Press - relizlər
Serqey Karyakin Dünya Kubokunun qalibidir İlk dörd günlük mübarizədən sonra taybrek günü şahmatçılar daha altı oyun keçirdilər. Qeyd edək ki, bu oyunlar həm Karyakin, həm də Svidlerin kifayət qədər kobud səhvləri ilə yadda qaldı. Hər iki finalçı ağ fiqurlarla oynayarkən çətinliklər ilə üzləşirdilər. Nəhayət, blitz oyunlarına start verirdi. Bu oyunlarda üstün tərəf Karyakin oldu və Bakıda keçirilən 2015 Dünya Kubokunun qalibi müəyyən edirdi - Serqey Karyakin 2015-10-05 ətraflı
Dünya Kuboku-2015. Pyotr Svidlerdən Sergey Karyakinə "iki zərbə" Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşləri böyük maraqla davam edir. Həlledici görüşdə Rusiyanı təmsil edən iki şahmatçı Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşır. 2015-10-03 ətraflı
Pyotr Svidler ilk finalçı oldu Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku sona yaxınlaşır. Artıq mötəbər yarışın ilk finalçısı məlumdur. Yarımfinalda Hollandiya şahmatçısı Aniş Giriyə qalib gələn Rusiya təmsilçisi Pyotr Svidler həlledici görüşdə iştirak etmək imkanı qazandı. Digər yarımfinalda isə Pavel Elyanovla (Ukrayna) Sergey Karyakin (Rusiya) münasibətləri aydınlaşdırır. İki klassik partiyada heç-heçə qeydə alındığından Elyanovla Karyakin tay-brekdə bacarığını sınayacaq. 2015-09-29 ətraflı
Dünya Kuboku. İlk yarımfinalçılar məlumdur Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku öz axarıyla davam edir. Yarışın növbəti günündə 14 final mərhələsinin cavab görüşləri keçirilib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə ikinci görüşdə də sülhə razılaşıb. Eyni zamanda Çinin gənc şahmatçısı Vey Yi və Pyotr Svidler (Rusiya) arasında partiyalar da bərabərliklə başa çatıb. Məhz buna görə Məmmədyarov-Karyakin, Yi-Svidler cütlükləri qalibi tay-brekdə müəyyənləşdirəcək. 2015-09-25 ətraflı
Dünya Kuboku: 1\8 final başa çatdı Vaxt doğurdan tez ötür. Şahmata uyğun olmayan bu sözləri indi Bakıda keçirilən Dünya Kubokuna aid etmək olar. Bu gündən etibarən mötəbər yarışda 14 final görüşləri başlayır. Ötən mərhələ - 18 finalda baş tutan duellərdən dördünün qalibi klassik şahmatda, digər dördünün güclüsü isə tay-brekdə məlum oldu. 2015-09-23 ətraflı
Dünya Kuboku-2015. 1\8 final. Günün maraqla gözlənilən görüşlərindən biri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Fabiano Karuana arasında oldu. 3 saat 20 dəqiqəyə yaxın davam edən partiyanın sonunda Məmmədyarov sevindi. Debütdən üstünlük qazanmayan Azərbaycan şahmatçısı açılışdan sonra hücum taktikasını seçdi. Rəqibin Şəhriyarı düzgün qiymətləndirməməsi sonda onun üçün məğlubiyyətlə nəticələndi. 2015-09-21 ətraflı
Dünya Kuboku. 1\16 başa çatdı Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku kuliminasiya nöqtəsinə yaxınlaşır. Getdikcə iştirakçıların sayı azalır, rəqabət artır, iddialılar turniri tərk edir. 116 final mərhələsi də sürprizsiz ötüşmədi. İlk olaraq Azərbaycan şahmatçılarının çıxışı barədə. 2015-09-20 ətraflı
1\16 final. İlk oyun günü Dünya Kubokunun 116 final mərhələsi məhsuldarlıqla yadda qalmadı. İlk oyun günündə cəmi 4 görüşdə qalib müəyyənləşdi. Sözsüz ki, buna səbəb şahmatçıların bir qədər ehityatlı oyunu oldu. 116 finalın ilk oyun günündə Sergey Karyakin Yuy Yanyi, Şəhriyar Məmmədyarov Seturmanı, Fabiano Karuana Anton Kovalyovu, Pavel Elyanov isə Aleksandr Qrişuku məğlub etdi. 2015-09-18 ətraflı
1\32 final başa çatdı. Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda həyəcan getdikcə artır. Artıq 132 final mərhələsi arxada qaldı. 116 final mərhələsinə son vəsiqələrin taleyi isə tay-brekdə həll olundu. Bu dəfə də sürprizsiz keçinmədi. 2015-09-17 ətraflı