda P.Svidler yüksək səviyyədə və sürətli oyun nümayiş etdirir. Rəqiblərini yaxşı təhlil edən Svidler gedişlər zamanı uzun düşünmür. 2015-10-03 ətraflı
Sergey Karyakin şahmat üzrə Dünya Kuboku finalının üçüncü partiyasında Pyotr Svidlerə qalib gəlib Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku finalının üçüncü partiyasında qələbə qazanıb. Onun rəqibi həmyerlisi Pyotr Svidlerdir. AZƏRTAC xəbər verir ki, şənbə günü keçirilən partiya qara fiqurlarla oynayan Sergey Karyakinin 30-cu gedişdə qələbəsi ilə başa çatıb. İyirmi beş yaşlı Sergey Karyakin Dünya Kubokunun final mərhələsində hesab arasındakı fərqi azaldıb -1:2. 2015-10-03 ətraflı
Sergey Karyakin: Bakıda keçiriləcək şahmat olimpiadası da yüksək səviyyədə təşkilatçılıqla yadda qalacaq Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya təmsilçisi Sergey Karyakin turnirin mətbuat xidmətinə müsahibə verib. AZƏRTAC xəbər verir ki, Ukrayna əsilli şahmatçı yarımfinalda Pavel Elyanovu məğlub etməsindən danışıb: “Elyanovla mübarizəmiz üç gün davam etdi. Bəlkə də bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Amma tay-breykdə çətin anlar az olmadı. Müəyyən məqamlarda rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Layiqli qələbə qazanmaqla finala çıxdım. Artıq iddiaçılar turnirində iştirak edəcəyim dəqiqləşib. İndi məni Dünya Kubokunu qazanmaq düşündürür”. 2015-10-02 ətraflı
Bakıda şahmat üzrə Dünya Kubokunun finalının ikinci mərhələsi start götürüb Azərbaycanın paytaxtında şahmat üzrə Dünya Kubokunun final mərhələsinin ikinci mərhələsi start götürüb. AZƏRTAC xəbər verir ki, həlledici matçda rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler mübarizə aparırlar. 2015-10-02 ətraflı
Pyotr Svidler şahmat üzrə Dünya Kubokunun ikinci final partiyasında da qələbə qazandı Otuz doqquz yaşlı rusiyalı qrossmeyster Pyotr Svidler həmvətəni Sergey Karyakin üzərində ikinci dəfə qələbə qazanmaqla, Dünya Kuboku yarışlarının final mərhələsində irəli çıxıb. 2015-10-02 ətraflı