Son xəbərlər
BAKI ŞAHMAT OLİMPİADASINDA İŞ İMKANLARI NBakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi göstərdiyiniz marağa görə təşəkkürünü bildirir və nəzərinizə çatdırmaq istərdik ki, cari ilin fevral ayının 7-dən etibarən vakansiyalar üzrə müraciətlər qəbul olunmur. Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının təşkil olunmasında iştirak etmək istəyirsinizsə, saytımızı daimi izləməyə davam edin, növbəti vakansiyaların elanı mart ayı ərzində nəzərdə tutulub. 2016-02-07 ətraflı
Dünya Kubokunun bağlanış mərasimi keçirildi. Bakı Şahmat Olimpiadasının LOQOSu təqdim olundu- FOTOLAR Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə ilk olaraq Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. Nazir bildirib ki, Dünya Kuboku yüksək təşkilatçılıqla yanaşı güzəştsiz mübarizəylə də yadda qalıb: "Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 2015-10-06 ətraflı
Elman Rüstəmov: "Həm Azərbaycan millisindən, həm də SOCAR klubundan çempionluq gözləyirik" Dünya Kubokunun mətbuat xidməti xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Azərbaycan şahmatçılarının iştirak edəcəyi qarşıdakı yarışlar barədə danışıb: "SOCAR-Azerbaijan klubu Avropa Kubokunun son qalibidir. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması hazırkı qitə çempionudur. Sözsüz ki, biz hər iki yarışın favoritlərindən sayılırıq. Hər iki komandamızdan titulu qorumaq tələb olunur. Yarışa qələbə üçün yollanacayıq. Biz istərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun. Amma bilirsiniz ki, rəqabət çox yüksəkdir. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir. Təmsilçilərimiz yenidən uğur qazana bilər". 2015-10-05 ətraflı
Azərbaycan və Misir Şahmat Federasiyaları arasında müqavilə imzalandı Bu gün Azərbaycan və Misir Şahmat Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Misir Şahmat Federasiyasının prezidenti Haşem Elgendani imzalayıb. Razılaşmaya əsasən şahmatın inkişafı istiqamətində birgə layihələr işlənəcək, qarşılıqlı təlim-məşq toplanışlar və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq. 2015-10-05 ətraflı
Azad Rəhimov: "Şahmat Olimpiadasının Dünya Kuboku kimi yüksək səviyyədə keçiriləcəyinə əminəm" Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşlərini izləmək üçün Fairmont otelinə gələn Gənclər və İdman naziri Azad Rəhimov turnirin mətbuat xidmətinə açıqlama verib. 2015-10-05 ətraflı
Rusiyanın Azərbaycandakı səfiri Dünya Kubokuna gəldi Rusiya Federasiyasının Azərbaycan Respublikasında səfiri Vladimir Doroxin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşünə təşrif buyurub. Dünya Kubokunun mətbuat xidməti xəbər verir ki, səfir Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşərək Dünya Kubokunun gedişatıyla maraqlanıb. Mötəbər yarışın təşkilatçılığını yüksək qiymətləndirən səfir Vladimir Doroxin finalda Rusiyanın iki şahmatçısının mübarizə aparmasını xüsusi vurğulayıb. 2015-10-02 ətraflı
Dünya Kuboku - 2015. FİNAL - Svidler Karyakinə qarşı Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir. Bu gün Sergey Karyakin ağ fiqurlarla Rusiyanın digər təmsilçisi Pyotr Svidlerlə qarşılaşır. Qeyd edək ki, final mərhələsinin ilk görüşündə Svidlər qələbə qazanıb. 2015-10-02 ətraflı
Sergey KARYAKİN: “Artıq geriyə yol yoxdur” Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya təmsilçisi Sergey Karyakin Dünya Kubokunun mətbuat xidmətinə açıqlama verib. Ukrayna əsilli şahmatçı yarımfinalda Pavel Elyanovu məğlub etməsindən danışıb: “Elyanovla mübarizəmiz üç gün davam etdi. Bəlkə də bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Amma tay-brekdə çətin anlar az olmadı. Müəyyən məqam var idi ki, rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Layiqli qələbə qazanmaqla finala çıxdım. Artıq iddiaçılar turnirində iştirak edəcəyim dəqiqləşib. Lakin indi məni Dünya Kubokunu qazanmaq düşündürür”. 2015-09-30 ətraflı
Şəhriyar Məmmədyarov: "Belə bir gündə məni dəstəkləyən hər kəsə minnətdaram" “İlk növbədə hamını Qurban bayramı münasibəti ilə təbrik edirəm. Belə bir gündə məni dəstəkləyən hər kəsə minnətdaram”. Bu sözləri Şəhriyar Məmmədyarov Dünya Kubokunun 14 final mərhələsində Sergey Karyakinlə ikinci partiyada heç-heçə oynadıqdan sonra mətbuat konfransında deyib. 2015-09-24 ətraflı